Ana səhifə / Fiqh / Şəriət risaləsi / Bəzi namazlar barəsində müxtəsər məlumatlar. Fəcr namazı

Bəzi namazlar barəsində müxtəsər məlumatlar. Fəcr namazı

Bəzi namazlar barəsində müxtəsər məlumatlar

 

Fəcr namazı 1

 

“Fəcr”- dan yerinin ağarmasına deyilir.2 Buna həmçinin “Sübh” namazı da deyilir.

Fəcr namazı iki rükətli səslə qılınan namazdır. Bu na­maz­dan yalnız əvvəl iki rükət (daima) sünnə namazı qılmaq olar.

Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) Fəcr namazını qı­larkən, hicablarına bürünmüş mömin qadınlar da ona qoşu­lar­dı. (Namazlarını qıldıqdan) sonra isə evlərinə qayıdar və qaranlıq olduğundan heç kəs onları tanımazdı”3

Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, “……Sübh na­ma­zı­nı Peyğəmbər (sallallahu aleyhi və səlləm) hava işıqlaşmamış (qaranlıqda) qılardı”4

Əbu-l-Minfəl5 rəvayət edir ki, “Mən və atam, Əbu Bər­zə­tə əl-Əsləminin yanına getdik. Atam ona: “Danış, görək Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) namazları necə qılardı?” – deyə müraciət etdikdə, o dedi: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) Sübh namazını hər bir kəsin ya­nın­da­kını seçdiyi vaxtda (hava bir az işıqlandıqda) bitirərdi. Bu na­mazda o, altmış ayədən yüz ayəyə qədər oxuyardı”6

Aişə (radiyallahu anhə) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa nafilə na­maz­larına nisbətən Fəcr namazının sünnəsinə daha çox da­vam­lı və daha çox bağlı idi”7

Başqa rəvayətdə: “Fəcr namazının iki rükəti dünya və için­dəki­lər­dən xeyirlidir”8

Fəcr namazının vaxtı: dan yerinin ağarmasından günəş çıxana­dək.



1 Bax: əl-İsra surəsi. 78; ən-Nur surəsi. 58.

2 “əl-Mucəmu-l-Vasit” səh: 675.

3 Səhihu-l-Buxari, 578; Səhih Müslim, 1456.

4 Səhihu-l-Buxari, 560; Səhih Müslim, 1458.

5 Adı: Səyyar ibn Sələmə.

6 Səhihu-l-Buxari, 547; Səhih Müslim, 1403.

7 Səhihu-l -Buxari, 1163.

8 Səhih Müslim, 1685.

 


Baxılıb: 16794


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”