Ana səhifə / Fiqh / Şəriət risaləsi / Namazı batil edən amillər

Namazı batil edən amillər

 

Namazı batil edən amillər

 

1. Dindən dönmək (Allah bizi və sizi xüsusilə bundan qorusun!);

Uca Allah buyurur: Sizlər­dən hər kim dinin­dən dö­nüb ka­fir ola­raq ölsə, onun əməlləri dünyada və axi­rətdə puça çı­­xar. On­lar Od sa­kin­lə­ri­dir­lər və orada əbədi qala­caq­lar.1

Uca Allah buyurur: Münafiqlər, həqiqətən də, Alla­hı aldatmağa çalışırlar. Hal­buki Allah onları aldadır. Onlar namaza durarkən kö­nül­­süz qal­xar, özlərini camaata gös­tə­rər və Allahı olduqca az yad edərlər.2

“Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində ola­caq­lar; və sən on­lara heç bir kö­məkçi tapa bilməzsən.”3

2. Rükn, vacib və şərtlərdən hər hansı birini qəsdən tərk etmək; Bax: Ərkan, vacib və şərtlərin əvvəldə qeyd olunmuş nəticələrinə!

3. Namaz əsnasında bilərəkdən artıq (namaza aid olma­yan) danışmaq və ya hərəkət etmək;4

Zeyd ibn Ərqam (radiyallahu anhu) rəvayət edir ki, “Biz İslamın əvvəlində namaz əsnasında danışardıq. Bu hal (“əl-Bəqərə” surəsi, 238-ci) ayə nazil olana qədər davam etdi. (Bu ayədə Uca Allah bu­yurur): “Namazları və günorta­dan sonrakı orta namazı qo­ru­yun və Allah qarşısın­da müti­liklə du­run.” Beləliklə, sü­kut­la namaz qılmaq və namaz əsnasında danışmamaq bizə əmr olundu”5

“Namaz əsnasında edilən hərəkət yalnız üç şərtlə na­ma­zı batil edir:

a) Uzun müddət edildikdə;

b) Zərurət olmadıqda;

v) Ardıcıl olduqda. “6

4. Bilərəkdən rükuların, səcdələrin, qiyamların (ayaq üst­də du­ruş­ların) və qüuduların (oturuşların) sayını artırmaq;

Sünnəyə müxalif olan ibadət qəbul olunmur.

Aişədən (radiyallahu anhə) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) de­miş­dir: “Bizim etdiyimiz ibadətlərə yenilik əlavə edən kim­sə­nin əlavəsi rədd olunur”7

5. Surələri oxuduqda bilərəkdən ya hərfləri, ya kəlmələri, ya da ayələri düz oxumamaq. Bu, Allah tərəfindən nazil olan tərtibin bi­lərək­dən pozulduğuna görədir.8

6. Bilərəkdən namaz əsnasında bir şey yemək və ya iç­mək;

“Əksər islam alimlərinin rəyinə görə bilərəkdən namaz əsnasın­da yemək, içmək namazı batil edir.”9

7. Qəh-qəhə ilə gülüş (təbəssüm müstəsnadır).

Qəh-qəhə, namaz əsnasında (namazdan kənar) danışmağa bən­zə­diyinə görə namazı batil edir. Həmçinin namazda olan xu­şunu (Allah qorxusunu) azaldır və namazı oyun-oyuncağa çevirir.10

“Bəzi İslam alimləri bütün dəlilləri nəzərə alıb namazda olan hərəkətləri dörd qismə bölmüşlər:

1) Namazı batil edən, haram sayılan hərəkətlər. Məs: da­nış­maq, və s.

2) Namazı batil etməyən, lakin məkruh (bəyənilməyən) sa­yı­lan hərəkətlər. Məs: yuxarı baxmaq, əlləri belə qoymaq və s.

3) Ehtiyac ucundan edilən (namazı batil etməyən) hərə­kət­lər. Məs: bədənin hər hansı bir yerini qaşımaq, gözləri yummaq, öskür­mək, asqırmaq və s.

4) Vacib olan hərəkətlər. Məs: boş cərgələri doldurmaq, “Sübhə­n­allah” deməklə imama səhv etdiyini xatırlatmaq və s.”11

8. Bilərəkdən tələffüz olunan rükn12 və vacibləri13 dili tər­pətmədən (qəlbbən keçitrməklə) yerinə yetirmək.14

9. Təyəmmüm etdikdən sonra namaz qılınan vaxt su ta­pıl­sa.15



1 əl-Bəqərə surəsi, 217.

2 ən-Nisa surəsi, 142.

3 ən-Nisa surəsi, 145.

4 “Namazla əlaqəli mühüm fətvalar” səh: 107.

5 Səhihu-l-Buxari, 4534; SəhihMüslim, 1203.

6 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 3/352.

7 Səhih Müslim, 4467.

8 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 3/110.

9 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 3/484-486.

10 “əl-İxtiyarat” səh: 59; “Məcmu fətava” 22/614; “əş-Şərhu-l- Mumti alə Za­du-l-Mustəqnəi” 3/497.

11 “Teysiru-l-alləm”, 1/207-208.

12 İlk təkbir, Fatihə surəsi, sonuncu təşəhhüd, salamlar.

13 İlk təkbirindən sonrakı təkbirlər, “Səmi-Allahu limən həmidəh”, “Rab­bə­nə və ləkəl həmd”, “Sübhanə Rabbiyə-l-Azım”, “Sübhanə Rabbiyə-l-Ələ”, “Rab­bi-ğ-firli”, ilk təşəhhüd.

14 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 3/23-25.

15 Bax: əl-Maidə surəsi, 6.

 


Baxılıb: 17665


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”