Ana səhifə / Fiqh / Şəriət risaləsi / Namazın rüknləri (əsasları)

Namazın rüknləri (əsasları)

 

Namazın rüknləri (əsasları)

 

1. Qiyam (namazı ayaq üstə qılmaq);

Uca Allah buyurur: Allah qarşısın­da müti­liklə du­run.1

* Qüvvəsi çatmayan şəxsə namazı ayaq üstə qılmaq vacib deyil.

İmran ibn Husayn (radiyallahu anhu) rəvayət edir ki, mən babasil xəstə­li­yinə tutulmuşdum və namaz barəsində Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) so­ruş­dum. O dedi: “ayaq üstə qıl, bacarmırsansa oturmuş və­ziy­yətdə qıl, onu da bacarmırsansa uzanmış vəziy­yətdə qıl!”2

* Qiyam yalnız fərz namazları üçün rükndur. Nafilə (əla­və qılınan) namazlarını isə oturmuş vəziyyətdə də qılmaq olar. Be­lə namazları ayaq üstə qılmaq sünnədir.3 Gücü çatana otu­rub qıldığı nafilə namazına görə ayaq üstə qılınan na­ma­zın savabının yarısı yazılır.

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) minik üzə­rin­də getdiyi istiqamətə tərəf namaz qılar, fərz namazı qıl­maq istədikdə isə minikdən düşüb qibləyə tərəf yönə­lərdi.4

İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) üzünü üzə­ri­nə mindiyi heyvanın getdiyi istiqamətə tutub, ba­şı ilə işarə edə­rək namazını qılardı”. Həmçinin İbn Ömər (radiyallahu anhumə) də bunu edər­di.5

2. Təkbirlə (Allahu əkbər deməklə) namaza başlamaq;

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, bir kişi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi:Mənə namaz qılmağ öyrət!” O dedi: “Namaz qıl­ma­ğa durduğun zaman təkbir et!…”6

3. Hər rükətdə Fatihə surəsini oxumaq;

Ubadə ibn əs-Samit (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Fatihə surəsini oxumayanın namazı qəbul   de­yil­dir”7

4. Rüku etmək;

Uca Allah buyurur: Ey iman gətirənlər! Rü­ku edin, səc­dəyə qapanın.8

5. Rukudan qalxıb dikəlmək;

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, bir kişi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi:Mənə namaz qılmağ öyrət!” O dedi: “…son­ra rü­ku­dan qalx və qamətini tam düzəlt…”9

6. Səcdə etmək;

Uca Allah buyurur: Ey iman gətirənlər! Rü­ku edin, səc­­dəyə qapanın.10

İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Yed­di əza üzərinə: alın – əli ilə burnuna işarə etdi, – əllər, dizlər və ayaq barmaqları üzərinə səcdə etmək mənə əmr olun­du”11

7. Səcdədən qalxıb oturmaq (yalnız iki səcdə arasında);

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, bir kişi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) de­di:Mənə namaz qılmağ öyrət!” O dedi: “…sonra səc­də­dən qalx otur və o vəziyyətdə rahat dur…”12

8. Bu hərəkətləri (rahatlıqla) tələsmədən etmək;

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, bir kişi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi:Mənə namaz qılmağ öyrət!” O dedi: “Namaz qılmağa durduğun zaman təkbir et, sonra Qurandan sənə müyəssər ola­nı oxu, sonra rüku et və o vəziy­yətdə rahat dur, sonra rü­ku­dan qalx və qamətini tam düzəlt, sonra səcdə et və o və­ziy­yətdə rahat dur, sonra səcdədən qalx və o vəziyyətdə ra­hat dur, sonra bunların hamısını qalan rükət­lərdə təkrar et!”13

9. Axırıncı rükətdə təşəhhüd demək üçün oturmaq;

10. Axırıncı rükətdə təşəhhüdü oxumaq;

Abdullah ibn Məsud (radiyallahu anhumə) rəvayət edir ki, biz Pey­ğəm­bə­rin (sallallahu aleyhi və səlləm) arxasında namaz qıldığımız zaman belə deyərdik: “Sa­lam olsun Allaha! Salam olsun filankəsə!”

Bir gün Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə dedi: “Həqiqətən Allah Sa­lam­dır!14 Sizdən biriniz namazda oturduğu zaman desin! “Ət-təhiyyətu lilləhi və-s-saləvatu və-t-tayyibət, əs-sələmu aley­kə eyyuhə-n-nəbiyyu və rahmətullahi və bərakətuhu, əs-sələmu aleynə və alə ibədilləhi-s-salihin, - bunu desə göy­də­ki və yerdəki cəmi əməlisaleh bəndələrə salam vermiş olar­san - əşhədu ən lə iləhə illəllahu və əşhədu ənnə Mu­ham­mədən abduhu va rasuluhu”15

Duanın tərcüməsi: “Bütün alqışlar, dualar Allaha, bütün yaxşı işlər Allah üçün edilir. Ey Peyğəmbər, sənə salam ol­sun, Allahın mərhəməti və bərəkətləri yetişsin! Bizə və Allahın əməlisaleh bəndə­­­lə­­­rinə salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur və şahidlik edi­rəm ki, Muhəmməd Onun qulu və elçisidir.”

11. Bu hərəkətləri tərtiblə (ardıcıllıqla) etmək;

a) Uca Allah buyurur: Ey iman gətirənlər! Rü­ku edin, səc­dəyə qapanın.16

Cabir ibn Abdullahın (radiyallahu anhu) rəvayət etdiyi hədisdə Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) “Həqiqətən, Səfa və Mər­və Alla­hın qoyduğu nişa­nə­lər­dən­dir17. Mən də Allahın başladığından başlayıram” de­yib Səfa dağına qalxdı…”18 Deməli ayədə qeyd olunduğu ki­mi, (ardıcıllıqla) əvvəl rüku sonra isə səcdə etmək fərzdir.19

b) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) namazlarını daima tərtiblə qılması.

Malik ibn əl-Huveyris (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) de­di: “…Mənim necə namaz qıldığımı gö­rür­­­­­­­­sünüz, siz də elə namaz qılın!…”20

v) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabəyə tərtiblə namaz qılmağı öyrət­mə­si sonra həmişə belə namaz qılmağı ona əmr etməsi.

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, bir kişi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi: “Mənə namaz qılmağ öyrət!…”21

12. Salam  ilə namazı tamamlamaq.

Əli ibn Əbu Talib (radiyallahu anhu) rəvayət edir ki, bir kişi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi:Təmizlik namazın açarı, təkbir onun qadağanı,22 təs­lim də rüxsət verənidir.2324

Bu rüknlərdən hər hansı birini bilərəkdən tərk edənin na­mazı batil olur. Lakin səhvən bu rüknlərdən bəzilərini tərk edən tərk etdiyi rüknə görə yenidən bir rükət əlavə qılmalı və səhv səcdəsi etməlidir. Namazı çox tez qılan, yaxud ayaq üs­tə qılmaq imkanı ola-ola oturaq qılan və yaxud ilk təkbiri et­məyən namazı yenidən tam qılmalıdır.



1 əl-Bəqərə surəsi, 238.

2 Səhihu-l-Buxari, 1117.

3 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 2/402.

4 Səhihu-l-Buxari, 400; Səhih Muslim, 1616.

5 Səhihu-l-Buxari, 1105; Səhih Müslim, 1208.

6 Səhihu-l-Buxari, 757; Səhih Muslim, 883.

7 Səhihu-l-Buxari, 756; Səhih Muslim, 872.

8 əl-Həcc surəsi, 77.

9 Səhihu-l-Buxari, 757; Səhih Muslim, 883.

10 əl-Həcc surəsi, 77.

11 Səhihu-l-l-Buxari, 809; Səhih Müslim, 1098.

12 Səhihu-l-Buxari, 757; Səhih Muslim, 883.

13 Səhihu-l-Buxari, 757; Səhih Muslim, 883.

14 Bu Allahın adlarından biridir. Bax: Şərh Səhih Muslim, 3/336.

15 Səhihu-l-Buxari, 831; Səhih Muslim, 895.

16 əl-Həcc surəsi, 77.

17 Əl-Bəqərə surəsi, 158.

18 Səhih Muslim, 2941.

19 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 2427.

20 Səhihu-l-Buxari, 631; Səhih Muslim, 1533.

21 Səhihu-l-Buxari, 757; Səhih Muslim, 883.

22 Yəni, “Allahu Əkbər” deyib namaza başladıqdan sonra, namaza aid ol­ma­yan  hər bir ifadə və ya hərəkəti etmək haramır.

23 Yəni, salamları verib namazı bitirdikdən sonra, namaza aid olmayan  hər bir ifadə və ya hərəkəti etmək caizdir.

24 “Müsnəd” 1/123; “Sünənu Əbi Davud” 2/229 – 614-cü hədis; İrvau-l-Ğa­lil, 2/8 – 301-ci hədis. [Hədis səhihdir]  

 


Baxılıb: 16744


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”