Ana səhifə / Fiqh / Ramazan fətvaları / Fitrə zəkatı

Fitrə zəkatı

 

Fitrə zəkatı

 

Sual: Fitrə zəkatı nə üçün çıxarılır?

Cavab: Fitrə zəkatı Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü kasıbları sevindirmək və oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlənmək üçün­dür. 

Sual: Fitrə zəkatının hökmü nədir?

Cavab: Fitrə zəkatını vermək fərzdir. Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, “Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) camaat bayram namazına gələnə qədər xurma və ya arpadan bir saa (dörd ovuc) miq­darında fitrə zəkatı verməyi müsəlmanlardan azad və qul olana, kişiyə və qadına, uşağa və böyüyə vacib buyur­du.”1

Sual: Ana bətnindəki uşaq üçün fitrə zəkatı vermək vacibdirmi?

Cavab: Xeyr, müstəhəbdir.

Sual: Fitrə zəkatı nədən verilir?

Cavab: Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir.

Sual: Fitrə zəkatını pul, paltar və başqa bu kimi şeylərlə əvəz etmək olarmı?

Cavab: Xeyr, olmaz. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Bizim işimizə [dinimizə] ondan olmayan bir şeyi əlavə edənin etdiyi əməl rədd edilir.”1 Məgər Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) dövründə pul yox idi, yoxsa xəlifələrin zamanında səhabələr fitrə  zəkatını pul şəklində verirdilər? Əksinə, hər kəs zəkatını Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) buyurduğu kimi çıxarıb onu kasıblara verərdi.

Sual: Bir neçə nəfərin fitrə zəkatını bir kasıba ver­mək olarmı?

Cavab: Bəli, olar.

Sual: Fitrə zəkatı kimlərə verilir?

Cavab: Fitrə zəkatı kasıblara verilir.

Sual: Fitrə zəkatının miqdarı nə qədərdir?

Cavab: Fitrə zəkatının miqdarı təqribən üç kiloq­ramdır.

Sual: Üç kiloq­ram unun dəyərini hesablayıb bunu əvəzinə həmin məbləğdə (məs: bir kiloq­ram) xurma alıb zəkat vermək olarmı?

Cavab: Xeyr, olmaz. Çünki veriləcək zəkatın miq­darı adambaşı dörd ovucdur (təqribən üç kiloq­ram).

Sual: Fitrə zəkatının dörd ovucdan artıq vermək olarmı?

Cavab: Olar.

Sual: Fitrə zəkatı nə zaman verilməlidir?

Cavab: Fitrə zəkatı Ramazanın son iki günü bayram namazına qədər kasıblara verilməlidir.

Sual: Fitrə zəkatını bayram namazına qədər çıxar­mayan şəxs nə etməlidir?

Cavab: Qəsdən onu təxirə salan şəxs buna görə tövbə etməli və fitrə zəkatını verməlidir. Üzrlü səbəbə görə bunu edən isə sadəcə fitrə zəkatını ver­məlidir.

Sual: Fitrə zəkatını paylamağı kiməsə həvalə etmək olarmı?

Cavab: Bəli, olar.

Sual: Fitrə zəkatını qeyri müsəlmana vermək olar­mı?

Cavab: Xeyr, olmaz. Çünki fitrə zəkatı Ramazan bayramını qeyd etmək üçün verilir.

Sual: Səfərdə olan şəxs fitrə zəkatını vermək üçün onu öz ölkəsinə göndərə bilərmi?

Cavab: Bəli, göndərə bilər.



1 Bu haqda hədisi Buxari və Muslim rəvayət etmişdir.

2 Bu hədisi Muslim rəvayət etmişdir.

 


Baxılıb: 16918


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”