Ana səhifə / Fiqh / Şəriət risaləsi / Qüsl etməyın qaydası

Qüsl etməyın qaydası

 

Qüsl etməyın qaydası

 

Allah dərgahında qəbul olunan etdiyi qüsl iki növdür:

1. Vacib qüsl. Yəni, niyyət edib bədənin hər yerinə su çat­dır­­maq­la onu tərtibsiz (ardıcıllıq olmadan) yumaq. Bununla da bəndə boynunda olan vacibi ödəmiş hesab olunur.

2. Kamil qüsl. Yəni, niyyət etdikdən sonra [bismilləh] de­yib əlləri yumaq. Sonra cinsiyyət üzvünü yumaq. Sonra dəs­tə­maz almaq.1 Sonra üç dəfə başa su töküb əl ilə onu saç­la­rın dibinə çatdırmaq. Sonra bədənin qalan yerini üç dəfə2 yu­maq. Sonra isə ayaqları yumaq (Yəni, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) et­di­yi kimi qüsl etmək).

Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) cənabət qüslü et­dikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su tö­küb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç də­fə ba­şına su töküb əlləri3 ilə onu saçlarının dibinə çatdırdı. Son­ra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yu­du.”4

Bədən üzvlərindən biri tənziflə sarınmış və ya gips qo­yul­muş müsəlman dəstamaz almaq və qüsl etmək istədikdə sağlam üzvləri yumalı, sarınmış xəstə üzvün üstünə isə məsh çəkməlidir. Əgər məsh etmək yaraya ziyan edərsə bu vaxt tə­yəmmüm etmək lazımdırdir.

Qüsldən sonra dəstəmaz almaq:

Qüsldən sonra dəstəmaz alıb almamaq ondan əvvəlki niy­yətlə bağlıdır. Qüsldən əvvəl olan niyyət isə dörd qismə bö­lünür.

1. Qüsl və dəstəmazı niyyət edib qüsl etmək dəstəmazı da əvəz edir.

2. Yalnız qüslü niyyət edib qüsl etmək də dəstəmazı əvəz edir.

Hər iki rəy aşğıdakı ayə və hədislə əsasnadırılıb:5

Uca Allah buyurur: “Qadınlarınızla yaxınlıq edib na­tə­miz olmuş­sunuzsa, qüsl edin.6

Ömər ibn əl-Xəttab (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Əməllər niyyətlərə görədir…”7

3. Dəstəmazsız qəbul olmayan ibadəti (namaz və s.) niy­yət edib qüsl etmək də dəstəmazı əvəz edir.

4. Dəstəmazsız yerinə yetirilməsi caiz olan ibadəti (Qu­ran oxumaq, məsciddə etikaf 8 etmək və s.) niyyət edib qüsl et­mək isə dəstəmazı əvəz etmir.9



1 Dəstəmaza başladıqda niyyət edib bismilləh demək və qurtardıqda dua­nı oxumaq lazım deyil.

2 Əzaları sağdan başlayaraq iki və ya üç dəfə yumaq sünnədir. Bax: “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 1/415-420.

3 Barmaqlarını saçlarının arasına daxil etməklə.

4 Səhih Müslim, 716.

5 “Məcmu fətava” 21/396; “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 1/428.

6 əl-Maidə surəsi, 6.

7 Səhihu-l-Buxari, 1; Səhih Müslim, 4904.

8 Allaha ibadət məqsədilə bir müddət məsciddə qalmaq.

9 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 1/429.

 


Baxılıb: 18516


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”