Ana səhifə / Fiqh / Şəriət risaləsi / Hansı hallarda qüsl etmək bəyənilir?

Hansı hallarda qüsl etmək bəyənilir?

Hansı hallarda qüsl etmək bəyənilir?

 

1. Meyit yumuş adamın qüsl etməsi ;

Əbu Hureyrə (radiyallahu anhu) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət edir ki; “Meyi­ti yuyan qüsl etsin, onu daşıyan isə dəstəmaz alsın!”1

“Şübhə yoxdur ki, hədis səhihdir, lakin buradakı əmr bu əməlin müstəhəb olmasına dəlalət edir. Çünki, səhabələrdən varid olmuşdur ki, meyiti yuduqdan sonra onlardan bəziləri qüsl etmiş, digərləri isə etməmişdir.”2

[Bu əmr vacib olsa idi Peyğəmbər (sallallahu aleyhi və səlləm) qüsl etməyən sə­ha­bə­lərə öz etirazını bildirərdi.]

2. Həcc və ümrə ziyarəti məqsədilə Məkkə şəhərinə daxil olmazdan əvvəl ihram libası geymək üçün qüsl edilməsi;

İbn Ömər (radiyallahu anhumə) hər dəfə Məkkəyə gəldikdə səhərə qədər zi-Tuva adlı yerdə gecələyər, sonra qüsl edib Məkkəyə daxil olardı. O, rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də belə edərdi.3

3. Yenidən cinsi əlaqəyə girmək üçün qüsl etmək;

Əbu Rafi (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə etdiyini rəvayət et­miş­dir.4

4. İstihazə olan qadının hər bir namazı qılması üçün qüsl etməsi;

Aişə (radiyallahu anhə) rəvayət edir ki, Ummu Həbibə5 (radiyallahu anhə) yeddi il is­ti­ha­zə oldu və bu haqda Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdu. O: “Bu bir tərdir” – deyib qüsl etməyi ona əmr etdi. Ummu Həbibə də hər namaz üçün qüsl edərdi.6

“Burada qüsl etmək üçün qeyd olunan əmr mütləqdir və təkrar etməyə dəlalət etmir. Ola bilsin ki, o, bunun vacib ol­ma­sını başa düşmüş və hər namaz üçün qüsl etmişdir. Şafii demişdir: “Peyğəm­bər (sallallahu aleyhi və səlləm) ona qüsl edib namaz qılmağı əmr et­mişdir. O isə əlavə olaraq hər namaz üçün qüsl etmişdir”.

əl-Leys ibn Səd, Muslimin rəvayətində belə demişdir: “Pey­ğəm­bə­rin (sallallahu aleyhi və səlləm) ona (Ummu Həbibəyə (radiyallahu anhə) hər na­maz üçün qüsl etməyi əmr etdiyini ibn Şihab qeyd etməmişdir. Bu, yal­nız onun (Ummu Həbibənin (radiyallahu anhə) ictihadı nəticəsində) et­di­yi hərəkətdir.” İcmanın da rəyi belədir ki, istihazə halında olan qadına hər namaz üçün qüsl etmək vacib deyildir.”7



1 “Sünənu Əbi Davud” 8/304 – 3159-cu hədis; İrvau-l-Ğalil, 1/173 – 144-cü hədis.  [Hədis səhihdir] 

2 İrvau-l-Ğalil, 1/175 – 144-cü hədisin şərhi. [Hədis səhihdir] 

3 Səhihu-l-Buxari, 1574; Səhih Müslim, 3270; İrvau-l-Ğalil, 1/179 – 150-ci hədis.

4 “Sünənu Əbi Davud” 1/254–216-cı hədis;  Ədəbu-z-Zifaf, səh: 35. [Hədis səhihdir]

5 Ummu Həbibə bint Cəhş.

6 Səhihu-l-Buxari, 327; Səhih Müslim, 754.

7 “Fəthu-l-Bari” 1/508 – 327-ci hədisin şərhi.

 


Baxılıb: 18032


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”