Ana səhifə / Fiqh / Ramazan fətvaları / Səhur və iftar

Səhur və iftar

Səhur və iftar

 

Sual: Səhur etmək şərtdirmi?

Cavab: Xeyr! Səhur etmək müstəhəbdir və oruc onsuz da səhih sayılır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demiş­dir: “Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var.”1

Sual: Səhuru nə vaxt etmək yaxşıdır?

Cavab: Zeyd ibn Sabit (radiyallahu anhu) demişdir: “Biz Peyğəm­bərlə (sallallahu aleyhi və səlləm) birgə səhur edib sonra namaz qıldıq. Ənəs (radiyallahu anhu) Zeyddən: “Namazla səhər yemə­yi­ni­zin arasında olan vaxt nə qədər idi?” – deyə soruş­duqda, o dedi: “Əlli ayə miqdarı qədər.”2 Hədisdən görünür ki, səhuru axır vaxtlarda etmək əfzəldir.

Sual: Əgər sübh namazının azanı verilirsə bu zaman yemə­yə son qoyulmalıdırmı?

Cavab: Bəli, son qoyulmalıdır. Lakin qeyd etmək lazımdır ki, azan başladıqda əlində olan loxmanı yeyib qurtarmaq olar. Həmçinin də qalan suyu iç­mək olar.

Sual: Əgər hər hansı bir şəxs Ramazan ayında dan yeri ağarana yaxın oyanıbsa və onun boynunda cənabət qüslü varsa bu şəxs öncə qüsl etməlidir, yoxsa səhur etməlidir? Onu da qeyd edək ki, əgər bu şəxs öncə qüsl etsə səhura vaxt qalmayacaqdır. Eləcə də əgər öncə səhur etsə qüslü dan yeri ağardıqdan sonra etməli olacaqdır.

Cavab: Bu şəxsin səhuru önə çəkməsi daha əfzəldir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var.”3 Qüslün vaxtı geniş olduğundan onu dan yeri ağardıqdan sonra da edə bilər. Onun bu cür qüsl etməsi oruca heç bir xələl gətirmir. Aişə (radiyallahu anhə) və Ummu Sələmə (radiyallahu anhu) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.”4

Sual: İftarı nə vaxt etmək lazımdır?

Cavab: İftarı gün batdıqdan sonra etmək lazımdır. Uca Allah buyurur: “Sonra gecəyə qədər (gün batana kimi) orucunuzu tamamlayın.”5

Sual: İftarı nə vaxt etmək yaxşıdır?

Cavab: İftarı gün batdıqdan dərhal sonra etmək daha əfzəldir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) hədislərin birində iftarını ilk vaxtlarda açan bəndəni belə müjdələmişdir: “İnsanlar iftarı əvvəl vaxtında, səhuru isə axır vaxtında yeməklə xeyrə nail olar­lar.”6

Sual: İftar vaxtı hansı dualar edilir?

Cavab: İftar vaxtı bu dualar edilir:

   “Zəhəbəz-zəmə’u vabtəllətil-uruq va səbətəl-əcr inşaallah”(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı,  Allah istəsə mükafatı sübuta ye­tər).

   “Allahümmə inni əs'əlukə birəhmətikəl-ləti vasiat küllə şeyin ən təğfira li” (Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla).

Sual: Təyyarədə olan şəxs nə vaxt iftar etməlidir?

Cavab: Əgər hər hansı bir şəxs gün batdıqdan sonra iftarını edib təyyarəyə minərsə, təyyarə göyə qalx­dıqdan sonra günəşi görsə də belə orucu səhih sayılır. Əgər bu şəxs təyyarədə olarkən hələ günəş batmamışdırsa, onda iftarını günəş batdıqdan sonra edir.

Sual: Hər kim Ramazan ayının baş­ladığını dan yeri ağardıqdan sonra xəbər tutubsa o nə etməlidir?

Cavab: Bu şəxs günün qalan hissəsini oruc tutma­lıdır. Bu günün qəzasını sonradan tutmağa gəldikdə isə, alimlər bu barədə ixtilaf etmişlər. Əksər alim­lərin fikrincə bu günün qəzası sonradan tutulmalı­dır. Çünki bu şəxs günün müəyyən bir hissəsini niy­yətsiz keçirmişdir. Əməllər isə niyyətlərə görədir.

Sual: Hər kim Ramazan əsnasında İslam dinini qə­bul et­mişsə ona tutmadığı günlərin qəzasını tutmaq vacibdirmi?

Cavab: Xeyr, vacib deyil. Çünki əvvəl o, qafil idi və oruc tutmaq da ona vacib deyildi. Odur ki, İsla­mı qəbul edən şəxs, əvvəl etmədiyi saleh əməllərin qəzalarını yerinə ye­tirmir. Uca Allah buyurur: “Kafir olanlara de: “Əgər onlar (öz küfrlərindən) əl çəksələr, keçmişdəki günahları ba­ğışlanır.” O ki qaldı İslamı günorta qəbul etmiş kimsəyə, o, günün qalan hissəsini oruc tutur və onun orucu kamil oruc sayılır. Bu şəxs, həmin günün qəzasını tutmur. Çün­ki ona İslamı qəbul edənə qədər heç bir əməl vacib deyildi.

Sual: Əgər bir şəxs üzrlü səbəbdən orucunu açarsa və həmin gün də üzür aradan qalxarsa, o nə etməli­dir?

Cavab: Bu şəxs yemək-içməyinə davam etməlidir. Oruca yenidən davam etmək isə ona vacib deyildir. Çünki həmin gün bu şəxsə yeyib-içmək üzrlü səbəbdən halal olmuşdur. Yeyib-içməyin ona yeni­dən haram olması barədə isə heç bir dəlil yoxdur. Lakin bu şəxs həmin günün qəzasını sonradan tut­malıdır.

Sual: Oruclu halda unudub yemək yeyən şəxs nə etməlidir?

Cavab: Bu şəxs xatırlayan kimi dərhal orucuna davam etməlidir. Bu halda onun orucu düzgün sayılır və ona sonradan qəza tutmağa ehtiyac yox­dur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: Kim oruclu halda unudub yemək yeyərsə və ya bir şey içərsə orucuna davam etsin. Çünki onu yedirdən də, içirdən də Allahdır.”8



1 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

2Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

3 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

4 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

5 “əl-Bəqərə” surəsi, 187.

6 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

7 “əl-Ənfal” surəsi, 38.

8 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

 


Baxılıb: 16630


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”