Ana səhifə / Fiqh / Şəriət risaləsi / “ N A M A Z “

“ N A M A Z “

“ N A M A Z “

 

Uca Allah buyurur: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək, hənif­lər ki­­mi ibadət et­mək, namaz qıl­maq və zəkat vermək əmr olun­muş­du. Doğru din də elə bu­dur!”1

    İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “İs­lam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa ila­hı­nin olmaması və Muhəmmədin Onun elçisi olmasına şahid­lik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ra­ma­zan orucunu tutmaq!”2

     Malik ibn əl-Huveyris (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “…Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!…”3

Namaz kəlməsi iki cür izah olunur:

Lüğəti mənası dua deməkdir.4 Dində isə (istilahi mə­na­da) “məlum (xüsusi) olan kəlmələri ifadə etmək və hərəkət­lə­ri yerinə yetirməklə, təkbirlə başlanıb təslimlə qurtaran iba­dətə deyilir.5

Namaz qılmaq, həddi-büluğa çatmış, ağlı başında olan hər bir müsəlmana vacibdir.

Uca Allah buyurur: “Çün­ki namaz mömin­lərə mü­əy­yən olunmuş vaxtlarda vacib edil­mişdir.”6

Ömər ibn əl-Xəttab (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah ya­zıl­mır): Həddi-büluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs…”7



1 əl-Bəyyinə surəsi, 5.

2 Səhihu-l-Buxari, 8; Səhih Muslim, 113.

3 Səhihu-l-Buxari, 631; Səhih Muslim, 1533.

4 Bax: ət-Tövbə surəsi, 103; əl-Əhzab surəsi, 56; əl-Həcc surəsi, 40; “əl-Mu­cəmu-l-Vasit” səh: 522.

5 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 2/5; “əl-Mucəmu-l-Vasit” səh: 522.

6 ən-Nisa surəsi, 103.

7 “Sünənu Əbi Davud” 12/50 – 4391-ci hədis; İrvau-l-Ğalil 2/4 – 297-ci hə­dis. [Hədis səhihdir]

 


Baxılıb: 16566


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”