Ana səhifə / Fiqh / Qadinlarla əlaqəli bəzi şəriət hökmləri / Məsh ilə əlaqəli şəriət hökmləri

Məsh ilə əlaqəli şəriət hökmləri

Məsh ilə əlaqəli şəriət hökmləri

 

Məshin şərtləri:

  • Qadın corab və ona oxşar ayaq geyimlərini dəstəmazlı ikən geyinməlidir;
  • Ayaq geyiminin üzərində nəcis olmamalı;
  • Yalnız dəstəmaz aldıqda məsh etmək olar. Qüsl etdikdə isə ayaqlar yuyulmalıdır;
  • Məshin müddəti məsh çəkilən vaxtdan başlayır və müsafir üçün üç gün (yəni, 72 saat), yerli sakin üçün isə bir gün (yəni, 24 saat) davam edir;

Ayaqlar yalın olduqda onları yumaq vacib, geyimli olduqda isə məsh çəkmək əfzəldir (yu­maq da olar). Hər dəstəmaz üçün ayaq geyimlərini çıxarıb, ayaqları yumaq vacib deyil.

Nazik və ya deşiyi olan corabların üstünə məsh çək­mək caizdir.

Məsh çəkildikdən sonra, onun (müsafir üçün üç gün, yerli sakin üçün isə bir gün) müddətinin bitməsi dəs­tə­mazı pozmur.

Məshi nə zaman etdiyinə şəkk edən insan yəqinliyə qayıtmalıdır. Məsələn: zöhr və ya əsr namazının vax­tında məsh çəkdiyinə şəkk edirsə, məshin əsr namazı­nın vaxtında alınmasını yəqin bilməlidir.

Qadın məsh etdikdən sonra corabını çıxarsa, dəstə­mazı pozulmaz, lakin məshin davamlılığı öz hökmünü itirir. Bu halda növbəti dəstəmaz zamanı ayaqlar da yuyulmalıdır.

Dəstəmaz və ya qüsl aldıqda yaranın üzərindəki cu­nanın, gipsin və başqa bu kimi müalicəvi vasitələrin üzərinə məsh çəkmək olar. Məshin bu növü üçün vaxt məhdudiyyəti yoxdur. Belə ki, yara sağalana qədər məsh çəkmək olar. Həmçinin ayaq geyimlərinin üzə­ri­nə çəkilən məshin şərtlərinin olması vacib deyil.

Yaranın üstü açıq olduğu təqdirdə aşağıdakı hökmlər vacib olur:

  • Dəstəmaz və ya qüsl etdikdə, su yaraya zərər to­xundurmazsa, yaranın üzərini yumaq vacibdir.
  • Dəstəmaz və ya qüsl etdikdə, su yaraya zərər to­xundurarsa, o yerin üzərindən məsh çəkmək vacibdir.
  • Dəstəmaz və ya qüsl etdikdə su ilə yumaq və ya məsh çəkmək yaraya zərər toxundurarsa, o yer üçün təyəmmüm olunur. (Yəni dəstəmaz və ya qüsl etdikdən sonra təyəmmüm də edilir).

Məsh yalnız qüsl və ya dəstəmaz aldıqda olur, tə­yəmmüm etdikdə isə məshə ehtiyac qalmır.


Baxılıb: 17534


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”