Ana səhifə / Fiqh / Qadinlarla əlaqəli bəzi şəriət hökmləri / Aşağıdakı hallarda cinsi əlaqəyə girmək haramdır

Aşağıdakı hallarda cinsi əlaqəyə girmək haramdır

Aşağıdakı hallarda cinsi əlaqəyə girmək haramdır

 

  • Ramazan orucunu tutduqda;
  • Etikafda olduqda;
  • Həcc və ümrə ziyarəti üçün ehrama daxil olduq­da;
  • Heyz və nifas hallarında;
  • Cinsi əlaqəyə girməməyə and içdikdə;
  • Müvəqqəti nikahla. Uca Allah buyurub: “O kəs­lərdir ki, öz cinsi or­qanlarını həmişə qoruyurlar, zöv­cə­ləri və sahib olduq­ları cari­yələr istisnadır. Onlar buna görə heç qı­nanmazlar. Bundan artığına can atan­larsa həd­di aşanlardır.”1 İmam Əli (radiyallahu anhu) rəvayət edir ki, Pey­ğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm) Xeybər günü müvəqqəti nikaha girməyi və ev eşşəyinin ətini yeməyi haram buyurdu.
  • Bir yataqda iki arvadla cinsi əlaqəyə girmək;
  • Boşanmaq niyyəti ilə evləndikdə (yəni kəbin kə­sildikdə, nə zaman boşanacağına niyyət edərsə). Pey­ğəmbərimiz (səlləllahu əleyhi və alə alihi və səlləm) buyurub ki: “Bizi aldadan bizdən de­yil­dir”. Həm də heç bir kişi öz bacısının, qızının və başqa əzizlərinin bir müddət oynadılıb sonra atılmasına razı olmaz. Hətta qız əvvəlcədən oğlanın bu pis niyyətini bilsə, ona ərə getməyə razılıq verməməlidir.

Qadın zərurət halında cinsi əlaqədən imtina edə bi­lər. Səbəbsiz ərinə imtina edən qadın günah qazanmış olur.

Hamilə qadının cinsi əlaqəyə girməsi caizdir.

Qadına cinsi əlaqədə taqəti çatmadığı şeyi əmr etmək olmaz.

Qadın ərinin bədəninin istədiyi yerinə baxa bilər. Bu­nun üçün heç bir məhdudiyyət yoxdur.

Qadınla arxadan (anusdan) cinsi əlaqəyə girmək ha­ramdır.

Ər öz qadınından dörd aydan artıq ayrı qalma­malı­dır.

Qadının ərinə səbəbsiz olaraq yalan danışması ha­ramdır.

Dünya malına görə həyat yoldaşı ilə pis rəftar etmək olmaz.

Qadının hər hansı səbəbə görə ərinə lənət etməsi ha­ramdır.

Müsəlman qadını qeyri müsəlmana ərə vermək ha­ram, kəsilən kəbin isə batildir.

Zinakarla evlənmək və ya zinakara ərə getmək ha­ramdır. Lakin tövbə etdikdən sonra bunu etmək olar.

Qadın ərinə asi olduqda, əri ona nəsihət verməlidir. Nəsihət qəbul etməzsə, səhvini düzəldənə qədər qadını (yatağını ayırmaqla) tərk etməlidir.

Valideyn övladının evlənməsinə mane olarsa günah qazanmış olar. Bu halda valideynə itaət etmək olmaz.

Əri itkin düşmüş qadın bir müddət gözlədikdən son­ra ərinin qayıtmayacağını yəqinləşdirib ərə getsə, heç bir günah qazanmaz.



1 əl-Muminun, 5-7.

 


Baxılıb: 20073


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”