Ana səhifə / Fiqh / Şəriət risaləsi / Namazda bəyənilən əməllər (müstəhəblər)

Namazda bəyənilən əməllər (müstəhəblər)

Namazda bəyənilən əməllər (müstəhəblər)

 

1. Sağ əl sol əlin üzərində olmaqla əlləri sinənin üzərinə (aşa­ğı hissəsinə) qoymaq;

Vail (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) namaz qıldıqda sağ əli sol əlinin üstündə olmaqla əllərini sinəsinin üzərinə qo­yar­dı…”1

2. İstiftah (Fatihə surəsindən qabaq oxunan dua);

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) təkbir edib (Fatihə surəsini) oxumazdan əvvəl bir az fasilə verərdi. Mən: “Ey Allahın elçisi, təkbirlə qiraət arasında verdiyin fa­si­lədə nə oxuyursan?” – deyə soruşduqda o mənə dedi: “Allahum­­mə bəid bəyni və beynə xatayəyə kəmə bəadtə bəy­nə-l-məş­­r­i­qi və-l-məğrib. Allahummə nəqqini min xata­ya­yə kəmə yu­nəqqə-s-səubu-l-əbyədu minə-d-dənəs. Allahum­mə-ğ-sil­ni min xatayayə bil-məi və-s-səlci və-l-bəradi “ duasını oxu­yu­ram”2

Allahım, məşriqi3 məğribdən4 uzaqlaşdırdığın kimi, məni də xətalarımdan uzaqlaşdır! Allahım, ağ paltarın çirkabdan təmizlən­diyi kimi məni də xətalarımdan təmizlə! Allahım, mə­nim xətaları­mı su, qar və buz ilə təmizlə!

3. “əl-İstiazəni”5 - oxumaq6;

əl-İstiazəni üç cür ifadə etmək olar:

* “Əuzu billəhi minə-ş-şeytani-r-racim”7

Tərcüməsi: Lənətlənmiş şeytandan Allaha sığınıram!

“Əuzu billəhi-s-Səmiyi-l-Alim minə-ş-şeytani-r-racim”

Tərcüməsi: Lənətlənmiş şeytandan hər şeyi eşidən və hər şeyi bilən Allaha sığınıram!

* “Əuzu billəhi-s-Səmiyi-l-Alim minə-ş-şeytani-r-racim min həmzihi və nəfxihi və nəfsihi”8

Tərcüməsi: Lənətlənmiş şeytanın vəsvəsəsindən, lovğa­lığın­dan və sehrindən hər şeyi eşidən və hər şeyi bilən Allaha sığı­nı­ram!9

4. “Bismilləhi-r-rahməni-r-rahim” demək;

Ənəs ibn Malik (radiyallahu anhu) deyir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm), Əbu Bəkr (radiyallahu anhu), Ömər (radiyallahu anhu) və Osman (radiyallahu anhu) ilə namaz qıl­dım, onlardan heç birinin “bismilləhi-r-rahməni-r-rahim”i səslə oxudu­ğu­nu eşitmə­dim”10

Qeyd: “bismilləhi-r-rahməni-r-rahim”i Fatihə surəsinin ayə­si hesab edənlər isə, onu Fatihə surəsi ilə birlikdə oxu­ma­ğı rükn he­sab edirlər.

Ummu Sələmə (radiyallahu anhə) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) “bismilləhi-r-rahməni-r-rahim”i namazda oxuyar və onu ayə hesab edərdi”11

5. Ayələri aramla oxumaq;

Ummu Sələmə (radiyallahu anhə) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) necə Quran oxuduğu barədə soruşulduqda demişdir: “O, Quranı ayə-ayə oxu­yar­dı:

“bismilləhi-r-rahməni-r-rahim!”, “Əlhəmdulilləhi Rabbi-l-aləmin!”

“Ərrahməni-r-Rahim!” “Məliki yəumiddin!”12

6. “Amin” demək;

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “İmam “Amin” dedikdə, siz də birlikdə deyin! Kimin “Amin” de­mə­si mələklərin “Amin” deməsinə müvafiq olarsa onun keç­miş günahları bağışlanar”13

7. Fatihə surəsindən sonra oxunan hər hansı bir surə;

Ubadə ibnu-s-Samit (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) de­di: “Fatihə surəsini oxumayanın namazı qəbul deyildir”14

İcmanın rəyinə görə namazda Fatihə surəsindən başqa surə oxumaq sünnədir.15

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Siz­dən biriniz camaata namaz qıldırdıqda onu yün­gül­ləşdirsin, çünki onların arasında zəif, xəstə və ehtiyac içində ola­­­nı var. Tək qıldığınız namazı isə istədiyiniz qədər uzadın”16

Əbu Qətadə əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) Zöhr namazının birinci iki rükətində “Fa­tihə” və başqa su­rə­lər oxuyar, birinci rükəti uzun, ikincini isə qısa edərdi. Üçün­cü və dördüncü rükətlərdə isə yalnız “Fatihə” surəsini oxu­yardı….”17

* Surələri ardıcıl oxumaq vacib deyildir:

Huzeyfə ibn əl-Yəmən (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə gecə namazını qıldım. O, bir rükətdə “əl-Bəqərə” sonra “ən-Nisa” sonra da “Ali İmran” surələrini oxudu.18

* Ayələrin ardıcıl oxunması isə vacibdir. Onları əksinə, axırdan əvvələ, yaxud bir neçə ayə ortadan sonra əvvəldən, yaxud da başqa cür ardıcıllığı pozaraq oxumaq haramdır. Çünki nə Peyğəmbər (sallallahu aleyhi və səlləm), nə səhabələr, nə də onların ar­dı­cıl­ları belə etməmişlər.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) namazlarda oxuduğu su­­­­­­­­­­­­rə­lər:

* Fəcr namazında: “əl-Vaqiə”, “ət-Tur”, “ət-Təkvir”, “əz-Zəlzələ”, “Qaf”, “Əl-Fələq”, “ən-Nas”, “ər-Rum”, “Yasin”, “əl-Muminun”, “əs-Saffat”, “əs-Səcdə”, “əl-İnsan”;

* Fəcr namazının sünnətində: “əl-Kafirun”, “əl-İxlas”; “əl-Bəqərə, 136-cı ayə”, “Ali İmran, 64-cü ayə”, “Ali İmran, 52-ci ayə”;

* Zöhr namazında: “ət-Tariq”, “əl-Leyl”, əl-Buruc”, “əl-İn­şiqaq”;

* Əsr namazında: “ət-Tariq”, “əl-Leyl”, əl-Buruc”, “əl-İn­şi­qaq”;

* Məğrib namazında: “əl-Əraf”; “ət-Tur”, “əl-Mursələt”, “əl-Ənfal”, “ət-Tin”;

* Məğrib namazının sünnətində: “əl-Kafirun”, “əl-İx­las”;

* İşa namazında: “əş-Şəms”, “əl-İnşiqaq”, “ət-Tin”;

* Gecə namazında: “əl-Bəqərə”, “ən-Nisa”, “Ali İmran”, “əz-Zumər”, “əl-İsra”, “əl-Muzzəmmil”, “əl-Maidə” surə­si­nin 118-ci ayəsini səhərə qədər təkrar edib”;

* Vitr namazında: “əl-Əla” - “əl-Kafirun” - “əl-İxlas”; “əl-Fələq”, “ən-Nas”, 100 ayə “ən-Nisa” surəsindən - “əz-Zəl­zələ” - “əl-Kafirun”;

* Cümə namazında: “əl-Cumuə” - “əl Munafiqun”; “əl-Əla” - “əl-Ğaşiyə”;

* Bayram namazında: “əl-Əla” - “əl-Ğaşiyə”; “Qaf” - “əl-Qəmər”19

Qeyd: İstənilən namazda istənilən surəni (bu və ya digər surələri) oxumaq üçün heç bir məhdudiyyət yoxdur.

8. Səsli namazlarda səslə oxumaq;

Səslə qılınan namazlar aşağıdakılardır:

* Məğrib və İşanın əvvəlki iki rükəti, Fəcr, Cümə, İstisqa, Kusuf (Xusuf), bayram və gecə namazları.20

Səssiz21 (dil və dodaqları tərpətmək şərtilə) qılınan na­maz­lar aşağıdakılardır:

* Məğrib və İşanın üçüncü və dördüncü rükətləri, Zöhr, Əsr, nafilə və gecə namazları.22

Əbu Məmər rəvayət edir ki, “mən Xabbəb ibn əl-Ərata (radiyallahu anhu) dedim: Peyğəmbər (sallallahu aleyhi və səlləm) Zöhr və Əsr namaz­larında surə oxu­yardımı?” O, “Bəli” deyə cavab verdi. Mən ondan “siz onun su­rə oxuduğunu necə təyin edirdiniz?” deyə soruşduqda o, “saqqalının tərpənməsindən” deyə cavab verdi.23

9. “Sübhanə Rabbiyə-l-Azım” duasını bir dəfədən artıq oxumaq;

əl-Bəra ibn Azib (radiyallahu anhu) rəvayət edir ki, “Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qıldığı namaza diqqət etdim və qiyamda24, rükuda, rükudan sonra dikəldikdə, səcdədə, iki səcdə arasında və sonuncu təşəhhüddə olduğu (sərf etdiyi) zamanlar bərabər olmağa ya­xın idi”25

Rükunun uzadılması “Sübhanə Rabbiyə-l-Azım” duasını bir dəfədən artıq oxumağa rüxsət verir.26

10. Rükuda bu duadan başqa oxunan dualar;

Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm)Allahın kö­mə­yi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Alla­hın di­ninə girdiklərini gör­dük­də, həmd ilə Rəbbini təriflə və Ondan bağış­lanmağını dilə. Hə­qi­qə­tən, O, töv­bələri qəbul edəndir!”27 surəsi nazil olduqdan sonra hər namazında bu duanı oxuyardı: “Subhənəkə Allahummə Rabbənə va bi­həm­dikə, Allahummə-ğ-firli”“28

Duanın tərcüməsi: “Ey bütün nöqsanlardan uzaq olan Allahım, ey Rəbbim, Sənə həmd olsun! Allahım, məni ba­ğışla!”

Başqa rəvayətdə: “Peyğəmbər (s.ə.s) rüku və səcdədə bu duanı çox edərdi: “Subhənəkə Allahummə Rabbənə va bi­həm­dikə, Allahummə-ğ-firli”29

Rükuda bu duadan başqa dualar da oxumaq olar.

11. Əlləri qaldırmaq (təkbir edərək namaza daxil olduq­da, rüku et­dikdə, rükudan və bir də birinci təşəhhüddən son­ra üçüncü rükətə qalxdıqda);

Abdullah ibn Ömər rəvayət edir ki; “Peyğəmbər (sallallahu aleyhi və səlləm) na­maz qılmağa başladıqda, təkbir edib rüku etdikdə və “Səmi-Allahu limən həmidəh” deyib rükudan qalxdıqda əllərini çiyinləri bərabərinə qaldırardı. O, səcdədə (səcdəyə qa­pan­dıq­dı və səcdədən qalxdıqda) belə etməzdi.”30

Başqa rəvayətdə: “…əllərini qulaqları bərabərinə qaldı­rardı…”31

12. “Sübhanə Rabbiyə-l-Əla” duasını bir dəfədən artıq oxu­maq;

Səcdənin uzadılması “Sübhanə Rabbiyə-l-Əla” duasını bir dəfə­dən artıq oxumağa rüxsət verir.32

13. Səcdədə “Sübhanə Rabbiyə-l-Əla” - dən başqa oxunan dua­lar;

Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm)Allahın kö­mə­yi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Alla­hın di­ninə girdiklərini gör­dük­də, həmd ilə Rəbbini təriflə və Ondan bağış­lanmağını dilə. Hə­qi­qə­tən, O, töv­bələri qəbul edəndir!”33 surəsi nazil olduqdan sonra hər namazında bu duanı oxuyardı: “Subhənəkə Allahummə Rabbənə va bi­həm­dikə, Allahummə-ğ-firli”“34

Duanın tərcüməsi: “Ey bütün nöqsanlardan uzaq olan Allahım, ey Rəbbim, Sənə həmd olsun! Allahım, məni ba­ğış­la!”

Başqa rəvayətdə: “Peyğəmbər (s.ə.s) rüku və səcdədə bu duanı çox edərdi: “Subhənəkə Allahummə Rabbənə va bi­həm­dikə, Allahummə-ğ-firli” 35

Səcdədə bu duadan başqa dualarda oxumaq olar.

14. Sonuncu təşəhhüddə salavatdan sonra oxunan dua­lar;

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) namazda dua edib deyərdi: “Allahummə inni əuzu bikə mən azəbi-l-qabr va min azəbi-n-nar va min fitnəti-l-məhyə va-l-məməti va min fitnəti-l-məsihi-d-dəccal”“36

Duanın tərcüməsi: “Allahım! Həqiqətən mən qəbr və cə­hən­nəm əzabından, həyatın və ölümün fitnəsindən və mə­sihi-d-dəccalın fitnəsinin şərindən Sənə sığınıram!”.

Başqa rəvayətdə: “Təşəhhüddə dörd şeydən Allaha sı­ğı­nın: “Allahummə inni əuzu bikə min azəbi cəhənnəm va əu­zu bi­kə min azəbi-l-qabr va əuzu bikə min fitnəti-l-məhyə va-l-mə­məti va əuzu bikə min şərri fitnəti-l-məsihi-d-dəc­cal”“37

15. Birinci rükətin ikinci rükətdən, ikinci rükətin üçüncü rü­kətdən, üçüncü rükətin də dördüncü rükətdən uzun ol­ma­sı;

Əbu Qətadə əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) Zöhr namazının birinci iki rükətində (hər rükətdə) “Fatihə” və başqa surələr oxuyar, birinci rükəti uzun, ikincini isə qısa edərdi. Üçüncü və dördüncü rükətlərdə isə yalnız “Fatihə” su­rəsini oxuyardı. Həmçinin, sübh namazının birinci rükə­ti­ni uzadar, ikinci rükətini isə qısa edərdi”38

16. Təşəhhüddə və ikinci, dördüncü rükətlərə qalx­maz­dan əvvəl sol ayaq üzərində oturmaq və sağ ayağın bar­maq­la­rını qib­ləyə tərəf yö­nəltmək;

Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) (Təşəhhüdü oxu­du­ğu zaman) sol ayağının üzərində oturub sağ ayağının bar­maqlarını qibləyə tərəf yönəldərdi…”39

17. Təşəhhüddə işarə (şəhadət) barmağını qibləyə tərəf yö­nəltmək və ya onu tər­pətmək;

“Abdullah ibn Ömər rəvayət edir ki; “Peyğəmbər (sallallahu aleyhi və səlləm) Tə­şəh­hüddə barmağı ilə işarə etdikdə baş barmağını orta bar­mağının üzərinə qoyardı” hərdən də “bu iki barmağı dairə şəklində tutardı” həmçinin “dua edərkən şəhadət barmağını tərpədərdi”“40

18. “Rabbi-ğ-firli” duasını bir dəfədən artıq oxumaq;

Huzeyfə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) iki səcdə ara­sın­da oturar və bu duanı oxuyardı: “Rabbi-ğ-firli, Rabbi-ğ-fir­li”41

19. Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat gətirmək;42

Əbdürrəhman ibn Əbi Leylə deyir ki, Kəb ibn Ucra (radiyallahu anhu) ilə rastlaşdıq və o mənə: “İstəyirsən sənə hədiyyə verim?” de­yib rəvayət etdi ki, bir dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizim yanımıza gəl­di və biz ona dedik: “Ey Allahın elçisi! Sənə salam ver­mə­yi artıq öyrəndik. İndi isə sənə necə salavat etməyi bizə öyrət”. O dedi: “Deyin: “Allahummə salli alə Muhammədin va alə əli Muhamməd, kəmə salleytə alə İbrahimə va alə əli İb­rahim, innəkə həmidun məcid, va barik alə Muhammədin va alə əli Muham­məd, kəmə bəraktə alə İbrahimə va alə əli İbrahim, innəkə həmidun məcid”“43

Duanın tərcüməsi: “Allahım, Muhəmmədə və onun ailə­si­nə də İbrahimə və onun ailəsinə xeyir-dua verdiyin kimi xe­yir-dua ver! Sən, həqiqətən, alqışlara və həmdlərə layiq­sən. Muhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailə­sinə bərəkət verdiyin kimi bərəkət ver! Sən, həqiqətən, al­qışlara və həmdlərə layiqsən”.

20. Səcdə yerinə baxmaq.

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, “O kəslər ki, namaz­la­rın­da mü­tidir­lər.”44 ayəsi nazil olduqdan sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) namaz qıldıqda başını aşağı dikərdi (səcdə yerinə baxardı)45

Bu sünnələrin birini tərk etmək namazı batil etmir və səhv səcdəsi etmək də lazım gəlmir, yalnız namaz qılan bun­ları et­məklə əlavə savab qazanmır.



1 “Müsnəd” 4/317,318; İrvau-l-Ğalil, 2/68-69 – 352-ci hədis. [Hədis sə­hih­dir] 

2 Səhihu -l-Buxari, 744; Səhih Müslim, 1353.

3 Günçıxan.

4 Günbatan.

5 Yaradılanların şərindən Allaha pənah aparmaq.

6 Uca Allah buyurur: “Quran oxuduqda qo­vul­muş şey­tan­dan Allaha sı­ğın!”

7 “ət-Təlxis” səh: 86, 87.

8 “Musannəf ibn Əbi Şeybə” 1/92/1; İrvau-l-Ğalil, 2/53 – 342-ci hədis.      [Hə­­dis səhihdir] 

9 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 3/71.

10 Səhih Müslim, 888.

11 “Müsnəd” 6/302; “Sünənu Əbi Davud” 4001-ci hədis; “Sünənu-l-Bey­hə­qi” 2/44; “Sünənu-t-Tirmizi” 2/152; “Sünənu-d-Daraqutni” 118; “Mustədraku-l-Hakim” 2/231-232; İrvau-l-Ğalil, 2/59-343-cü hədis. [Hədis səhihdir] 

12 İbn Kəsirin təfsiri, 1/17; “əl-Məcmu”, 3/333; İrvau-l-Ğalil, 2/60. [Hədis səhihdir] 

13 Səhihu-l-Buxari, 780; Səhih Müslim, 912.

14 Səhihu-l-Buxari, 756; Səhih Muslim, 872.

15 “əl-Məcmu” 3/389; Sifətu salətu-n-Nəbiyyi r, səh: 107-108; “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 3/103; İrvau-l-Ğalil 2/62-64.

16 Səhihu-l-Buxari, 803; Səhih Müslim, 1047.

17 Səhihu-l-Buxari, 759; Səhih Müslim, 1012.

18 Səhih Müslim, 1811.

19 Sifətu salətu-n-Nəbiyyi r, səh: 109-123.

20 Səhihu-l-Buxari, 765-767, 773, 774, 1024, 1065, 1066; Səhih Muslim, 2023-cü hədislərə.

21 Səssiz deyildikdə yalnız qiyamda oxunan surələrin və “amin”-in səslə oxun­maması qəsd olunur. Təkbirlər, “səmi Allahu limən həmidəh” və sa­lam­lar isə səslə deyilir. Səssiz qılınan namazlar isə (İstisqa, Vitr və Təravih na­maz­larından başqa olan) nafilə namazlarıdır.

22 Səhihu-l-Buxari, 762, 765, 766, 767-ci hədislərə.

23 Səhihu-l-Buxari, 761.

24 Ayaq üstə Fatihə və s. surələrin oxunduğu hal.

25 Səhih Müslim, 1057.

26 Sifətu salətu-n-Nəbiyyi r, səh: 132.

27 ən-Nəsr surəsi.

28 Səhihu-l-Buxari, 794; Səhih Müslim, 1087.

29 Səhih Müslim, 1085.

30 Səhihu-l-Buxari, 736; Səhih Müslim, 860.

31 Səhih Müslim, 863.

32 Bax: 6-cı bənddəki hədisə.

33 ən-Nəsr surəsi.

34 Səhihu-l-Buxari, 794; Səhih Müslim, 1087.

35 Səhih Müslim, 1085.

36 Səhihu-l-Buxari, 1377.

37 Səhih Müslim, 1324.

38 Səhihu-l-Buxari, 759; Səhih Müslim, 1012.

39 Səhih Müslim, 1110.

40 Sifətu salətu-n-Nəbiyyi r, səh: 158.

41 “Sünənu Əbi Davud” 3/88 – 869-cu hədis; Sifətu salətu-n-Nəbiyyi (sallallahu aleyhi və səlləm), səh: 153. [Hədis həsəndir] 

42 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 3/425.

43 Səhihu-l-Buxari, 6357; Müslim, 907.

44 əl-Muminun surəsi, 2.

45 “Mustədraku-l-Hakim” 2/393; İrvau-l-Ğalil 2/72. [Hədis səhih, mürsəldir]

 


Baxılıb: 19567


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”