Ana səhifə / Fiqh / Qadinlarla əlaqəli bəzi şəriət hökmləri / Qadına məhrəm olanlar və onlarla əlaqəli şəriət hökmləri

Qadına məhrəm olanlar və onlarla əlaqəli şəriət hökmləri

Qadına məhrəm olanlar və onlarla əlaqəli şəriət hökmləri

 

Qadına məhrəm olan kişilər aşağıdakılardır: qadının atası, əmisi, dayısı, doğma və ögey oğlu, əri, doğma və süd qardaşı, qız və oğul nəvəsi, qardaşının və bacısının oğlu, ana və atanın dayısı və əmisi, qayınatası, kürə­kə­ni və babası.

Qadın məhrəmin yanında başı, boynu, dirsəyinə qə­dər qolları, dizinə qədər ayaqları açıq gəzə bilər. Ər üçün isə heç bir məhdudiyyət yoxdur. Uca Allah mö­minləri vəsf edərək deyir: “O kəslərdir ki, öz cinsi or­qanlarını həmişə qoruyurlar, zövcələri və sahib olduq­ları cari­yələr istisnadır. Onlar buna görə heç qı­nanmaz­lar.”1

Dar və şəffaf geyimdə məhrəmin yanında olmaq ha­ramdır.

Qadına, hicabda olsa belə naməhrəm ilə təklikdə qal­maq haramdır.

Qadın məhrəmi ilə hər hansı münasibətə görə öpüşə bilər. Amma şəhvət hissi ilə ərdən başqa hər hansı bir şəxsi öpmək haramdır.

Qadın naməhrəm kişi ilə yalnız zərurət halında da­nı­şa bilər. Digər məqsədlərlə danışmaq qadağandır.

Qadın ərindən qeyrisi ilə nazlana-nazlana danışma­malıdır. Uca Allah buyurur: “Əgər Allahdan qorxursu­nuzsa, yad kişilərlə naz­lana-nazlana danışmayın, yoxsa qəl­bində xəstəlik olan tamaha düşər. Şə­ri­ə­tə mü­vafiq qaydada danışın.”2

Ayıb yerlərini naməhrəmdən gizlətməyən qadın bö­yük günah etmiş olur. Bu halda:

  1. Hicabın vacibliyinə dəlalət edən ayə və hədisləri bildikdən sonra, hicabın vacib olduğunu inkar edən, ağlını şəriət qanunlarından üstün tutub onları bəyən­məyən qadın kafir sayılır və tövbə etməmiş ölərsə, əbə­di cəhənnəmlik olur.
  2. Hicabın vacibliyini etiraf edib, bilərəkdən onu tərk edən isə fasiq sayılır. Axirətdə bu cür qadınların halı belə ola bilər;
  • Ya Cəhənnəmdə cəzasını tam şəkildə çəkib sonra Cənnətə düşəcək;
  • Və ya Cəhənnəmə atıldıqdan sonra, cəzasını axı­ra qədər çəkməmiş oradan çıxıb Cənnətə daxil olar;
  • Yaxud da Allah onu elə ilk dəfədən bağışlayar.

Allaha asi olaraq yaradılmışlara itaət etmək olmaz. Əgər evin kişisi qadına hicab geyinməyi qadağan edər­sə, ona itaət etmək olmaz.

Naməhrəmlə əllə görüşmək haramdır. Aişə O de­mişdir: “Rəsulullahın (səlləllahu əleyhi və alə alihi və səlləm) əli qadın əlinə toxunma­mış­dır”.

Qadının naməhrəm kişiyə şəhvətlə baxması haram­dır. Uca Allah buyurur: “Mömin kişilərə de ki, ha­rama bax­ma­yıb gözlərini aşağı diksinlər və cin­siy­yət üzv­lərini zi­nadan qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xə­bərdar­dır. Mömin qadınlara da de ki, hara­ma baxma­yıb gözlə­ri­ni aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qo­ru­sunlar.”3 Peyğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm) demişdir: “Gözün zinası na­məhrəmə şəhvətlə baxmaqdır.”

Ətirlənib bayıra çıxmaq və ya evdə olanın yanında oturmaq haramdır. Peyğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm) demişdir: “Qadın məscidə getdiyi zaman ətirlənməməlidir.”

Naməhrəmə sevgi məktubları yazmaq caiz deyil.



1 əl-Muminun, 5-6.

2 əl-Əhzab, 32.

3 ən-Nur, 30-31.

 


Baxılıb: 19551


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”