Ana səhifə / Fiqh / Qadinlarla əlaqəli bəzi şəriət hökmləri / Mərhəmətli, Rəhmli Allahın adı ilə! Ön söz

Mərhəmətli, Rəhmli Allahın adı ilə! Ön söz

Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Ön söz

 

Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağış­lan­ma və bizi doğru yola yönəltməyi diləyirik, nəfs­­ləri­mizin şə­rin­dən və pis əməl­­­lərimiz­dən qorun­maq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yo­la yönəldən ta­pıl­maz. Mən şahidlik edirəm ki, Allah­dan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəri­ki yoxdur və şa­hid­lik edirəm ki, Muhəmməd Onun qulu və elçisi­dir.

«Ey iman gətirənlər! Allah­dan Ona layiq olan tərzdə qor­xun və ancaq mü­səlman oldu­ğunuz halda ölün!»1

«Ey insanlar! Sizi tək bir can­dan xəlq edən, onun özün­dən zöv­cəsini ya­radan və on­lardan da bir çox kişi və qa­dın törədib yer üzünə yayan Rəb­biniz­dən qorxun! Adı ilə bir-birinizdən cür­bəcür şeylər istə­diyiniz Allah­dan və qo­humluq əlaqələri­ni kəsməkdən çəkinin! Həqi­qətən, Allah sizə nəzarət edir.»2

«Ey iman gətirənlər! Allah­dan qor­xun və doğru söz da­nışın ki, O, əməllərinizi islah et­sin və gü­nahlarınızı ba­ğışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qa­zanar.»3

Uca Allah məxluqatı yaratdı ki, Onu tanısınlar və Ona ibadət etsinlər.4 Eləcə də O Öz böyüklüyünə sü­butlar gətirdi ki, Ona itaət etsinlər. Həmçinin Ona qarşı çıxanlar üçün hazırlanmış cəzanın ağırlığını və əzab yerini onlara təsvir etdi ki, Ondan qorxsunlar Onun əmrini yerinə yetirməyə tələssinlər, Ona məhəbbətini nümayiş etdirsinlər və Onu razı salsınlar, haram etdiyi, nifrət etdiyi və qadağan etdiyi şeylərdən uzaq olsunlar.

“Mömin kişilərlə mömin qa­dınlar bir-birinin dost­la­rı­dır. On­lar insanlara yaxşı işlər gör­məyi buyurur, pis əməl­lə­rə qa­dağa qo­yur, namaz qılır, zəkat ve­rir, Alla­ha və Onun Elçisinə itaət edir­lər. Allah onlara rəhm edə­cəkdir. Hə­qiqətən, Allah Qüdrətlidir, Müd­rik­dir.”5



1 Ali İmran, 102.

2 ən-Nisa, 1.

3 əl-Əhzab, 70-71.

4 əz-Zariyat, 56.

5 ət-Tovbə, 71.

 


Baxılıb: 16495


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”