Ana səhifə / Fiqh / Şəriət risaləsi / Zöhr namazı

Zöhr namazı

 

Zöhr namazı 1

 

“Zöhr” – günorta vaxtına deyilir.2 Buna həmçinin “əl-Ha­ci­ra” də deyilir.

Zöhr namazı dörd rükətli səssiz qılınan namazdır. (Bax: Na­maz­da bəyənilən əməllər 7-ci bənd). Bu namazdan əvvəl (da­ima) iki və ya dörd (iki-iki) rükət, sonra da iki rükət sün­nə namazı qılmaq olar.

Əbu-l-Minfəl rəvayət edir ki, “Mən və atam, Əbu Bərzətə əl-Əsləminin yanına getdik. Atam ona: “Danış, görək Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) namazları necə qılardı?” – deyə müraciət etdikdə, o dedi: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) əl-Hacira – sizin saydığınız ilk na­ma­zı – günəş zeniti keçdikdə qılardı…”3

Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, “Mən Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) ilə bir yerdə Zöhrdən əvvəl və sonra, həmçinin Cümə, Məğ­rib və İşa namazlarından sonra da iki rükət namaz qıl­dım”4

Ummu Həbibə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Gün ərzində on iki rükət sünnə namazı qılan şəxs üçün Cən­nətdə bir ev bina olunar!”5

Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dörd rükət Zöhr­dən əvvəl və iki rükət sonra, iki rükət Məğribdən sonra, iki rü­kət İşadan sonra və iki rükət də Fəcrdən əvvəl namaz qı­lar­dı!6

Zöşr namazının vaxtı: günəş zeniti keçdikdən sonra əş­ya­ların hündürlüyü ilə kölgələrinin uzunluğunun bə­ra­bər­ləş­diyi anadək (Əsr namazınadək).



1 Bax: əl-İsra surəsi. 78.

2 “əl-Mucəmu-l-Vasit” səh: 578.

3 Səhihu-l-Buxari, 547; Səhih Müslim, 1403.

4 Səhihu-l-Buxari, 937.

5 Səhih Müslim, 1691.

6 Səhih Müslimin şərhi, 6/251.

 


Baxılıb: 17343


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”