Ana səhifə / Fiqh / Şəriət risaləsi / Namaz qılmağın qaydası

Namaz qılmağın qaydası

Namaz qılmağın qaydası

 

Namaz qılan şəxs heç bir dönmə və fırlanma hərəkətinə yol vermədən bütün bədəni ilə Qibləyə (Məkkə şəhərindəki müqəddəs Kəbəyə tərəf) üz tutmalıdır. Sonra hansı namazı qılmaq niyyətində olduğunu ürəyindən keçirməlidir. Sonra (Allahu Əkbər) deyib əllərini çiyinləri və ya qulaqları sə­viy­yə­sinə qaldırmalıdır. Buna ihram təkbiri deyilir. Çünki bu ifa­dəni deyib namaza başlayan adama başqa vaxt halal olan bə­zi şeylər də namaz üstündə olduğu müddətdə qadağan olu­nur (danışmaq, yemək və s.). Sonra sağ əlinin ovcunu sol əli­nin üstünə qoymaq şərtilə əllərini sinəsinə qoy­malıdır. Bu­na qiyam deyilir. Sonra başlanğıc (istiftah) adlanan duanı oxu­malıdır: “ Subhanəkə Allahummə va bihəmdikə va təba­rəkə-s-mukə va təalə cəddukə va lə iləhə ğeürukə”. 1

Duanın tərcüməsi: Ey bütün nöqsanlardan uzaq olan Allahım, Sənə həmd osun! Sənin adın mübarəkdir, əzə­mə­tin ucadır! Səndən başqa ilahi yoxdur!

Sonra “Əuzu billəhi minə-ş-şeytani-r-rəcim” deməlidir:

Duanın tərcüməsi: Lənətlənmiş şeytandan Allaha sığı­nı­ram.

Sonra əl-Fatihə surəsini oxumalıdır: “Bismilləhi-r-rah­mə­ni-r-rahim. Əlhəmdu lilləhi rabbi-l-aləmin. Ər-rahməni-r-ra­him. Məliki yaumi-d-din. İyyəkə nəbudu və iyyəkə nəstəin. İhdinə-s-sıratal-l-mustəqım. Sırata-l-ləzinə ənamtə aleyhim, ğeyri-l-məğdubi aley­him və lə-d-dallin”.

Surənin tərcüməsi: Rəhimli, Mərhəmətli Allahın adı ilə! Həmd olsun Allaha - aləmlərin Rəbbinə, Rəhimli, Mər­hə­mət­li olana, din (qiyamət) gününün sahibinə! Biz yalnız Sə­nə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğ­ru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə dü­çar olanların və azanların yoluna yox!

Sonra Amin deməlidir: -tərcüməsi- İlahi qəbul et!

Sonra Qurandan bildiyini (istədiyi qədər) oxumalıdır. Son­ra rüku etməli, yəni Allaha təzim edərək belini əyməli, be­lini əyərkən “Allahu Əkbər” deməli və əllərini çiyinləri səviyyəsinə qaldırmalı­dır. Yaxşı olar ki, belini çanaqdan düz əyib başını qabağa düz tutsun və əllərini dizlərinin üstünə bar­maqları bir-birindən aralı olmaq şərtilə qoysun. Rüku və­ziyyətində olarkən üç dəfə “Subha­nə Rabbiyəl Azım” de­mə­lidir.

Duanın tərcüməsi: Mənim Əzəmətli Rəbbim bütün nöqsan­lardan uzaqdır! Bunları da əlavə etmək müstəhəbdir: “Sub­ha­nə­kə Allahum­mə Rabbənə və bihamdikə, Allahumə-ğ-firli”

Duanın tərcüməsi: Ey bütün nöqsanlardan uzaq Allahım! Rəb­bim Sənə həmdlər olsun! Allahım məni bağışla!

Sonra “Səmiəllahu limən hamidəh” deyə-deyə rüku və­ziy­yətin­dən qalxmalı və əllərini çiyinləri səviyyəsinə qal­dır­ma­lıdır.

Duanın tərcüməsi: Allah Ona həmd edənləri eşidər!

Rükudan qalxıb dikəldikdən sonra “Rabbənə və ləkəl həmd” və ya “Rabbənə və ləkəl həmd! Həmdən kəsiran tay­yi­bən mubara­kən fihi mil'ə-s-səməvati və mil'ə-l-ərd və mil'ə mə şi'tə min şeyin bə'd” deməlidir.

Birinci duanın tərcüməsi: Ey Rəbbimiz! Sənə həmdlər ol­sun!

İkinci duanın tərcüməsi: Ey Rəbbimiz! Sənə göylər və yer do­lusu, onlardan başqa da istədiyin qədər çoxlu, gözəl və uğur dolu həmdlər olsun!

Sonra Allaha mütiliklə və ehtiramla birinci səcdəyə gedə-gedə “Allahu Əkbər” deməli, hər iki əlinin pəncəsi, iki dizi və hər iki ayağının barmaqları üzərində yerə çökməli, qol­la­rı­nın dirsəkdən yuxarı hissəsini böyürlərindən aralamalı, dir­səkləri yerə qoymama­lı, barmaqlarının uclarını qibləyə yö­nəltməlidir. Bu zaman dizləri­ni bir-birindən aralı tutmalı, dabanlarını isə birləşdirməlidir. Səcdə vəziyyətində olarkən üç dəfə “Subhanə Rabbiyəl Əla” deməlidir.

Duanın tərcüməsi: Mənim Uca Rəbbim bütün nöqsan­lar­dan uzaq­­dır! Bunları da əlavə etmək müstəhəbdir: “Subha­nə­kə Allahum­mə Rabbənə və bihamdikə, Allahumə-ğ-firli”

Sonra səcdədən başını qaldıra-qaldıra “Allahu Əkbər” de­məli­dir.

Sağ əlini barmaqları açıq şəkildə sağ budunun dizə yaxın yerinə, sol əlini də barmaqları açıq şəkildə sol budunun dizə ya­xın yerinə qoymalıdır. İki səcdə arasındakı oturuşu za­ma­nı “Rabbi-ğ-firli vərhamni vəhdini vərzuqni vəcburni və'fi­ni” və ya “Rabbi-ğ-firli, Rabbi-ğ-firli” deməlidir.

Duanın tərcüməsi: “Ey Rəbbim, məni bağışla! Mənə rəhm et! Məni doğru yola yönəlt, mənə ruzi ver, əyər-əskiyimi dü­zəlt, özü­mü sağlam et!”, “Ey Rəbbim, məni bağışla! Ey Rəb­bim, məni ba­ğış­­la!”

Sonra Allaha mütilik və ehtiramla birinci səcdədə de­dik­lə­rini, etdiklərini, səcdəyə gedərkən təkbiri təkrar etməklə ikin­ci səcdəni yerinə yetirməlidir.

Sonra ikinci səcdədən qalxa-qalxa “Allahu əkbər” de­mə­li­dir. Bunun ardınca başlanğıc duasını oxumadan birinci rü­kət­də dedik­ləri­ni və etdiklərini təkrarlamaqla ikinci rükəti qıl­ma­lıdır. İkinci rükəti qılıb qurtarandan sonra “Allahu əkbər” de­yib sonra sol ayağının üstündə pəncəsinin üzünü yerə qoy­maqla yanakı oturub sağ ayağını barmaqları üstdə şaquli və­ziy­yətdə saxlamalı və sağ əlini sağ budunun dizə yaxın his­sə­si­nə qoyaraq adsız və çeçələ barmaq­larını qatlamalı, dua edər­kən şəhadət barmağı qaldırıb yuxarı-aşağı hərəkət etdirməli və ya düz saxlamalı, baş barmağın və orta barmağın uclarını qoşalaşdırıb halqa şəklində saxlamalıdır. Sol əlini isə bar­maq­la­rı açıq şəkildə sol budunun dizə yaxın yerinə qoyma­lıdır. Bu oturuş zamanı təşəhhüd, salavat və istiazə Allaha pənah­apar­ma dualarını oxumalıdır: “Əttəhiyyatu lilləhi və-s-salə­va­tu və-t-tayibət, əs-sələmu aleykə eyyuhə-n-nəbiyu və rah­mə­tullahi və bəra­kətuh, əs-səlamu aleynə və alə ibadilləhi-s-salihin, əşhədü ən lə iləhə illəllahu və əşhədu ənnə Mu­həm­mə­dən abduhu və rasuluh, Allahum­­­­mə salli alə Muhəm­mə­din və alə ali Muhamməd, kəmə salleytə alə İbrahimə və alə ali İbrahimə innəkə həmidun məcid, və barik alə Muhəm­mə­din və alə ali Muhamməd, kəmə bəraktə alə İbrahimə və alə ali İbrahimə innəkə həmidun məcid, Allahummə inni əuzu bi­kə min azəbi-l-qabr, və min azəbi cəhənnəm, və min fitnəti-l-məhyə və-l-məmət, və min şərri fitnəti-l-məsihi-d-dəccəl”

Duanın tərcüməsi: Bütün alqışlar, dualar Allaha, bütün yax­şı işlər Allah üçün edilir. Ey Peyğəmbər, sənə salam ol­sun, Allahın mərhəməti bərəkətləri yetişsin! Bizə və Allahın əməlisaleh bəndələ­rinə salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ilahi yoxdur və şahidlik edirəm ki, Mu­həm­məd Onun qulu və elçisidir. Allahım! Muhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə xeyir-dua verdiyin kimi xeyir-dua ver! Sən həqiqətən alqışlara layiq və şan-şöv­kət­li­sən! Muhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailə­si­nə bərəkər verdiyin kimi bərəkət ver! Sən həqiqətən al­qış­la­ra layiq və şan-şövkətlisən! Allahım! Həqiqətən, mən qəbir əza­bından, cəhənnəm əzabından, həyatın və ölümün fitnə­sin­dən və yalançı məsihin (Allahlıq və yə reyğəmbərlik iddiası edən) fitnəsinin şərindən Sənə sığınıram!

Sonra dua edib Rəbbindən dünya və axirət nemət­lərin­dən istədiyini diləyə bilər.

Sonra sağ tərəfə salam verir: “əs-sələmu aleykum və rah­mə­tullah” - Sizə salam olsun və Allahın mərhəməti yetiş­sin!” - Sol tərəfə də eləcə salam verə bilər.

Namaz üç, yaxud dörd rükətdən ibarət olsa, təşəhhüd duası­nı bu cümləyəcən oxumalıdır: “əşhədu ən lə iləhə iləl­lah və əşhədu ənnə Muhammədən abduhu va rasuluh). Son­ra “Allahu əkbər” deyərək ayağa qalxmalı və bu zaman əl­lərini çiyinləri səviyyəsinə qaldırmalıdır.

Sonra namazının qalan hissəsini də ikinci rükəti qıldığı ki­mi qılmalıdır. Fərq yalnız bundan ibarətdir ki, sonrakı rü­kət­lərdə başqa surə oxumayıb əl-Fatihə ilə kifayətlənir. Sonra ya­nakı (təvər­rük qaydasında) oturmalı, bu zaman sağ ayağını (əvvəl göstərildiyi kimi) şaquli vəziyyətdə saxlamalı və sol aya­ğını onun altından sağ tərəfə çıxarmalı, əllərini birinci tə­şəh­hüdü oxuyarkən olduğu kimi, budlarının üstünə qoy­ma­lı­dır. Bu oturuş zamanı təşəhhüd, salavat və istiazə dularını bü­tünlüklə oxumalıdır. Sonra sağ tərəfə salam verib de­mə­li­dir: “əs-sələmu aleykum və rahmətullah” - Sol tərəfə də eləcə salam verə bilər.2



1 Sünnədə başqa istiftah duaları da varid olub.

2 Namazdan sonrakı zikrlər üçün bax: “Müsəlmanın qalası”.

 


Baxılıb: 17419


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”