Ana səhifə / Fiqh / Qadinlarla əlaqəli bəzi şəriət hökmləri / Övladlığa götürmə barəsində

Övladlığa götürmə barəsində

 

Övladlığa götürmə barəsində

 

Oğulluğa və ya qızlığa götürülmüş uşağı atasından başqa heç kəsə mənsub etmək olmaz. Peyğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm) Zeyd ibn Harisi oğulluğa götürmüşdü. Buna görə də ona Zeyd ibn Muhəmməd deyirdilər. Sonra Uca Allah bunu qadağan etdi: “Muhəmməd aranızdakı kişilər­dən heç birinin atası de­yildir.”1

Kişi və ya qadın vəfat etdikdə, mal-dövlətinin üçdən bir hissəsini və ya ondan azını oğulluğa və ya qızlığa götürdüyü uşağa hədiyyə verə bilər.

Oğulluğa və qızlığa götürülmüş uşaq, vəlisi vəfat et­dikdən sonra onun mal-dövlətinə varis ola bilməz.

Uşaq varislərdəndirsə ölənin mirasından ona da dü­şür.

Kişi oğulluğa götürdüyü uşağın arvadı ilə, yalnız oğulluğu onu boşadıqdan sonra evlənə bilər. Zeyd ibn Haris arvadı Zeynəbi boşadıqdan sonra Peyğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm) onunla evlənmişdir: “Zeyd zövcəsini boşadıqda səni onun­la evləndirdik ki, oğul­luq­ları övrətlərini bo­şadıqları za­man o qadınlarla evlən­mək­də möminlərə heç bir sıxıntı ol­masın. Allahın əmri mütləq ye­rinə yetəcəkdir.”2

Kişiyə doğma oğlunun boşadığı arvadı alması ha­ramdır. Uca Allah buyurur: “Sizə... öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək... haram edildi.”3

Yalnız aşağıdakı hallarda hər hansı şəxsi atasından qeyrisinə mənsub etmək olar:

  • Əzizləmək məqsədilə kiməsə “oğlum” deyə mü­raciət etmək olar.
  • Məcburiyyət qarşısında.

Atası məlum olmayan uşaq anasına mənsub olun­malıdır.



1 əl-Əhzab, 40.

2 əl-Əhzab, 37.

3 ən-Nisa, 23.

 


Baxılıb: 16258


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”