Ana səhifə / Fiqh / Şəriət risaləsi / Qüslü vacib edən hallar

Qüslü vacib edən hallar

Qüslü vacib edən hallar

 

1. Cinsi əlaqədən sonra (əlaqədə olanların hər hansı bi­rin­dən, yaxud hər ikisindən sperma xaric olmamışsa belə), şəh­vət hissi keçirmək nəticəsində yuxulu və ya ayıq olarkən sperma xaric olmuşsa. Uca Allah buyurur: “Qadınlarınızla ya­xınlıq edib natəmiz olmuş­sunuzsa, qüsl edin.1

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcəsi Ummu Sələmə (radiyallahu anhə) rəvayət edir ki, Əbu Təlhənin (radiyallahu anhu) zövcəsi Ummu Suleym (radiyallahu anhə) Pey­ğəm­bə­rin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi! Həqiqətən, Allah haqqı soruşana utanmağı əmr etmir. Məgər qadın pol­lyu­si­ya2 halında qüsl etməlidir?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Bəli, əgər mə­ni­nin3 əsər-əlamətini (paltarında və ya bədə­nində) gö­rüb­sə qüsl etməlidir”4

2. Heyz (aybaşı) və nifasdan (doğuş qanından) təmizlən­dikdən sonra;

Aişə (radiyallahu anhə) rəvayət edir ki, Əbu Hübeyşin qızı Fatimə (radiyallahu anhə): “Mən davamlı istihazə oluram. Buna görə namazımı tərk edim­mi?” – deyə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdu. O dedi: “Xeyr, o bir tərdir heyz deyil, lakin adətin üzrə heyz olduğun gün­lər namazları tərk et, sonra isə qüsl edib namazını qıl”5

Səhabələrin və islam alimlərinin rəyinə görə nifasla hey­zin hökmü eynidir.6

Qeyd etmək lazımdır ki, qadın heyz və ya nifas müd­dət­də buraxdığı namazların qəzasını qılmamalı, orucların isə əksinə qəzasını tutmalıdır.

Muazə bint Abdullah (radiyallahu anhə) rəvayət edir ki, mən Aişədən (radiyallahu anhə): “Nə üçün heyzli qadın orucun qəzasını tutur, namazın qə­za­sını isə qılmır?” – deyə soruşdum. O məndən: “Sən Hə­ru­ri­sən7?” – deyə soruş­duqda, mən: “Xeyr, Həruri deyiləm, la­kin öyrənmək üçün soruşuram” – cavabını verdim. Aişə de­di: “Biz heyzli olarkən oruc və namazı tərk edir, sonra isə yal­nız orucun qəzasını tutmağa əmr olunardıq”8

3. Cümə gününün qüslü;9

Abdullah ibn Ömər (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm)  de­di: “Cümə namazına gələn qüsl etməlidir”“10

Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Cümə gününün qüslü hər bir həddi buluğa çatana vacib­dir”11

4. Ölüm: Vəfat etmiş müsəlmanın meyiti qüsl olun­ma­lı­dır (şəhidlər müstəsnadır);

Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, “Bir kişi Əra­fa­da12 mindiyi heyvanın üzərindən yerə düşdü və boynu sındı. (Vəfat etdikdən sonra) Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Onu sidr qatıl­mış su ilə yuyub iki sarğı (kəfən) ilə sarıyın. Onu ətirlə­mə­yin və başını da örtməyin həqiqətən, o, Qiyamət günü təl­biyə13 edərək həşr ediləcək14““15

Cabir (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Onları (Uhud döyüşündə şəhid olanları) qanlı-qanlı (qüsl etmədən) dəfn edin!..”“16

5. İslam dininə daxil olmaq.

Qeys ibn Asim (radiyallahu anhu) rəvayət edir ki, İslam dinini qəbul et­mək istədikdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona qüsl etməyi əmr etdi.17



1 əl-Maidə surəsi, 6.

2 Yuxuda olarkən şəhvət nəticəsində məni ifraz etmək.

4 Spermanın.

4 Səhihu-l-Buxari, 282; Səhih Müslim, 710.

5 Səhihu-l-Buxari, 306; Səhih Müslim, 753.

6 “Məcmu fətava” 21/635; Neylu-l-Əutar, 1/353.

7 Hərura: Kufədən iki mil aralıda yerləşən şəhərdir. Burada Aişə O xa­ri­ci­lərin qolundan olan cərəyanı nəzərdə tutur.

8 Səhihu-l-Buxari, 321; Səhih Müslim, 761.

9 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 5/108-110.

10 Səhihu-l-Buxari, 894; Səhih Müslim, 1948.

11 Səhihu-l-Buxari, 879; Səhih Müslim, 1954; İrvau-l-Ğalil, 1/172 – 143-cü hə­dis.

12 Məkkənin yaxınlığında yerləşən dağ və onun ətrafında olan yerin adıdır. Həmçinin, zi-l-hiccə ayının 9-u Ərafa günü adlanır.

13 Bu duanı oxumaq: “ləbbeyk-əllahummə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləb­beyk, innə-l-həmdə va-n-nimətə ləkə va-l-mulk lə şərikə lək”. Səhihu-l-Bu­xa­ri, 1549.

14 Həşr: Qiyamət günü insanların dirilərək haqq-hesab  olunmaq üçün top­lan­masına deyilir.

15 Səhihu-l-Buxari, 1265; Səhih Müslim, 2884.

16 Səhihu-l-Buxari, 1346.

17 “Müsnəd” 5/61; “Sünənu Əbi Davud” 2/14 – 351-ci hədis; İrvau-l-Ğalil, 1/163 – 127-ci hədis. [Hədis səhihdir]

 


Baxılıb: 17893


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”