Ana səhifə / Fiqh / Qadinlarla əlaqəli bəzi şəriət hökmləri / Talaq ilə əlaqəli şəriət hökmləri

Talaq ilə əlaqəli şəriət hökmləri

Talaq ilə əlaqəli şəriət hökmləri

­

Səbəbsiz olaraq boşamaq və ya boşanmaq haramdır.

Qadın bilməlidir ki, ərinin onu boşamayıb islah et­mə­si, onun üçün daha xeyirlidir. Qadın Allaha, Onun rə­suluna və ərinə (Allah və rəsuluna asi olmayan əmr­lər­də) itaət etməzsə, əri onu islah etməlidir.

Qadını necə islah etməyi Uca Allah Quranda buyu­rub: “Özba­şı­na­lıq etmələ­rindən qorx­duğunuz qa­dın­la­ra nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol ax­tar­mayın. Həqiqətən, Allah Ucadır, Bö­yükdür.”1“Yataqda onları tərk edin” – yəni, onlarla bir yerdə ya­tıb, cinsi əlaqəyə girməyin, onları əzizləməyin. “Dö­yün” – yəni, üzə vurmamaq və vurulan yerləri sındır­mamaq, əzməmək şərti ilə döymək. Bunun da faydası olmadıqda, qadın və kişi tərəfdən iki nəfər, onların bir-birinə olan münasibətlərini islah etmək üçün seçil­məli­dir. Uca Allah buyurur: “Əgər ər-arvad arasında ix­tilaf ola­cağından qorxsanız, onda kişinin ailə­sin­dən bir ha­kim və qadının ailəsindən bir hakim gön­dərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları ba­rış­dı­rar. Həqiqətən, Allah Biləndir, hər şeydən Xə­bərdardır.”2 Bunun da bir faydası olmasa onların boşanması, bir-bi­rinə nifrət edərək bir yerdə yaşamaqlarından daha xe­yirlidir.

Qadının boşanmasının caiz olmadığı hallar:

  • Heyz və nifas olduqda;
  • Boşayan kişinin ağlı başında olmadıqda (içkili, nəşəli, hirsli və s. hallarda).

Qadına “səni boşadım” deyən kişi, boşanma müddəti tamam olmazdan əvvəl onunla cinsi əlaqəyə girərsə, talaq batil olur.

Boşanmış qadının gözləmə müddəti haqqında Uca Allah buyurur : “Boşanmış qadınlar üç heyz müd­dəti gözləməlidirlər.”3 Yəni, əri ona heyz və nifas olmadığı halda “səni boşadım” dedikdən sonra, iki dəfə heyz olub ondan təmizlənənə qədər gözləməlidir. (Hər dəfə heyzdən təmizləndikdə əri ona “səni boşadım” demə­li­dir).

Boşanmanın səbəbləri aşağıdakılar ola bilər:

  • Ərlə arvadın arasında olan məhəbbətin azalması;
  • Cinsi əlaqədə birinin o birisini qane etməməsi;
  • Qadının ərinə itaət etməməsi;
  • Qadının əri ilə kobud rəftar etməsi;
  • Ərin qadına zülm və insafsızlıq etməsi və onunla kobud rəftar etməsi;

Nikahın hökmü aşağıdakı hallarda ləğv edilə bilər:

  • Talaq vermək;
  • Ər və ya arvadın kafir olması;
  • Ər və ya arvadın ölməsi;
  • Uzunmüddətli səfərdə olan kişi bilərəkdən evinə qayıtmırsa;
  • Ər və ya arvad itkin düşmüşsə;

Valideynin övladına “arvadını boşa” deməsi iki hal­da ola bilər:

  • Qadının kafir və ya fasiq yaxud da zinakar ol­du­ğuna görədirsə, valideynə itaət edib arvadı boşamaq vacibdir;
  • Dünyəvi səbəblərə görə isə qadını boşamaq vacib deyil;

Qadın ərinin ona verdiyi mehri qaytarıb, ərindən bo­şanmasını tələb edə bilər. Bu halda valideynlərin razı­lı­ğı şərt deyil.

Kişi arvadı ilə yaxınlıq etməyi nəfsinə haram etmişsə, etdiyi bu günahın kəffarəsini verməyincə arvadı ilə ya­xınlıq etməsi haramdır. Kişinin etdiyi bu əməl zihar ad­lanır. Onun kəffarəsi barədə Uca Allah Quranda buyu­rub: “Qadınlarını anaya bənzə­dərək özlə­rinə haram edib, sonra sözlə­rini geri gö­türənlər onlarla yaxınlıq etməz­dən əv­vəl bir kölə azad et­məlidirlər. Bu sizə verilən öyüd-nəsi­hət­dir. Allah nə et­diklərinizdən xəbərdardır. Buna imkan tapa bilmə­yən kəs, qa­dını ilə yaxınlıq et­məzdən əv­vəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çat­ma­yan kim­sə altmış yoxsulu ye­dirt­mə­lidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətir­mə­niz üçündür. Bunlar Alla­hın hü­dud­la­rı­dır. Kafirləri isə sarsı­dıcı bir əzab gözləyir.”4

Zihar talaqdan sayılmır. Çünki talaq etmiş kişi qadını ilə cinsi əlaqəyə girmək üçün yenidən kəbin kəsməlidir. Lakin, zihar etmiş kişi yuxarıdakı ayədə qeyd olunmuş üç şeydən birini etdikdən sonra qadını ilə cinsi əlaqəyə girə bilər.

Qadın əri ilə yaxınlıq etməyi nəfsinə haram etmişsə, etdiyi günahın kəffarəsini bir qul azad etmək və ya on kasıb yedirtmək və ya üç gün ardıcıl oruc tutmaqla ver­məlidir. Lakin əri istədiyi vaxt (qadın etdiyi işin mü­qa­bilində kəffarə verdikdən əvvəl və ya sonra) onunla cinsi əlaqəyə girə bilər. Çünki ayə yalnız kişilər üçün nazil olub.



1 ən-Nisa, 34.

2 ən-Nisa, 35.

3 əl-Bəqərə, 228.

4 əl-Mucadilə, 3-4.

 


Baxılıb: 18966


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”