Ana səhifə / Fiqh / Şəriət risaləsi / Səfər namazı

Səfər namazı

Səfər namazı

 

Uca Allah buyurur: Yer üzündə səfərə çıx­dı­ğınız za­man kafirlərin sizə zərər ye­ti­rəcək­lə­rin­dən qor­xar­sınızsa, namazı qısaltmanıza görə sizə gü­­nah gəlməz.1

Aişə (radiyallahu anhə) rəvayət edir ki, səfərdə və evdə iki rükət qılınan namazlar fərz edildi, səfərdə qılınan namazlar təsdiq olun­du, evdə qılınan namazlara isə (bir və ya iki rükət) əlavə olun­du.”2

Səfərdə namazları qısaltmaq və cəm şəkildə qılmaq Uca Allah tərəfindən verilmiş rüxsətdir. Bilərəkdən səfərdə na­maz­ları tam qılmaq məkruhdur (bəyənilmir), cəm şəkildə qıl­maq isə sünnədir.3 Yalnız yerli sakinlərdən olan imamın ar­xasında namaz qılan müsafir imama tabe olaraq namazını tam qılmalıdır.

Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) səfərdə olduğu müddətdə Zöhrlə Əsr namazını, Məğriblə də İşa namazını cəm edərdi”4

Zöhrlə Əsr namazını Zöhrün əvvəl vaxtından Əsrin axır vaxtınadək, Məğriblə də İşa namazını Məğribin əvvəl vax­tın­dan İşanın axır vaxtınadək istənilən vaxtda qılmaq olar.5

Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, “Mən Pey­ğəm­bə­rə (sallallahu aleyhi və səlləm), Əbu Bəkrə (radiyallahu anhu), Ömərə (radiyallahu anhu) və Osmana (radiyallahu anhu) yol yoldaşı ol­dum. Onlar səfərdə olduqları müddətdə namaz­ları iki rü­kət­dən artıq qılmazdılar”6

Yalnız dörd rükətli namazlar iki rükət qısaldılmış şəkildə qılı­nır. Məğrib namazı isə tam üç rükət qılınır.

Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, “Mən Peyğəm­bə­rin (sallallahu aleyhi və səlləm) səfərdə Məğrib namazını üç rükət qıldığını və təxirə saldığını gördüm…”7

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsini araşdırıb, onun (sallallahu aleyhi və səlləm), müsafirə iki rükət namaz qılmağı buyurdu­ğunu, səfər üçün nə məkan nə də üç, ya dörd, ya on iki, ya da on beş gün məhdudlaşdır­ma­dığını görən hər bir şəxs səfərdə namazı qəsr etməlidir (qı­saltmalıdır). Necə ki sələfdən (keçmiş nəsildən) bunu edən­lər olub. Müsəlmanlar “Nəhavənd”- də altı ay namaz­la­­rı­nı qəsr ediblər.8 El arasında səfər hesab olunan məsafədə səfər namazı qılmaq caizdir.9

Səfərlə əlaqəli məsələlər:10

Birinci məsələ təkbir gətirib (namaza başladıqdan son­ra) hər han­­­sı nəqliyyat vasitəsilə səfərə çıxan şəxs namazını tam qılmalı­dır;

İkinci məsələ təkbir gətirib (namaza başladıqdan sonra) hər hansı nəqliyyat vasitəsilə vətəninə daxil olan şəxs də namazını tam qılmalıdır;

Üçüncü məsələ evdə qılınan namazın batil olduğunu səfərdə xatırlayan şəxs o namazı tam qılmalıdır;

Dördüncü məsələ səfərdə qılınan namazın batil ol­du­ğu­nu ev­də xatırlayan şəxs də o namazı tam qılmalıdır;

Beşinci məsələ müsafir, yerli sakinlərdən olan imamın arxa­sın­da qıldığı namazı imama tabe olaraq tam qılmalıdır;

Altıncı məsələ arxasında namaz qıldığı imamın müsafir yoxsa yerli sakin olduğunu bilməyən şəxs imamla namazını tam qılaca­ğını niyyət edib ona tabe olmalıdır (yəni tam qı­lar­sa tam qılmalı, qəsr edərsə qəsr etməlidir);

Yeddinci məsələ İmama tabe olaraq namazı tam qıl­ma­ğa niyyət edən müsafirin namaz əsnasında dəstəmazı po­zu­larsa o nə etməlidir?

a) Dəstəmaz aldıqdan sonra tərk etdiyi camaat namazına çatar­sa onu tam qılmalıdır.

b) Namaz qılınıb qurtardıqdan sonra o namazı tək qılarsa bu hal­da o, namazı qəsr etməlidir.

* Namazın vaxtı girdikdən sonra (o namazı qılmayıb) sə­fə­rə çıxan şəxs həmən namazı səfərdə qəsr etməlidir.

* Namazın vaxtı girdikdən sonra (o namazı qılmayıb) və­tə­ninə daxil olan şəxs həmən namazı tam qılmalıdır.

Səkkizinci məsələ Namazı tam və ya qəsr qılmağı niy­yət etmə­dən namaza başlayan müsafir namazını qəsr et­mə­li­dir.

Doqquzuncu məsələ Namazı qəsr qılmağı niyyət edib-et­mədiyinə şəkk edən müsafir namazını qəsr etməlidir.

Onuncu məsələ Müsafirin səfərdə namaz qılmasına za­man məhdudiyyəti yoxdur.



1 ən-Nisa surəsi, 101.

2 Səhihu-l-Buxari, 350; Səhih Müslim, 1568.

3 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 4/509, 548.

4 Səhihu-l-Buxari, 1107.

5 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 4/449.

6 Səhihu-l-Buxari, 1102; Səhih Müslim, 1577.

7 Səhihu-l-Buxari, 1092.

8 “Məcmu fətava” 24/18.

9 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 4/498.

10 “əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi” 4/516-535.

 


Baxılıb: 10347

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Kim cümə günü əl-Kəhf surəsini oxuyarsa, bu, gələn cüməyədək onun üçün nur saçar."

(Müstədrək əl-Hakim; Səhih əl-Cami)