Ana səhifə / Fiqh / Şəriət risaləsi / Namazın vacibləri

Namazın vacibləri

 

Namazın vacibləri

 

1. Ehram təkbirindən (namaza başladıqda edilən tək­bir­dən) başqa olan təkbirlər;

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Hə­qiqətən, imam, namazı qıldırmaq (namaz qılan­ların ona ita­ət etməsi) üçün seçilib, ona müxalif olmayın! Təkbir1 et­dik­də təkbir edin!…”2

Bundan əlavə aşağdakı təkbirlər də mövcuddur:

a) İstisqa və bayram namazlarındakı əlavə təkbirlər (sün­nədir);

b) Cənazə namazındakı təkbirlər (rükndür);

v) İmam rüku vəziyyətində olarkən ona çatan şəxsin tək­bir etməsi (sünnədir);

2. “Səmi-Allahu limən həmidəh” demək;

Duanın tərcüməsi: Allah Ona həmd edəni eşitdi!

3. “Rabbənə və ləkəl həmd” demək;

Duanın tərcüməsi: Ey Rəbbimiz! Həmd yalnız Sənədir!

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Hə­qi­qətən, imam, namazı qıldırmaq (namazda olanların ona ita­ət etməsi) üçün seçilir, ona müxalif olmayın! Təkbir etdik­də təkbir, rüku etdikdə də rüku edin! “Səmi Allahu limən həmidəh” dedikdə “Rabbənə və ləkəl həmd” deyin!…”3

İbn Əbi Əufə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) rükudan qalxarkən deyərdi: “Səmi-Allahu limən həmidəh, Allahum­mə Rabbənə ləkəl həmd…”4

4. “Sübhanə Rabbiyə-l-Azım” demək;

Duanın tərcüməsi: Mənim Əzəmətli Rəbbim bütün nöq­san­lardan uzaqdır!

5. “Sübhanə Rabbiyə-l-Əla” demək;

Duanın tərcüməsi: Mənim Uca Rəbbim bütün nöqsanlar­dan uzaqdır!

Uqbə ibn Amir (radiyallahu anhu) rəvayət edir ki, “Elə isə Ulu Rəbbinin adı­­na tərif­lər de!”5 - ayəsi nazil olduqda, Peyğəmbər (sallallahu aleyhi və səlləm) de­di: “Bunu rükuları­nızda deyin!”, “Ən Uca Rəbbinin adına tə­riflər de!”6 - ayəsi nazil olduqda, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Bu­nu səcdələrinizdə deyin!”7

Bu hədis, “Sübhanə Rabbiyə-l-Azım” və “Sübhanə Rabbi­yə-l-Əla” dualarının rüku və səcdədə deyilməsinin vacib ol­ma­ğına dəlil­dir.8

6. “Rabbi-ğ-firli” demək;

Huzeyfə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) iki səcdə arasın­da oturar və bu duanı oxuyardı: “Rabbi-ğ-firli, Rabbi-ğ-fir­li”9

Duanın tərcüməsi: Ey Rəbbim, məni bağışla!

7. Dörd və üç rükətli namazın ikinci rükətindən sonra otur­maq;

8. Dörd və üç rükətli namazın ikinci rükətindən sonra təşəh­hüdü oxumaq.

Abdullah ibn Buheynə əl-Əsədi (radiyallahu anhu) rəvayət edir ki, Pey­ğəm­­bər (sallallahu aleyhi və səlləm) Zöhr namazında təşəhhüdə oturmadan (üçüncü rü­kətə) qalxdı. Namazın tamamında, salam­dan əvvəl təkbir edərək iki dəfə səhv səcdəsi etdi…”10

Bu vaciblərdən hər hansı birini bilərəkdən tərk edənin na­mazı batil olur. Lakin səhvən və ya unudaraq bu va­cib­lər­dən birini tərk edən isə yalnız iki dəfə səhv səcdəsi etmə­li­dir.



1 Yəni, “Allahu əkbər” demək.

2 Səhihu-l-Buxari, 722, 734; Səhih Müslim, 920.

3 Səhihu-l-Buxari, 722, 734; Səhih Müslim, 920.

4 Səhih Müslim, 1067.

5 əl-Vaqiə surəsi, 74, 96.

6 əl-Əla surəsi, 1.

7 “Sünənu Əbi Davud” 3/85 – 864-cu hədis; “əl-Məcmu” 3/413. [Hədis hə­sən­dir]

8 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 3/436-438; “Aunu-l-Məbud” 3/85.

9 “Sünənu Əbi Davud” 3/88 – 869-cu hədis; Sifətu salətu-n-Nəbiyyi r, səh: 153.

10 Səhihu-l-Buxari, 1; Səhih Müslim, 1270.

 


Baxılıb: 16804


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”