Ana səhifə / Fiqh / Şəriət risaləsi / Dəstəmazın bəyənilən əməlləri (sünnələri)

Dəstəmazın bəyənilən əməlləri (sünnələri)

Dəstəmazın bəyənilən əməlləri (sünnələri)

 

1. Dəstəmaza başladıqda “bismilləh” demək1;

Əbu Hureyrə (radiyallahu anhu) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəva­yət etmişdir: “Dəs­tə­mazsız namaz qılmayın, “bismilləh” demədən dəstəmaz almayın!”2

2. Misvakla dişləri təmizləmək;

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üm­mətimə əziyyət olmasaydı, hər namaz üçün dişlə­rini mis­vak­la təmizləməyi onlara əmr edərdim”3

3. Dəstəmaza başladıqda əlləri yumaq;

Amr ibn Əbu-l-Həsən Abdullah ibn Zeyddən (radiyallahu anhu) Pey­ğəm­bə­rin (sallallahu aleyhi və səlləm) dəstəmazı haqqında soruşdu. O, bir qab su istədi və Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) dəstəmazı kimi dəstəmaz aldı: qabdan su tö­küb üç dəfə əllərini yudu…4

4. Barmaqların arasını yumaq;

Sələmə ibn Qeys əl-Əşgəi (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Dəstəmaz aldıqda əl və ayaq barmaqlarının arasını yu!”5

5. Sıx saqqalın dibinə su çatdırmaq (seyrək saqqalın di­bi­nə suçatdırmaq isə vacibdir);

Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dəstə­maz alarkən su götürüb onu saqqalının dibinə çatdırdı və de­di: “Rəbbim mənə belə əmr etdi”6

6. Əzaları iki və ya üç dəfə yumaq;

Amr ibn Əbu-l-Həsən Abdullah ibn Zeyddən (radiyallahu anhu) Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) dəstəmazı haqqında soruşdu. O, bir qab su istədi və Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) dəstəmazı kimi dəstəmaz aldı: qabdan su tö­küb üç dəfə əllərini yudu. Sonra sağ əli ilə qabdan su gö­tü­rərək üç dəfə ağzını yaxaladı və burnunu (burnuna su alıb çı­xarmaqla) təmizlədi. Sonra üç dəfə üzünü, iki dəfə də qol­la­rını dirsəklərə qədər yudu, sonra əllərini suya saldı və yaş əllərini başının önündən arxasına doğru və əksinə çəkməklə bir dəfə məsh etdi və daha sonra ayaqlarını yudu.7

7. Əzaları sağ tərəfdən başlayaraq yumaq;

Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) geyindikdə, da­ran­­dıqda, yuyunduqda və hər bir işində sağdan baş­la­ma­ğı xoş­layardı”8

8. Dəstəmazdan sonra aşağıdakı duanı oxumaq;

Ömər ibn əl-Xəttab (radiyallahu anhu) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət etmişdir: “Sizdən biriniz dəstəmaz aldıqdan sonra bu dua­nı oxuyarsa: “Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu va əş­hə­du ənnə muhammədən abduhu va rasuluhu”- onun üçün Cən­nətin səkkiz qapısı açılar və o istədiyi qapıdan daxil olar.”9

Duanın tərcüməsi: Mən şahidlik edirəm ki, Allahdan baş­qa (ibadətə layiq olan) məbud (ilah) yoxdur, təkdir heç bir şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qu­lu və elçisidir”.

9. Suyu israf etməmək.

Əlinin (radiyallahu anhu) nəvəsi Muhəmməd rəvayət edir ki, o, atası Hü­seyn (radiyallahu anhu) və bir dəstə camaat Cabir ibn Abdullahdan (radiyallahu anhu) qüsl haq­qında soruşdular. O dedi: “Bir saa10 kifayət edər”. Bir ki­şi: “Mənə kifayət etmir” – dedikdə, Cabir ona: “Səndən çox sa­çı olan və səndən də xeyirlisinə (yəni Peyğəmbərə (sallallahu aleyhi və səlləm)) ki­fa­yət edərdi” – deyib sonra bizə imamlıq edib namazı qıldır­dı.11



1 Dörd  məzhəbin  rəyinə  görə  “bismilləh”  demək  müstəhəbdir. “Aunu-l-Məbud” 1/121;

2 “Müsnəd” 2/418; İrvau-l-Ğalil, 1/122 – 81-ci hədis. [Hədis həsəndir] 

3 Səhihu-l-Buxari, 887; Səhih Müslim, 1450.

4 Səhihu-l-Buxari, 186; Səhih Müslim, 554.

5 “Müsnəd” 1/287; “Silsilətu-l-əhadisi-s-sahihə” 3/291 – 1306-cı hədis.

6 “Sünənu Əbi Davud” 1/167 – 145-ci hədis; İrvau-l-Ğalil 1/130 – 92-ci hə­dis. [Hədis səhihdir] 

7 Səhihu-l-Buxari, 186; Səhih Müslim, 554.

8 Səhihu-l-Buxari, 426; Səhih Müslim, 615.

9 “Müsnəd” 4/145; Səhih Muslim, 552; İrvau-l-Ğalil, 1/134 – 96-cı hədis.   [Hədis səhihdir] 

10 Yəni, dörd ovuc.

11 Səhihu-l-Buxari, 252; Səhih Müslim, 731.

 


Baxılıb: 16822


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”