Ana səhifə / Fiqh / Qadinlarla əlaqəli bəzi şəriət hökmləri / Mehrlə əlaqəli şəriət hökmləri

Mehrlə əlaqəli şəriət hökmləri

 

Mehrlə əlaqəli şəriət hökmləri

 

Kəbini kəsilən qadının mehrini vermək vacibdir. Uca Allah buyurur: “Qadınlara öz mehrlərini kö­nül xoş­lu­ğu ilə verin!”1

Mehrin miqdarını kəbin kəsilən vaxt təyin edib, iki tərəfin razılığı ilə bir müddətdən sonra da vermək olar.

Qadın mehrin müəyyən hissəsini və ya hamısını əri­nə bağışlaya bilər. Lakin, bu könül xoşluğu ilə (qadının razılığı ilə) olmazsa, ona mehrdən istifadə etmək ha­ram­dır. Uca Allah buyurur: “Qadınlara öz mehrlərini kö­nül xoş­luğu ilə verin! Əgər onlar öz xoşları ilə bun­dan sizə bir pay versələr, onu nuş­can­lıqla və ha­lallıqla ye­yin!”2

Qadın istədiyi qədər mehr tələb edə bilər. Lakin, lap çox istəmək bəyənilmir.

Mehri verilən qadını, onunla cinsi əlaqəyə girməzdən qabaq boşadıqda, verilən mehrin yarısını geri götür­mək caizdir. İkinci yarısı isə qadının haqqıdır. Lakin is­təsə öz haqqını belə (yəni, ikinci yarısını) ona qaytara bilər.

Kəbin kəsildikdən sonra qızla təklikdə söhbət etmək olar.

Nişanlanmamışdan əvvəl oğlanın elçi göndərmək is­tədiyi qızı görməməsi sonradan boşanmaya səbəb ola bilər. Əbu Hureyrənin rəvayət etdiyi hədisdə: “Bir kişi nişanlandığını peyğəmbərə (səlləllahu əleyhi və alə alihi və səlləm) xəbər verir. Peyğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm) ondan: “Sən nişanlına baxdınmı?” – deyə soruşur. O deyir: “Yox, baxmadım”. Peyğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm) ona əmr edərək deyir: “Get nişanlına bax!”3

Nişan üzüyünə aid heç bir dəlil yoxdur.

Peyğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm) kişinin nişanlı qıza elçi göndərməsini qadağan edib demişdir: “Sizdən biriniz müsəlman qar­daşının nişanlısına elçi göndərməsin”. Bu əməli edib qızla evlənən kəs günah qazanmış olsa da, kəsdiyi kə­bin qanuni sayılır. Buna görə də müsəlman bacılarıma nəsihət edirəm ki, elçi gələnlərə razılıq verməzdən öncə ata, qardaş və başqa məhrəmləri ilə məsləhətləşsinlər. Peyğəmbərin (səlləllahu əleyhi və alə alihi və səlləm) zamanında Qeysin qızı Fatiməyə O iki nəfər elçi gəlir. O gəlib Peyğəmbərdən (səlləllahu əleyhi və alə alihi və səlləm) məsləhət istədikdə peyğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm) onlardan birinin xəsis, digə­ri­nin isə arvad döyən olduğunu ona xəbər verir. Sonra isə o qadına Usaməyə (radiyallahu anhu) ərə getməyi məsləhət görür.

Qıza atasının izni  olmadan ərə getmək olmaz. Ata isə qızını zorla onun istəmədiyi oğlana verməməlidir.

Qadının vəlisi olmadığı təqdirdə qazı onun vəlisi ola bilər.

Vəli yalnız qadının ata tərəfindən olmalıdır.

Yetim qızın icazəsi olmadan, onu ərə vermək olmaz.

Qızı zorla ərə vermək haramdır. Bu cür kəsilən kəbin isə batildir. Buna bilərəkdən şahidlik edənlər və qızın vəlisi günah qazanmış olur.

Məhkəmə zorla ərə verilmiş qadını ərindən boşatdıra bilər.

Qadın, ona elçi göndərənin dindar (müsəlman) və əx­laqlı olduğunu dəqiqləşdirməlidir. Əxlaqlı müsəlman kasıb olsa belə, əxlaqsız varlıdan daha xeyirlidir.

Qadın istəmədiyi adamın elçisini qaytardığına görə günah qazanmır.

Qohuma və ya qeyrisinə ərə getməkdə məhdudiyyət yoxdur. Belə ki, Əli ibn Əbu Talibin həyat yoldaşı öz qohumu - əmisi nəvəsi idi.



1 ən-Nisa, 4.

2 ən-Nisa, 4.

3 Muslim.

 

 


Baxılıb: 16755


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”