Ana səhifə / Fiqh / Şəriət risaləsi / Namazda bəyənilməyən əməllər (məkruhlar)

Namazda bəyənilməyən əməllər (məkruhlar)

 

Namazda bəyənilməyən əməllər (məkruhlar)

 

1. Yuxarı baxmaq;

Cabir ibn Səmura (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Namaz əsnasında göyə (yuxarı) nəzər salanlar (etdikləri əməl­dən) çəkinsinlər!…”1

2. Səbəbsiz yerə başı döndərmək;

Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Mən Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) na­maz­da dönmək barəsində soruşdum? O dedi: “Bu (başı ora-bura döndərmək) namazda olan oğurluqdur ki, şeytan da ondan is­tifadə edib bəndənin namazından (savabını) oğurla­yır.”“2

3. Namazdan yayındıran şeylərə baxmaq;

Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Bir dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm) üzərində müx­təlif rənglərdən ibarət xətlər olan paltarda namaz qıldı və o xətlərə nəzər saldı. Namazı qılıb qur­tardıqdan sonra dedi: “Aparın bu paltarı verin Əbu Cəhmə3, mənə də sadə (üzərində fikri yayındıra biləcək əlamət olmayan) bir ənbi­caniyyə4 gə­ti­rin. Həqiqətən, bu, məni namaz­dan yayındırdı”“5

4. Əlləri belə qoymaq;

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) əllər beldə namaz qılmağı qadağan etdi.6

5. Səcdədə dirsəkləri yerə qoymaq;

Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Səcdədə bədəninizi şax tutun və itin dirsəkləndiyi kimi dir­sək­lənməyin78

Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) (Təşəhhüdü oxu­du­ğu zaman) sol ayağının üzərində oturub sağ ayağının bar­maqlarını qibləyə tərəf yönəldər və şeytan oturuşun­da9 (səhabələrini) çəkindirərdi. Həmçinin, heyvan oturuşun­dan10 da (onları) çəkindirərdi…”11

6. Gözləri yummaq;

“Bu hərəkət kitab əhlinin əməlindən olduğu üçün mü­səl­man­lara belə etmək bəyənilmir. Lakin qeyd etmək lazım­dır ki, namaz qılanın önündə onu namazdan yayındıra bi­lə­cək hər hansı bir şey olarsa o zaman gözləri yummaq caiz­dir.”12

7. Səbəbsiz yerə namazı batil etməyən artıq hərəkətlər et­mək (qaşınmaq, tərpənmək və s.);

Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) nafilə namazı qı­larkən mən qapını döydüm və o qiblə istiqamə­tində yer­lə­şən qapını açdı sonra namaz qıldığı yerə qayıtdı.”13

Bu hədisdən belə nəticə çıxartmaq olar ki, namaz əs­na­sın­da yalnız zəruri halda tərpənmək (telefonu söndürmək, qa­şınmaq, öskürmək və s.) olar.

8. Ortalığa yemək qoyulduğu zaman;

Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Şam ye­mə­yi süfrəyə qoyulduğu zaman iqamə verilərsə, əvvəlcə ye­məyi yeyin! (Sonra namaz qılın)”“14

Qeyd etmək lazımdır ki, bu halda aşağıdakı şərtlərə riayət etmək lazımdır:

a) Yeməyin süfrədə hazır olması;

b) Nəfsin ehtirasla ona meyl etməsi;

v) Nəfsi çəkən şəxsin onu yeməyə qadir olması.

Deməli, əgər insan toxdursa, yaxud oruc tutubsa, yaxud da yemək çox istidirsə bu halda əksinə namazı gecikdirmək bə­yənil­mir.15

9. Eyni rükətdə Fatihəni təkrar oxumaq;

“Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) eyni rükətdə Fatihə su­rə­sini təkrar oxu­duğu rəvayət olunmadığı üçün bunu etmək bəyə­nil­mir.”

10. Sidiyi, havanı və s. zorla saxlayaraq ayaqyoluna get­mə­mək.

Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm): “Yemək gətirildiyi zaman, həmçinin öndən və arxadan çı­xa­nı16 dəf edə­rək (sax­layaraq) namaz qılınmamalıdır” – dediyini eşit­dim”17

11. Namazdan qabaq pencəyin və ya köynəyin qollarını çırma­la­maq;

İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Yed­di əza üzərinə səcdə etmək mənə əmr olundu, saçı17 və libası çır­malamaq isə qadağan olundu.”“19

12. Çiyni açıq namaz qılmaq;

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Siz­dən biriniz çiynini örtməyən bir paltarda namaz qılma­sın!”20

Qeyd etmək lazımdır ki, qəsdən, bilərəkdən çiyni ört­mə­yən bir paltarda qılınan namaz batildir.21

13. Üzərində müxtəlif heyvan, quş, insan və s. şəkli olan paltarda, habelə bu növ şəkillərin qarşısında və ya üstündə na­maz qılmaq;

Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcəsi Um­mu Sələmə (radiyallahu anhə) və Ummu Həbibə (radiyallahu anhə) Həbəşistandakı Ma­ri­ya adlı kilsə­nin gözəl olduğunu və içəri­sindəki şəkilləri müşahidə etməsini ölümqabağı ona xəbər ver­dilər, O, ba­şını qaldırıb dedi: “Onlar vəfat etmiş saleh insanın qəb­ri­nin üzərində məscid tikir, sonra da içərisində onun şək­li­ni təsvir edirlər. Onlar Allah yanında məxluqatın ən şər­li­si hesab olunurlar”22

Bax: 3-cü bənddəki Aişənin (radiyallahu anhə) rəvayət etdiyi hədisə.

14. Namaz qılanın qabağında sütrənin23 olmaması;

Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbərin (sallallahu aleyhi və səlləm): “Siz­dən biriniz namaz qıldığı zaman önü­nə sütrə qoysun! Bun­dan sonra isə önündən keçmək istəyəni əli ilə dəf etsin, keçməyə cəhd edərsə ona müqavimət göstərsin, çünki artıq o, şeytandır” – dediyini eşitdim”24

15. Niyyəti ürəkdə deyil, dillə ifadə etmək;

Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) və səhabə­lərdən niyyəti dillə tələffüz et­dikləri varid olmamışdır. Çünki niyyətin yeri qəlbdir.25 Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) yalnız həcc və ümrə ziyarətlərində niyyəti dil­lə tələffüz etmişdir.

16. Rükuda olarkən belin və qolların düz olmaması;

Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) təkbir və qiraətlə (“əl-həmdu lillahi Rabbi-l-aləmin” deməklə) namaza baş­la­yar­dı. Rüku etdikdə başını düz tutar, yuxarı və aşağı əy­məz­di…”26

17. Sıraların tam şəkildə düzəldilməməsi, namaz qılanlar arasında boşluğun olması;

Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Cər­gələ­rinizi düzəldin! Həqiqətən, cərgələrin düz olması na­mazın tamam ol­masına işarədir”27

18. Səcdə zamanı baş və dizlər, dirsəklər və bel arasında məsafə (boşluq) qoymamaq.

Abdullah ibn Malik (radiyallahu anhu) – İbn Büheynə28 – rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) səcdə etdikdə qol­larını o qədər aralayardı ki, qoltuğunun altının ağlığı görünərdi”29

19. Camaat namazında imamdan qabaq hərəkət etmək.

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “İmam­dan əvvəl başını (səcdədən) qaldıran qorxmur ki, Allah da onun başını – və ya surətini uzunqulağın surətinə çevirər?”30

20. Rüku və səcdədə Quran oxumaq.

İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “…Hə­qiqətən rüku və səcdədə Quran oxumaq mənə qadağan edil­di…”31

21. Məsciddə yer seçib daima yalnız o yerdə namaz qıl­maq.

Abdurrahmən ibn Şibl (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) “qarğa kimi dimdikləməyi,32 heyvan kimi yerə yayılmağı,33də­vənin özünə daimi yer seçdiyi kimi məsciddə yer seç­mə­yi” qadağan etdi.34

Bu məkruhlardan birini etmək namazı batil etmir və səhv səcdəsi etmək də lazım gəlmir, yalnız namaz qılan əlavə sa­vab qazanmır və hətta bəzilərinə görə günah da qazanır.



1 Səhih Müslim, 965, 966.

2 Səhihu-l-Buxari, 751.

3 Adı: Übeydullah ibn Huzeyfə əl-Quraşi əl-Adəvi t.

4 Yundan hazırlanmış paltar.

5 Səhihu-l-Buxari, 373; Səhih Müslim, 1238.

6 Səhihu-l-Buxari, 1219,1220; Səhih Müslim, 1218.

7 Səcdə zamanı dirsəkləri yerə qoymaq.

8 Səhihu-l-Buxari, 822; Səhih Müslim, 1102.

9 Ayaqları yana çəkib arxanı yerə vurmaq.

10 Səcdə etdikdə dirsəkləri yerə qoymaq.

11 Səhih Müslim, 1110.

12 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 3/316-317.

13 “Sünənu Əbi Davud” 3/134 – 918-ci hədis; “Sünənu-n-Nəsai” 3/11 – 1206-cı hədis; İrvau-l-Ğalil, 2/108 – 386-cı hədis [Hədis həsəndir].

14 Səhihu-l-Buxari, 5465; Səhih Müslim, 1241.

15 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 3/328-329.

16 Sidik və nəcis.

17 Səhih Müslim, 1246.

18 Saçları hörməklə, yaxud başqa üsulla onları yığmaq.

19 Səhihu-l-l-Buxari, 809; Səhih Müslim, 1096, 1097, 1098.

20 Səhihu-l-Buxari, 359; Səhih Müslim, 1151.

21 “Namazla əlaqəli mühüm fətvalar” səh: 6.

22 Səhihu-l-Buxari, 1341; Səhih Müslim, 1181.

23 Təqribən dirsək hündürlüyündə olan ağac və ya ona bənzər əşyanın qo­yul­ması.

24 Səhihu-l-Buxari, 509; Səhih Müslim, 1128.

25 “Namazla əlaqəli mühüm fətvalar” səh: 11.

26 Səhih Müslim, 1110.

27 Səhihu-l-Buxari, 723; Səhih Müslim, 974.

28 Bu ləqəblə məşhurdur.

29 Səhihu-l-Buxari, 390; Səhih Müslim, 1105.

30 Səhihu-l-Buxari, 691; Səhih Müslim, 962, 963.

31 Səhih Müslim, 1074.

32 Rüku və səcdəni çox tez etmək.

33 Səcdədə dirsəkləri yerə qoymaq.

34 “Sünənu Əbi Davud” 3/73 – 857-ci hədis; “Silsilətu-l-əhadisi-s-sahihə” 3/156 – 1168-ci hədis.

 


Baxılıb: 17404


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”