Ana səhifə / Fiqh / Şəriət risaləsi / Namazın qılınması üçün qadağan olunmuş yerlər

Namazın qılınması üçün qadağan olunmuş yerlər

Namazın qılınması üçün qadağan olunmuş yerlər 1

 

1. Murdar yerlər;

Uca Allah buyurur: Biz İb­ra­hi­mə və İs­mailə: “Evi­mi tə­vaf edən­lər, eti­kafa gi­rən­lər, rüku və səc­də edən­lər üçün tə­mizləyin!”– dedik.2

2. Qəbrstanlıqda (meyit dəfn olunmuş yerdə), qəbrə üz tut­maqla və ya onun üstündə namaz qılmaq (cənazə namazı müs­təs­nadır);

Əbu Mərsəd əl-Ğanəvi (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Qəbrlərin üstündə oturmayın və onlara tərəf namaz qılmayın!”3

Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) meyit dəfn olunduqdan sonra qəbrin önündə daya­nıb dörd təkbirli (rüku və səcdəsiz) namaz qıldı”4

İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Ev­lə­ri­nizdə namaz qılın və onları məqbərəyə döndər­məyin!”5

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Ev­lərinizi qəbirstanlığa döndər­məyin, həqiqə­tən şeytan “əl-Bəqərə” surəsi oxunan evdən qaçır!”6

3. Hamam və tualetdə;

Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Hamam və məqbərədən başqa, yer üzünün hər tərəfi məs­cid­dir.”7

4. Dəvə saxlanılan yerdə;

Cabir ibn Səmura (radiyallahu anhu) rəvayət edir ki, bir kişi gəlib Pey­ğəm­bərdən (sallallahu aleyhi və səlləm) soruşdu: “…Dəvə­nin saxlandığı yerlərdə na­maz qıla bilərəmmi? O dedi: Xeyr!”8



1 “Təmamu-l-Minnə” səh:297-299.

2 əl-Bəqərə surəsi, 125.

3 Səhih Müslim, 2247.

4 Səhih Müslim, 2208.

5 Səhih Müslim, 1817.

6 Səhih Müslim, 1821.

7 Əbu Davudun “Sünən” əsəri, 2/112 – 489-ci hədis.

8 “Müsnəd” 5/86, 88, 93, 100; Səhih Muslim, 800; İrvau-l-Ğalil, 1/152 – 118-ci; hədis. [Hədis səhihdir]  

 


Baxılıb: 16415


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”