Ana səhifə / Fiqh / Ramazan fətvaları / Gecə namazları (təravih)

Gecə namazları (təravih)

Gecə namazları (təravih)

 

Sual: Bu namazlar nə üçün təravih adlanır?

Cavab: Təravih dincəlmək mənasını ifadə edir. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) və səhabələr bu namazları qılarkən dörd rəkətdən sonra dincələrdilər. Elə buna görə də o, təravih adlanmışdır.

Sual: Təravih namazının hökmü nədir?

Cavab: Bu namazı qılmaq sünnədir (Peyğəmbərin (sallallahu aleyhi və səlləm) etdiyi müstəhəb əməllərdəndir).

Sual: Bu namazı fərdi şəkildə qılmaq olarmı?

Cavab: Bəli, olar. Lakin camaatla qılmaq daha əf­zəldir.

Sual: Bu namaz mütləq məsciddə qılınmalıdırmı?

Cavab: Xeyr, bunu evdə də qılmaq olar.

Sual: Oruc gecələrində daha hansı ibadətləri etmək lazımdır?

Cavab: Bu gecələrdə Quran oxumaq, Allahı xatır­lamaq, dua etmək, elm tələb etmək gərəkdir.

Sual: Bu gecələrdə səhərə qədər oyaq qalmaq va­cibdirmi?

Cavab: Xeyr, vacib deyil.

Sual: Təravih namazı neçə rəkət qılınmalıdır?

Cavab: Peyğəmbər (sallallahu aleyhi və səlləm) gecə namaz­larını on bir və ya on üç rəkətdən çox qılmazdı.

Sual: Gecə namazlarını xüsusiləşdirməmək şərtilə istənilən sayda qılmaq olarmı?

Cavab: Bəli, olar. Belə ki, bir kişi Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) gecə namazı barəsində soruşduqda o, demişdir: “Gecə namazları iki (rəkət)-iki (rəkət) qılınır....”1

Sual: Gecə namazlarını dalbadal qılmaq, salamı isə yalnız sonuncu rəkətdə vermək olarmı?

Cavab: İslam alimləri bu məsələdə ixtilaf etmişlər, lakin bütün bu ixtilaflara son qoymaq üçün əksər alimlərin rəyini götürüb yuxarıdakı hədisə istinad etməklə hər iki rəkətdən sonra salam vermək lazım­dır.

Sual: Təravih namazı nə vaxt qılınmalıdır?

Cavab: Onu işa namazından sonra sübh namazına qədər olan vaxt ərzində qılmaq olar.

Sual: Təravih namazları arasındakı istirahət vaxtı moizə vermək və Ramazan gecələrində bir yerə yığışmaq olarmı?

Cavab: Peyğəmbər (sallallahu aleyhi və səlləm) və səhabələr belə şey etməmişlər.

Sual: Təravih namazları arasında su və s. içmək olarmı?

Cavab: Bəli, olar.

Sual: Təravih namazlarında Qurandan nə qədər oxumaq olar?

Cavab: Buna heç bir məhdudiyyət yoxdur. Lakin camaata namaz qıldıran imam onların arasındakı qocaları, qadınları və uşaqları nəzərə almalıdır.

Sual: Gecə namazları səslə qılınır, ya səssiz?

Cavab: Gecə namazlarını həm səslə, həm də səssiz qılmaq olar.

Sual: Namaz qıldıranın səsinin gözəlliyinə görə yaxınlıq­dakı məscidi qoyub uzaqda olan bir məs­cidə getmək olarmı?

Cavab: Bəli, olar. Bir şərtlə ki, namazı qıldıran şəxs bid'ət2 əhlindən olmasın.

Sual: Təravih namazını qılan kəs Quranı üzündən oxuya bilərmi?

Cavab: Namazda artıq-əskik hərəkət etmək qada­ğandır. Lakin xətalara yol verməmək üçün və başqa bu kimi səbəblərə görə bunu etmək olar.

Sual: Namazda ayələri və surələri tərtiblə oxumaq vacibdirmi?

Cavab: Ayələri tərtiblə oxumaq vacibdir. Surələri tərtiblə oxumaq barəsində ixtilaf olsa da belə onları tərtiblə oxumaq sələfin yoluna daha uyğundur.

Sual: Namazda bərkdən-bərkdən ağlayaraq ətraf­dakılara mane olmağın hökmü nədir?

Cavab: Əgər bu, namaz qılanın iradəsindən asılı deyilsə, onda bunun heç bir qorxusu yoxdur. Yox əgər qəsdən edərsə, onda bu, onu riyakarlığa sürük­ləyər. 

Sual: Vitr namazında hansı surələri oxumaq lazım­dır?

Cavab: Vitr namazında istənilən surələri oxumaq olar. Lakin çox vaxt “əl-Alə” – “əl-Kafirun” – “əl-İxlas” surələrini oxumaq müstəhəbdir.

Sual: Təravih namazını camaatla qılan kəs vitri qil­mayıb gecənin axırına saxlaya bilərmi?

Cavab: Bəli, saxlaya bilər. Lakin imamla axıra qədər qılmaq daha əfzəldir.

Sual: Qunutda hansı duaları etmək yaxşı olar?

Cavab: Qunutda Quran bə sünnədə varid olan dua­ları etmək daha yaxşıdır.

Sual: Hər gecə qunut tutmaq vacibdirmi?

Cavab: Xeyr, vacib deyil. Əksinə, hərdən onu tərk etmək yaxşıdır ki, camaat onun vacib olduğunu güman etməsinlər.

Sual: Ramazan boyu hər gecə təravih namazlarını qılmaq vacibdirmi?

Cavab: Ümumiyyətlə bu namaz sünnədir. Odur ki, hərdən onu tərk etməkdə olar. Lakin mömin bacar­dığı qədər artıq savab qazanmağa can atmalıdır.

Sual: İşa namazını camaatla qılmağa çatmayan şəxs işa niyyətilə təravihə qoşula bilərmi?

Cavab: Bəli, qoşula bilər. Bir şərtlə ki, imam salam verdikdə o, salam verməməli, qalxıb axırıncı iki rəkəti tamamladıqdan sonra salamları verib namazı bitirməlidir.



1 Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

2 Dində əsli olmayan, kamil olduqdan sonra ona əlavə edilən hər bir şey bid'ət adlanır.

 


Baxılıb: 17099


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”