Ana səhifə / Fiqh / Şəriət risaləsi / İqamə

İqamə

İqamə

 

[Allahu Əkbər] iki dəfə;

[Əşhədu ən lə iləhə illəllah] bir dəfə;

[Əşhədu ənnə Muhammədən rasulullah] bir dəfə;

[Hayyə alə-s-saləh] bir dəfə;

[Hayyə alə-l-fələh] bir dəfə;

[Qad qamətis salət] – Artıq namaz başladı! iki dəfə;

[Allahu Əkbər] iki dəfə;

[Lə iləhə illəllah] bir dəfə.

 

Azan və iqamə demək camaat üçün istənilən halda (sə­fər­də, evdə, namazın qəzasını qıldıqda) fardu-l-kifayədir,1 tək namaz qılan şəxs üçün isə müstəhəbdir. Qadınlar üçün isə nə azan nə də iqamə vermək vacib deyildir. Lakin səs­lə­ri­ni çox uca qaldır­madan bunu etmələri müstəhəbdir. Azan və iqaməsiz namaz qılan cama­atın namazı səhih hesab olu­nur, lakin vacibi tərk etdiyinə görə tövbə etməsi lazım gəlir. Unutqanlıqdandan və ya bilmə­yərək­dən bunu edənlər isə müs­təsnadır2

Tövbənin şərtləri isə bunlardır:

1) Tövbəni ixlas ilə Allah üçün etmək;

2) Keçmiş günaha görə peşmançılıq hissi keçirtmək;

3) Keçmiş günaha bir daha qayıtmamağı niyyət etmək;

4) Keçmiş günahı bir daha təkrar etməmək;

5) Tövbəni qəbul olunan vaxtda etmək.

Tövbənin qəbul olunmayan vaxtı ikidir:

1) Ölüm anında, can (ruh) boğaza yetişdiyi zaman.

Uca Allah buyurur: “Günah işlər görməkdə da­vam edən­lərdən birinə ölüm gəl­di­yi zaman: “Mən indi töv­bə et­dim!”– deyənlərin də, ka­fir kimi ölən­lərin də tövbəsi qə­­bul deyil­dir. Biz onlar üçün ağ­rılı-acılı bir əzab hazır­lamı­şıq.”3

2) Qiyamət günü, günəş məğribdən çıxıb məşriqdə bat­dı­ğı zaman. Uca Allah buyurur: “Rəbbinin bəzi əlamətləri gə­lə­cəyi gün əv­vəlcə iman gətir­mə­miş və ya ima­nında bir xe­yir qazanmamış kimsəyə iman gə­tirməsi fayda verməyə­cək­dir. De: “Gözləyin, şübhə­siz ki, Biz də göz­ləyirik.“4

Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə deyilir ki, “Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Günəş məğribdən çıxmayınca Qi­ya­mət yetişməz. Günəş məğribdən çıxdığı zaman insanların hamısı iman gətirəcək, lakin heç bir şəxsə o gün gətir­diyi ima­nı fayda verməyəcək”. Sonra Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) bu ayəni oxu­du”5

Azan və iqamə yalnız Cümə və fərz namazları üçün ve­ri­lir.



1 Fardu-l-kifayə: bir və ya daha çox müsəlmanların yerinə yetirməsi ilə di­gər­ləri üçün vacib olmayan əmələ deyilir.

2 “Məcmu fətava” 22/64-65; “Təmamu-l-Minnə” səh:144; “Namazla əlaqəli mü­hüm fətvalar”, səh: 32-33; “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 2/35-41.

3 ən-Nisa surəsi, 18.

4 əl-Ənam surəsi, 158.

5 Səhihu-l-Buxari, 4636.

 


Baxılıb: 18685


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”