Ana səhifə / Fiqh / Ramazan fətvaları / Nafilə orucları

Nafilə orucları

 

Nafilə orucları

 

Sual: Şəvval ayında olan altı gün orucu ardıcıl tutmaq vacibdirmi?

Cavab: Xeyr, bunu ay ərzində istənilən şəkildə et­mək olar.

Sual: Ərafa günü oruc tutmaq olarmı?

Cavab: Bəli, olar. Yalnız həcc ziyarətində olan şəx­sə həmin gün oruc tutmaq qadağandır.

Sual: Aşura orucunu hansı günlərdə tutmaq lazım­dır?

Cavab: Bunu aşağıdakı günlərdə tutmaq olar:

- Məhərrəm ayının 10-u;

- Məhərrəm ayının 9-u və 10-u, yaxud 10-u və 11-i;

- Məhərrəm ayının 9-u, 10-u və 11-i.

Sual: İl boyu oruc tutmaq olarmı?

Cavab: Xeyr, olmaz.

Sual: Oruc tutulan “biyd” günləri hansı günlərdir?

Cavab: Hicri aylarının 13-ü, 14-ü və 15-i “biyd” günləri adlanır.

Sual: Heyz və nifas halında olan qadın oruc tuta bilərmi?

Cavab: Bu hallarda onun oruc tutması haramdır.

Sual: Qadın ərinin izni olmadan nafilə orucu tuta bilərmi?

Cavab: Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu qadağan etmişdir.1 Qeyd etmək lazımdır ki, bu hökm ər səfərə çıxana qədər qüvvədə qalır. Yəni, səfərdə olan ərdən izn almaq lazım deyil.

Sual: Davudun (aleyhissalam) orucu deyildikdə nə qəsd edi­lir?

Cavab: Bunun üçün Peyğəmbərin (sallallahu aleyhi və səlləm) söylədiyinə nəzər salmaq kifayətdir: “Allahın ən çox sevdiyi oruc Davudun u orucudur. O, günaşırı oruc tutardı.”2

Sual: Cümə və şənbə gününü xüsusiləşdirib oruc tutmaq olarmı?

Cavab: Xeyr, olmaz. Cümə günü oruc tutmaq üçün ondan əvvəlki və ya sonrakı günü də oruc tutmaq lazımdır.3 Şənbə gününə gəlincə, qeyd etmək la­zımdır ki, bu gündə nafilə oruc tutmaq ümumiyyət­lə qadağandır.4 Yalnız cümə ilə şənbə günlərini bir­gə tutmağa rüsxət verilmişdir.

Sual: Qəza oruclarını tutmadan Şəvval ayının altı gününü tutmaq olarmı?

Cavab: Bəli, olar.

Sual: Rəcəb və ya Şaban aylarında xüsusi oruclar varmı?

Cavab: Buna dair heç bir mötəbər hədis varid ol­mamışdır. 

Sual: Şaban ayının 30-u Ramazan ayının 1-i ol­duğunu güman edən və şəkk içində olan kəs həmin gün oruc tuta bilərmi?

Cavab: Xeyr! O gün oruc tutmaq haramdır. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Hər kim şəkk etdiyi gün oruc tutsa, Əbul-Qasimə asi olar!”5

Sual: Bayram günü oruc tutmağın hökmü nədir?

Cavab: Bayram günlərində oruc tutmaq haramdır. Ömər (radiyallahu anhu) demişdir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu iki gündə oruc tutmağı qadağan etmişdir; orucu­nuzu açdığınız gün, qurbandan yediyiniz gün (ramazan və qurban bayramlarında)!”6

Sual: “Təşriq”7 günlərində (zil-Hiccənin 11-i, 12-i və 13-ü) oruc tutmaq olarmı?

Cavab: Xeyr, bu günlərdə oruc tutmaq olmaz. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Təşriq günləri yemək-işmək və Allahı yad etmək günləridr!”8

Sual: Təşriq9 günlərində oruc tutmamaq hamıyamı şamil edilir?

Cavab: Xeyr! Təməttu10 və qiran11 həcci edən, qur­ban kəsməyib əvəzinə oruc tutan şəxsə aid deyil. Uca Allah buyurur: “Hər kim [qurbanlıq] tapmasa, həcc əsnasında üç, [vətənə] qayıtdıqda isə yeddi gün oruc tutsun.”12

Sual: Şaban ayının 15-i ayrıca oruc tutmaq, gecə­sini də ibadətlə keçirmək nə dərəcədə doğrudur?

Cavab: Bu haqda heç bir mötəbər dəlil varid ol­mamış­dir. Lakin qeyd etmək lazimdır ki, 15-i də daxil ol­maqla Şaban ayının hamısını, yaxud çox hissəsini, yaxud da biyd günlərində (13-ü, 14-ü və 15-i) oruc tutmaq olar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də belə edərdi.13

 

Sual: Şaban ayının ortasına qədər oruc tutmayan şəxs, bu ayın qalan hissəsində oruc tuta bilərmi?

Cavab: Xeyr! Belə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu qadağan etmişdir: “Şaban ayının ortası gəlib çatdığı zaman Ramazan ayına qədər oruc tutma­yın!”14

Sual: İki və daha artıq günlərdə iftar etmədən dalba­dal oruc tutmaq olarmı?

Cavab: Olmaz. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu qadağan etmişdir: “Hər kim (orucunu) davam etdirmək istəyirsə, qoy səhura qədər davam etdir­sin!”15

Sual: Rəcəb ayında hər hansı bir günü xücusiləşdi­rib oruc tutmaq olarmı?

Cavab: Xeyr, olmaz. Ümumiyyətlə dəlil-sübutsuz olaraq hər hansı bir günü xücusiləşdirib oruc tut­maq İslam dini tamam olduqdan sonra ona əlavə edilmiş yenilikdir.

Sual: Səfərdə oruc tutmaq olarmı?

Cavab: Həmzə ibn Amr (radiyallahu anhu) bu haqda Peyğəmbər­dən (sallallahu aleyhi və səlləm) soruşduqda o demişdir: “İstə­yirsən tut, istəyirsən tutma!”16



1 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

2 Bu hədisi Buxari rəvayət etmişdir.

3 Buna aid hədisləri Buxari və Muslim rəvayət etmişdir.

4 Buna aid hədisi Əhməd, Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişlər.

5 Bu hədisi Buxari rəvayət etmişdir.

6 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

7 Təşriq – qurutmaq deməkdir. Həcilər bu günlərdə qurban ətini quru­dub saxladıqlarına görə həmin günlər təşriq adlanmışdır.

8 Bu hədisi Muslim rəvayət etmişdir.

9 Təşriq – qurutmaq deməkdir. Həcilər bu günlərdə qurban ətini quru­dub saxladıqlarına görə həmin günlər təşriq adlanmışdır.

10 Təməttu – zövq almaq, rahatlanmaq deməkdir. Həccin bu növü ona görə belə adlanır ki, həcc edən şəxs ümrə ziyarətini yerinə yetirdikdən sonra ehramdan şıxır, zil-Hiccənin 8-i yenidən ehrama girib ziyarətinə davam edir.

11 Qiran – birləşdirmə deməkdir. Bu, ona görə belə adlanır ki, həcc edən şəxs ümrə ziyarətini yerinə yetirdikdən sonra ehramdan şıxmır və   ziyarətinə davam edir.

12 “əl-Bəqərə” surəsi, 196.

13 Bu haqda hədisləri Suyuti rəvayət etmiş və Albani onlari səhih hesab etmişdir.

14 Bu hədisi Suyuti rəvayət etmiş, Albani də onu səhih hesab etmişdir.

15 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

16 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

 


Baxılıb: 18581


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”