Ana səhifə / Fiqh / Şəriət risaləsi / Dəstəmazı batil edən amillər

Dəstəmazı batil edən amillər

 

Dəstəmazı batil edən amillər

 

1. Ön və arxa ifrazat çıxışlrından xaric olan sidik, nəcis, məzi, yel, istihazə1 halında gələn qan və s.

Uca Allah buyurur: “…ya­xud siz­lər­dən biri ayaq yolun­dan gəlibsə və ya qadın­la­ra to­xun­muş­sunuz­sa (cinsi əla­qə­­də ol­muşsunuzsa), su tapma­sa­nız, tə­miz torpaqla təyəm­müm edin …”2

Əli ibn Əbu Talib (radiyallahu anhu) deyir ki, məndən çoxlu məzi ifraz olu­­nurdu. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) kürəkəni olduğum üçün bunun hök­münü ondan soruşmağa utanırdım. Ona görə də əl-Miq­dad ibn əl-Əsvədi (radiyallahu anhu) bu məsələnin hökmünü öyrənmək üçün onun yanına göndərdim. Rəsulullah (sallallahu aleyhi və səlləm): “Cinsiyyət üz­vü­nü yusun və dəstəmaz alsın” – deyə cavab verdi.3

Abdullah ibn Zeyd ibn Asim əl-Mazini (radiyallahu anhu) rəvayət edir ki, namaz qılarkən nəfsinə şübhə4 düşən bir kişi barəsində Pey­ğəmbərə (sallallahu aleyhi və səlləm) şikayət edildikdə o dedi: “Səs eşitməyincə və ya iy hiss etməyincə namazı tərk etməsin”5

Qeyd: Arxadan çıxan səssiz və iysiz hava da dəstəmazı batil edən amildir.

Aişə (radiyallahu anhə) rəvayət edir ki, Ummu Həbibə6 (radiyallahu anhə) yeddi il isti­ha­zə oldu və bu haqda Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdu. O: “Bu bir tərdir” – deyib yuyunmağı ona əmr etdi. Ummu Həbibə də hər namaz üçün yuyunardı.7

Qeyd etmək lazımdır ki, istihazə olan qadına hər namaz üçün qüsl etmək vacib deyil. Bir dəfə (heyzdən tə­miz­lən­dik­dən sonra) qüsl edib sonra isə yalnız dəstə­maz almaq ki­fa­yət­dir.

2. Dərin yuxuya getmək və ya huşu itirmək;

Safvan ibn Assal (radiyallahu anhu) rəvayəi edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə, sə­fə­rə çıxdığımız zaman üç gün üç gecə ərzində (yüngül və ya­xud ağır) subaşına çıxdıqdan və yuxudan oyandıqdan son­ra xuffu8 ayağımızdan çıxarmamağa8bizə rüxsət verər, yal­nız cənabət halında10 onları çıxarmağı bizə əmr edərdi.11

3. Dəvə əti yemək;12

Cabir ibn Səmura (radiyallahu anhu) rəvayət edir ki, bir kişi gəlib Pey­ğəm­bərdən (sallallahu aleyhi və səlləm) soruşdu: “…Dəvə əti yedikdən sonra dəstə­maz alımmı? O dedi: Bəli, dəvə əti yedikdən sonra dəstəmaz al!”13

Cabir ibn Səmura (radiyallahu anhu) rəvayət edir ki, biz dəvə əti ye­dik­dən sonra dəstəmaz alardıq, qoyun əti yedikdən sonra isə dəs­təmaz almazdıq.”14

4. Övrət yerinə bilavasitə toxunmaq. (Bəzi alimlərin rəyi­nə görə).

Busra bint Safvan (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Cinsiyyət orqanına bilavasitə toxunan dəstə­maz alsın!”15

Talq ibn Ali (radiyallahu anhu) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) namaz­da cinsiyyət or­qa­nına toxunan dəstəmaz almalıdırmı? Deyə soruşdu. O de­di: “Xeyr, o səndən olan bir ət parçasıdır”16

Bu iki hədisi cəm edib aşağıdakı nəticəni çıxartmaq olar:

“Şəhvətlə və ya şəhvətsiz cinsiyyət orqanına toxunan şəx­sin dəstəmaz alması müstəhəbdir. Şəhvətlə cinsiyyət or­qa­nına toxunan şəxsin dəstəmaz almasının vacib olması rəyi də çox güclü rəydir, lakin mən bunu qətiyyətlə dəs­təklə­mi­rəm. Ehtiyat üçün isə dəstəmaz alsın.17

İbn Teymiyyədən soruşdular: “Cinsiyyət orqanına əlinin iç hissəsi və barmaqları ilə toxunan şəxsin dəstəmazı pozu­lurmu?” O dedi: “Onu qəsd etməyibsə dəstəmazı pozul­mur.”18



1 Adəti üzrə gələn qandan çox (əlavə günlərdə) gələn qan.

2 əl-Maidə surəsi, 6.

3 Səhihu-l-Buxari, 269; Səhih Muslim, 693.

4 Yəni, ondan yel çıxdığını zənn etməklə çox vəs-vəsədə olan və namaz­dan yayınan.

5 Səhihu-l-Buxari, 177; Səhih Müslim, 802.

6 Ummu Həbibə bint Cəhş.

7 Səhihu-l-Buxari, 327; Səhih Müslim, 754.

8 Dəridən hazırlanmış ayaq geyimi.

9 Yəni, üzərinə məsh etməyi.

10 Cinsi əlaqədən və ya hər hansı yolla şəhvət nəticəsində məni ifraz et­dik­dən sonrakı hal.

11 “Müsnəd” 4/239; “Sünənu-n-Nəsai” 1/83 – 127-ci hədis; İrvau-l-Ğalil, 1/140 – 104-cü hədis. [Hədis həsəndir] 

12 “Təmamu-l-Minnə” səh:106.

13 “Müsnəd” 5/86, 88, 93, 100; Səhih Muslim, 800; İrvau-l-Ğalil, 1/152 – 118-ci hədis. [Hədis səhihdir]   

14 “Musannəf ibn Əbi Şeubə” əsəri 1/46.

15 “Müsnəd” 6/406; İrvau-l-Ğalil, 1/150 – 116, 117-ci hədislər. [Hədislər sə­hih­dir]  

16 “Müsnəd” 4/23; Ali ibnu-l-Mədinin, ət-Təhavi, ət-Təbərani, ibn Həzm, İbn Teymiyyə, İbn Useymin və s. bu hədisi mötəbər hesab etmişlər.

17 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 1/325.

18 “Məcmu fətava”  21/231; “Təmamu-l-Minnə” səh:103.

 


Baxılıb: 16925


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”