Ana səhifə / Fiqh / Qadinlarla əlaqəli bəzi şəriət hökmləri / Namazla əlaqəli şəriət hökmləri

Namazla əlaqəli şəriət hökmləri

Namazla əlaqəli şəriət hökmləri

 

Qadının evində qıldığı namaz məsciddə qıldığı na­mazdan əfzəldir. Bayram namazlarını isə, bayram na­mazı qılınan yerdə qılmaq vacibdir.

Namaz qılarkən qadının əl və üzündən başqa bütün bədən üzvləri görünməməlidir.

Dar və ya şəffaf geyimdə namaz qılmaq olmaz.

Qadın namazda kişilərə imam dura bilməz, qadınlar üçün isə durması caizdir. Kişilərdən fərqli olaraq, imam duran qadın qadınlarla bir cərgədə durmalıdır.

Namaz hərəkətlərinin heç birini imamdan tez etmək olmaz.

Təravih namazında imamın arxasında duran kimsəyə – Qurana baxaraq imam oxuduğu ayələri izləmək ol­maz.

Qadın, yanında naməhrəm olmadığı təqdirdə sübh və gecə namazlarında, məğrib və işa namazlarının bi­rinci iki rükətində Fatihəni və ardı ilə oxuduğu surələri uca səslə oxuya bilər.

Qadının arxa cərgədə qıldığı namazı ön cərgədə qıl­dığı namazından daha əfzəldir. Qadınlarla kişilər ara­sında pərdə olduğu təqdirdə birinci cərgə daha əfzəl sayılır.

Namazı bilərəkdən vaxtından gec qılmaq olmaz. Sə­fər, müharibə, təhlükə və başqa bu kimi üzrlü səbəb­lə­rə görə namazı axır vaxtına qədər gecikdirmək və ya iki namazı (zöhrlə əsri və məğriblə işa namazlarını) bir­ləşdirib qılmaq olar.

Nəcisli paltar, ayaqqabı və s. ilə bilə-bilə namaz qı­la­nın namazı batil olur. Paltarının və ayaqqabısının nəci­sə batdığını bilməyib namaz qılan kimsəyə isə namazı yenidən qılmaq lazım deyil.

Qadın namaz əsnasında paltarında və ya ayaqqa­bı­sında nəcis olduğunu bilsə, həmin geyimi namaz əsna­sında çıxarıb, namazı davam etməlidir. Paltarın çıxa­rıl­ması qadının övrət yerinin açılmasına səbəb olarsa, na­mazı tərk edib paltarını dəyişməli və namazı yenidən qılmalıdır.

Məscidin yaxınlığında yaşayan qadın evində namaz qılmaq üçün məsciddə verilən iqaməni gözləməyib, azan oxunan kimi namazını qıla bilər.

Cərrahiyyə əməliyyatı zamanı buraxılmış bir neçə na­mazın qəzası qılınmalıdır. Cərrahiyyə əməliyyatından öncə, məsələn: zöhr namazının vaxtında, zöhrlə əsr na­mazını və məğrib namazının vaxtında, məğriblə işa na­mazını birləşdirib qılmaq olar.

Quran oxuyan qadının “səcdə” ayəsinə çatdıqda, səc­də etmək üçün baş, ayaq və qollarını örtməsi vacib de­yil. Çünki, namazdakı səcdə ilə bu səcdənin hökmü fərqlidir.

Qəsdlə buraxılan namazların qəzası qılınmır. Onun üçün yalnız tövbə etmək və gələcək namazlarda da­vamlı olmaq lazımdır.

Qadın gün batmamışdan əvvəl heyzdən təmiz­lənər­sə, əsr namazını, gecənin yarısından əvvəl heyzdən tə­mizlənərsə, işa namazını qılmalıdır.

Qadın hansı namazın vaxtında heyzdən təmiz­lənər­sə, yalnız o namazı qılmalıdır.

Qadın hər hansı bir namazın vaxtında heyz olub o namazı qılmayıbsa, təmizləndikdən sonra onun qəza­sı­nı qılmamalıdır.

Xəstəliklə əlaqədar sidiyini və s. saxlaya bilməyən şəxs dəstəmaz alıb namazını qılmalı, namaz əsnasında ondan ifraz olunan şeyə görə namazını tərk etmə­məli­dir.


Baxılıb: 17856


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”