Ana səhifə / Fiqh / Ramazan fətvaları / E'tikaf

E'tikaf

E'tikaf1

 

Sual: Ramazanın axır on günü digər günlərdən nə ilə fərqlənir?

Cavab: Ramazanın axır on günündə elə bir gecə vardır ki, o, min aydan xeyirlidir. Uca Allah buyu­rur: “Həqiqətən, Biz onu [Quranı] Qədr gecəsində [dünya sə­masına] nazil etdik! Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan xeyirli­dir. [Bu əzəmətli gecə Ra­mazan ayının axır on günündəki tək gecələrdən (21, 23, 25, 27 və 29-cu gecələrdən) birinə təsa­düf edir və həmin gecədə gələn Ra­mazan ayına qədər olacaq hər bir şeyin müqəddəratı yazı­lır]. Onda [o gecədə] mələklər və Ruh [Cəbrail] öz Rəbbinin izni ilə hər bir işdən ötrü [yerə] enirlər. O [gecə], dan yeri sökülənə qədər əmin-amanlıqdır!”2 Ayələrdən bu gecədə nələr baş verdiyi açıq-aydın görünür.

   Həmçinin bu mübarək gecədə növbəti il ərzində nələr baş verəcəyi müəy­yən edilir. Uca Allah buyu­rur: “Ha. Mim. And olsun açıq-aydın Kitaba! Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq. Hər bir hikmətli iş onda [bu gecədə] ayırd edilir.”3

   Habelə bu on gündə məscid­lərdə e'tikaf edilir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ramazan ayının axır on gününü məsciddə e'tikaf edər­di.4

Sual: Qədr gecəsinin əlamətləri varmı?

Cavab: Bəli! Gədr gecəsində sakitlik olur. Bu gecə­də möminin ürəyi açılır, könlü xoş olur, qəlbi rahat­lıq tapır və xeyirxah işlər görməyə can atır. Səhəri gün doğan günəş isə üfüqdə açıq-aydın görünür.

Sual: Üzrlü səbəbə görə oruc tutmayan kəs e'tikaf edə bilərmi?

Cavab: Bəli, edə bilər.

Sual: E'tikaf etmək vacibdirmi?

Cavab: Xeyr! E'tikaf etmək müstəhəbdir.

Sual: İstənilən yerdə e'tikaf etmək olalmı?

Cavab: Xeyr! E'tikaf camaat namazı qılınan məs­cidlərdə edilir. Uca Allah buyurur: “Məscidlərdə etikafda olduğunuz zaman  on­larla [qadınlarınızla] yaxın­lıq etməyin.”5 Xüsusən də üç möhtəçəm məs­ciddə.

Sual: E'tikaf nə zaman başlayır?

Cavab: E'tikaf gün batdıqdan sonra başlayır.

Sual: E'tikafın müddəti nə zaman bitir?

Cavab: Onun müddəti gün batana qədərdir. Yəni, on gün e'tikaf etmək niyyətində olan kəs – zəruri hallar müstəsna olmaqla – yalnız onuncu gün gün batandan sonra məsciddən çıxa bilər.

Sual: Valideynin izni olmadan e'tikaf etmək olar­mı?

Cavab: Xeyr! Çünki e'tikaf etmək sünnədir, vali­deynə itaət isə vacibdir.

Sual: E'tikaf etmək məqsədilə səfərə çıxmaq olar­mı? 

Cavab: Yalnız üç məsciddə - Beytulharamda, Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) məscidində və əl-Aqsa məscidində e'tikaf etmək niyyəti ilə səfərə çıxmaq olar­.6



1Ramazanın axır on gününü ibadət məqsədilə məsciddə qalmaq.

2 “əl-Qədr” surəsi.

3 “əd-Duxan” surəsi, 1-4.

4 Bu hədisi Buxari rəvayət etmişdir.

5 “əl-Bəqərə” surəsi, 187.

6 Bu haqda hədisi Buxari və Muslim rəvayət etmişdir.

 


Baxılıb: 16261


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”