Ana səhifə / Fiqh / Qadinlarla əlaqəli bəzi şəriət hökmləri / Heyz ilə əlaqəli şəriət hökmləri

Heyz ilə əlaqəli şəriət hökmləri

Heyz ilə əlaqəli şəriət hökmləri

 

Heyz – qadının uşaqlığından hər ayın müəyyən gün­lərində çıxan qandır.

Bu halda olan qadına namaz qılmaq, oruc tutmaq, cinsi əlaqəyə girmək, Kəbəni təvaf etmək, (bəzi alim­lə­rin rəyinə görə) Quran oxumaq və ona toxunmaq ha­ramdır.

Həddi-buluğa çatan və oruc tutmağın vacib olduğu­nu bilən hər bir müsəlman qadına oruc tutmaq vacib­dir. Bu halda oruc tutmayan qadın, buraxdığı orucların qəzasını tutmalıdır.

Qadının həddi-buluğa çatmasını aşağıdakı hallardan biri ilə bilmək olar:

  • Heyz qanının gəlməsi;
  • Pollyusiya halı;
  • Övrət yerinin tüklənməsi;

Hamilə qadından adəti üzrə ayın müəyyən vaxtı qan gələrsə, bu, heyz qanından sayılır.

Heyz qanının qarşısını almaq üçün istifadə olunan dərmanlar haram deyil. Lakin ziyanı çox olduğundan bundan istifadə etmək bəyənilmir.

Qadın heyzdən təmizləndikdən sonra fərcindən çıxan qan, sarı və ya bulanıq su, tər v s. heyz qanından sayıl­mır.

Qadın müalicəvi yolla heyz qanının gəlməsini tez­ləş­dirərsə, bu qanın hökmü, adəti üzrə çıxan heyz qanının hökmü kimi sayılar.

Heyz qanı gələn günlərdə təmizlik məqsədilə çim­mək caizdir.

Heyz qanı hər ay gəldiyi müddətdən çox və ya az da gələ bilər. Bu halda gələn qan heyz qanından sayılır.

Heyzli qadın utandığından (heyzli olduğunu bilmə­sinlər deyə) namaz qılıb, oruc tutarsa, tövbə etməlidir. Çünki, onun etdiyi  bu əməl haramdır.

Heyzli qadın zəruri halda əzbərdən Quran oxuya bi­lər.

Bakirəliyini itirən qız qüsl etdikdən sonra fərcindən gələn qan yalnız dəstəmazı pozur.

Qadın namaz vaxtı girdikdən sonra heyz olarsa, hə­min namazı qəza etmir.


Baxılıb: 18374


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”