Ana səhifə / Fiqh / Şəriət risaləsi / Namazın şərtləri

Namazın şərtləri

Namazın şərtləri

 

1. Təharətli olmaq (qüsl və ya dəstəmazlı, və ya onları əvəz edən təyəmmümlü olmaq);1

Səhvən və ya bilərəkdən bu şərti tərk edənin namazı ba­til­dir.

2. Hər namazı vaxtında qılmaq;

Uca Allah buyurur: “Çün­ki namaz mömin­lərə mü­əy­yən olunmuş vaxtlarda vacib edil­mişdir.”2

Əbu Amr əş-Şeybani3 Abdullah ibn Məsudun (radiyallahu anhu) evini gös­tərib dedi: “Bu evin sahibi bizə dedi ki, mən Pey­ğəm­bər­dən (sallallahu aleyhi və səlləm) hansı əməlin Allah yanında daha sevimli olduğunu so­ruş­dum. O dedi: “Vaxtında qılınan namaz”…”4

Səhvən və ya bilərəkdən vaxtından tez qılınan namaz ba­til­dir.5

* Vaxtından gec isə yalnız üzrlü səbəbə görə namaz qıl­maq olar (yatıb qaldıqda, unutduqda, cərrahiyə əmə­liy­ya­tın­da və s. bu kimi çox zəruri hallarda).

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Na­ma­zını unudan xatırladığı zaman onu qılsın! Uca Allah bu­yur­muşdur: “Mə­ni xatır­lamaq üçün namaz qıl!67

3. Bədəni, paltarı və namaz qılınan yeri nəcasətdən (mur­darlıqdan) təmizləmək;

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Siz­dən birinizin dəstəmazı pozulduqda dəstəmaz al­ma­­yınca Allah onun (dəstə­mazsız qıldığı) namazını qəbul et­məz”8

Uca Allah buyurur: “Geyimini təmiz saxla!”9

Uca Allah buyurur: Biz İb­ra­hi­mə və İs­mailə: “Evi­mi təvaf edən­lər, eti­kafa gi­rən­lər, rüku və səc­də edən­lər üçün təmizləyin!”– dedik.10

Yalnız bilərəkdən paltarı, ya bədəni, yaxud da namaz qı­lı­nan yeri nəcasətdən (murdarlıqdan) təmizləmədən qılınan na­maz batildir.11 Səhvən və ya unutqanlıqdan belə halda qı­lınan namaz batil olmur.

4. Ayıb yerlərini (övrəti12) örtmək;

Uca Allah buyurur: Ey Adəm oğulları! Məs­cid­lərə ge­dər­kən gözəl geyim­lə­rinizi ge­yin.13

Libasın vəsfi:

* Əzaları göstərən şəffaf və ya dar olmamalı;

* Natəmiz olmamalı;

* Haram olmamalı (İpək (yalnız kişilərə), kafirlərə məx­sus olan geyim, qəsb edilmiş, oğurlanmış və s. geyimlər);

* Narahat edən, zərərli olmamalı (bədəni dalayan, tikanlı və s.)

Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Allah, hi­cab­sız namaz qılan həddi-büluğa çatmış qadının namazını qə­bul etməz!”14

 

* Hicabın şərtləri:

1. Əl və üzdən başqa bütün bədən üzvlərini örtməli;

2. Zinətli olmamalı;

3. Dar olmamalı;

4. Kişilərə və ya kafir qadınlara məxsus geyimlərə oxşa­ma­­malı;

5. Şəffaf olmamalı;

6. Diqqəti cəlb edici olmamalı;

7. Ətirlənmiş olmamalı.

Qeyd etmək lazımdır ki, yalnız birinci və beşinci bəndə riayət etmədikdə namaz batil olur.15

Qadın bu şərtlərə yalnız ona naməhram olanların ya­nın­da riayət etməlidir. Ona məhrəm olanların yanında isə şəriə­tin qoy­duğu həddi aşmamaq şərtilə istədiyi kimi geyinə bi­lər. Yalnız həyat yoldaşı müstəsnadır. Onun yanında istə­ni­lən libası geyinə bilər.

 

Övrət yerinin açılması namazı batil edirmi?

a) Övrət yeri bilərəkdən açılarsa bu halda namaz batil olur. Bu halda onun az və yə çox miqdarda olması, üs­tün­dən az və ya çox vaxt keçməsi heç bir əhəmiyyət kəsb etmir. İs­tənilən halda bu, namazı batil edir.

b) Övrət yeri az miqdarda səhvən açılarsa bu halda na­maz batil olmur.

v) Övrət yeri çox miqdarda səhvən açılar, və üstündən az vaxt keçərsə yenə namaz batil olmur.

q) Övrət yeri çox miqdarda səhvən açılar, və üstündən çox vaxt keçərsə bu halda namaz batil olur.”16

Qeyd: “Üstündən az və ya çox vaxt keçərsə” – dedikdə namaz əsnasındakı vaxt qəsd olunur.

5. Qibləyə tərəf durmaq.

Uca Allah buyurur: Hara səfərə çıxsan, na­maz qıldıq­da üzünü Məscidul­harama tərəf çevir! Çünki bu, sənin Rəb­bindən gələn haq­dır!17

Aşağıdakı hallarda qibləyə tərəf durmaq şərt deyil:

a) Qorxu olduqda (düşməndən, vəhşi heyvandan və s.);

Uca Allah buyurur: Əgər nədənsə qorxsa­nız, namazı­nızı ayaq üstə və ya mi­nik üzərində qı­lın. Təhlükə so­vuş­duq­da isə Allahı, si­zə bil­mədik­ləri­ni­zi necə öyrədibsə, o cür yad edin!18

Abdullah ibn Ömər (radiyallahu anhumə) qorxu namazı barəsində soruşul­duqda demişdir: “piyada gedə-gedə və ya minik üstə, qib­lə­yə tərəf və ya qiblədən yayınaraq namazınızı qılın”19

b)  Qibləyə tərəf çevrilmək mümkün olmadıqda (xəstəlik, qibləni təyin edə bilməmək və s.);

Uca Allah buyurur: Allah hər kəsi yalnız onun qüv­vəsi çatdığı qədər mü­­kəlləf edər.20

Uca Allah buyurur: Nə qədər bacarırsınızsa Allah­dan qorxun.21

v) Fərz namazlarından başqa minik üzərində qılınan na­fi­lə namaz­larında;

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) minik üzərində get­diyi istiqamətə tərəf namaz qılar, fərz namazı qılmaq is­tə­dikdə isə minikdən düşüb qibləyə tərəf yönələrdi.22

Yalnız bilərəkdən qiblədən yayınanın namazı batil olur. Səh­vən bunu edib namaz əsnasında xatırlayan dərhal səhvini dü­zəltməli (qibləyə tərəf dönməli), qılıb qurtardıqdan sonra na­mazı təkrar qılmamalıdır. Fərz namazlarını isə yalnız zə­ru­ri hallarda (nəqliy­yatın namazın axır vaxtınadək dayan­ma­ya­ca­ğı təqdirdə, düşmənin, vəhşi heyvannı və s. hücum etmək təh­lükəsi olduqda və s.) minik üzərində qılmaq olar.

6. Hər namaz üçün (qəlbdə) niyyət etmək.

Uca Allah buyurur: Halbuki onlara, dini məhz Allaha məx­sus edərək, hənif­lər ki­­mi ibadət et­mək, namaz qıl­maq və zəkat vermək əmr olun­muş­du. Doğru din də elə bu­dur!23

Ömər ibn əl-Xəttab (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Əməllər niyyətlərə görədir…”24

Səhvən və ya bilərəkdən niyyəti tərk edənin namazı ba­til­dir.



1 Bax: əl-Maidə surəsi, 6-cı ayə.

2 ən-Nisa surəsi, 103.

3 Adı: Səd ibn İyəs.

4 Səhihu-l -Buxari, 527; Səhih Müslim, 250.

5 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 2/89.

6 Taha surəsi, 14 .

7 Səhih Müslim, 1558.

8 Səhihu-l-Buxari, 6954; Səhih Müslim, 536.

9 əl-Muddəssir surəsi, 4.

10 əl-Bəqərə surəsi, 125.

11 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 2/229.

12 Kişi  üçün  göbəkdən  dizə  qədər,  qadın  üçün  isə  əl  və  üzdən  başqa bə­dənin hər yeri.

13 əl-Əraf surəsi, 31.

14 “Sünənu Əbi Davud” 2/243 – 637-ci hədis; İrvau-l-Ğalil, 1/214 – 196-cı hə­dis. [Hədis səhihdir] 

15 “Namazla əlaqəli mühüm fətvalar” səh: 17.

16 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 2/167-168.

17 əl-Bəqərə surəsi, 149.

18 əl-Bəqərə surəsi, 239.

19 Səhihu-l-Buxari, 4535.

20 əl-Bəqərə surəsi, 286.

21 ət-Təğabun surəsi, 16.

22 Səhihu-l-Buxari, 400; Səhih Muslim, 1616.

23 əl-Bəyyinə surəsi, 5.

24 Səhihu-l-Buxari, 1; Səhih Müslim, 4904.

 


Baxılıb: 19873


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”