Ana səhifə / Fiqh / Qadinlarla əlaqəli bəzi şəriət hökmləri / Orucla əlaqəli şəriət hökmləri

Orucla əlaqəli şəriət hökmləri

Orucla əlaqəli şəriət hökmləri

 

Heyz olarkən qadına oruc tutmaq haramdır.

Qadın heyz olması səbəbindən Ramazan ayında tut­madığı orucların qəzasını növbəti Ramazan ayına qə­dər tutmalıdır.

Orucu tərk edən heyzli qadın tərk etdiyi günlərin qə­zasını tutmalıdır.

Uşaq əmizdirən və ya hamilə qadın buraxdığı oruc­la­rın qəzasını başqa aylarda tutmalıdır.

Müsafirə və xəstəyə oruc tutmaq vacib deyil. Lakin sonrakı aylarda bunun qəzasını tutmalıdır.

Qəza oruclarını ardıcıl tutmaq vacib deyil.

Oruc tutan adam səfərdə cinsi əlaqəyə girə bilər.

Ramazan ayının başladığını bilməyib cinsi əlaqəyə gi­rən hər bir şəxs tutmadığı oruca görə Ramazandan sonra bir gün qəza orucunu tutmalıdır. Bilərəkdən cinsi əlaqəyə girən şəxs isə həm tövbə etməli, həm o günün əvəzinə bir gün qəza tutmalı, həm də cərimə olaraq ya altmış gün ardıcıl oruc tutmalı, ya altmış kasıbı yedirt­məli ya da bir qul azad etməlidir.

Bayram günləri oruc tutmaq haramdır.

Ramazanda bilməyərək yemək, içmək və cinsi əlaqə­yə girmək orucu pozmur.

Qusmaq orucu pozmur, lakin qəsdən özünü qusdur­maq həmin günün orucunu batil edir.

Ramazanda, cinsi əlaqədən başqa ərlə arvadın arasın­da olan, hər-hansı bir şəhvət hissi oyadan hərəkət oru­cu batil etmir. Lakin, bu halda məni ifraz olunmuşsa, oruc pozulur və bir gün qəza tutmaq vacib olur.


Baxılıb: 16772


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”