Ana səhifə / Fiqh / Ramazan fətvaları / Qəza və kəffarənin hökmləri

Qəza və kəffarənin hökmləri

Qəza və kəffarənin hökmləri

 

Sual: Qəzaya qalan orucu nə zaman tutmaq lazım­dır?

Cavab: Qəza orucunu Ramazan ayından sonra dər­hal tut­maq əfzəl, növbəti Ramazana qədər təxirə sal­maq isə caizdir. Aişə (radiyallahu anhu) rəvayət edir ki: “Mənim Ramazan ayından orucum qəzaya qalardı və mən onun qəza­sını Şaban ayında tutardım.”1

Sual: Uzun müddət qəsdən oruc tutmayan şəxs nə et­məlidir?

Cavab: O, bu günaha görə yalnız tövbə etməli və heç bir qəza orucu tutmamalıdır. Belə ki, hər bir iba­dətin öz vaxtı olduğu kimi orucun da öz vaxtı vardır. Odur ki, onu üzrsüz olaraq vaxtından gec yerinə yetirmə­yin də heç bir faydası yoxdur. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Bizim işimizə [dinimizə] müvafiq ol­mayan bir əməl edən kimsə­nin etdiyi əməl rədd edilir.”2

Sual: Qəzaya qalan orucları növ­bəti Ramazana qədər tut­mayan şəxs nə etməlidir?

Cavab: Əgər o, bunu səhlənkarlığı üzündən edibsə, onda tövbə etməklə yanaşı orucların qəzasını tut­malı və kəffarə olaraq buraxdığı hər günün əvəzinə 510 qr miqdarında yeməklə bir kasıbı yedirt­məlidir.

Sual: Üzrlü səbəbə görə orucu tərk etmiş və qəza­sını tutmaq ona müyəssər olmazdan əvvəl vəfat et­miş kimsənin hökmü nə­dir?

Cavab: Onun əvəzinə oruc tutmaq və ya kəffarə ödə­mək vacib deyil.

Sual: Xəstəliyin davamlı olması ehtimalı ilə həki­min qoyduğu qadağaya əsasən orucu tərk edib kəf­fa­rə ödəmiş kimsə bir müddət sonra sağalsa, burax­dığı orucların qəzasını tutmalıdırmı?

Cavab: Xeyr, tutmamalıdır.

Sual: Bilmədən geri qalmış saata etimad edib səhu­ru gec yeyən kəsin orucu qəbuldurmu?

Cavab: Bəli, qəbuldur.

Sual: Kəffarə yalnız bir nəfərə verilə bilərmi?

Cavab: Bunda heç bir məhdudiyyət yoxdur və o, istənilən sayda adama verilə bilər.

Sual: Ölən şəxsin yerinə kəffarə və ya qəzaya qal­mış orucu tutmaq olarmı?

Cavab: Bəli, olar? Bu xüsusda Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: “Hər kim boynunda oruc olduğu halda vəfat etsə, varisi onun əvəzinə oruc tutsun!”3

Sual: Oruc tutmağa qüdrəti çatmayan xronik xəs­tələr kəffarəni necə verməlidirlər?

Cavab: Onlar hər günün əvəzinə 510 qr miqda­rında yeməklə bir kasıbı yedirtməlidirlər. Uca Allah buyurur: “Müəyyən sayda olan günləri [oruc tut­malısınız]. Sizlər­dən xəstə və ya səfərdə ola­nı varsa, başqa günlərdə eyni sayda [oruc tutmalıdır]. Buna taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirtməklə fidyə verməlidir­lər.”4

Sual: Qəzaya qalmış orucu dalbadal tutmaq vacib­dirmi?

Cavab: Xeyr, vacib deyil. Bu orucları istənilən şəkildə tutmaq olar.

Sual: Qəzaya qalmış orucu cümə və ya şənbə günü tutmaq olarmı?

Cavab: Bəli, olar. Bu günlərdə xüsusilə oruc tut­mağa qoyulmuş qadağa yalnız nafilə oruclarına aid­dir.

Sual: Kəffarə olaraq iki ay dalbadal oruc tutan şəxs bu arada hər hansı səbəbdən orucu pozsa nə etməli­dir?

Cavab: Heyz, nifas və s. üzrlü səbəbə görə pozsa, sonradan orucuna davam etməli, üzrsüz olaraq onu pozsa yenidən başlamalıdır.



1 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

2 Bu hədisi Muslim rəvayət etmişdir.

3 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

4 “əl-Bəqərə” surəsi, 184.

 


Baxılıb: 17089


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”