Ana səhifə / Fiqh / Qadinlarla əlaqəli bəzi şəriət hökmləri / Valideynlərə qayğı barəsində

Valideynlərə qayğı barəsində

Valideynlərə qayğı barəsində

 

Uca Allah buyurur: “Rəbbin yalnız Ona iba­dət etmə­yi və ata-ana ilə yaxşı dav­ran­mağı buyur­muşdur. Əgər onların biri və ya hər iki­si sə­nin yanında qocalıq yaşına do­larsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqır­ma və on­lara xoş söz söylə!”1

Övlad anaya daha çox qayğı göstərməlidir. Əbu Hu­reyra (radiyallahu anhu) rəvayət edir ki, bir nəfər Peyğəmbərdən (səlləllahu əleyhi və alə alihi və səlləm) soruşdu­: “Ey Allahın elçisi! Mən kimə qayğı gös­tər­mə­liyəm?” O dedi: “Anana!” Yenə soruşdular: “Sonra ki­mə?” O dedi: “Ana­na!” Bir də soruşdular: “Sonra ki­mə?” O dedi: “Anana!” (Dördüncü dəfə): “Sonra ki­mə?” - dedikdə, o: “Atana!” - dedi.

Qadın əri ilə onun valideynləri və ya əri ilə qar­da­şı­nın valideynləri arasında olan anlaşılmazlıqlarda, yal­nız haqqın tərəfini tutmalıdır.

İnsan hər hansı bir şəxsə nifrət etdiyinə görə, ona qar­şı ədalətsizlik etməməlidir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoru­yan şahid­lər olun. Hər han­sı bir camaata qarşı olan kin-küdurət sizi əda­lət­sizliyə sövq etmə­sin. Əda­lətli olun! Bu, təqvaya daha yaxındır. Allah­dan qorxun! Şüb­həsiz ki, Allah nə etdik­ləriniz­dən xəbərdardır.”2

Qadın həm öz valideynlərinə, həm də ərinin vali­deynlərinə şəriətə müxalif olmayan şeylərdə itaət etmə­lidir.

Qadını dünyəvi işlərdə bacarmadığı şeyi etməyə məcbur etmək zülmdür. Zülm etmək isə haramdır. Uca Allah qüdsi hədisdə buyurur: “Ey qullarım! Mən zül­mü nəfsimə haram etdim və sizin də aranızda onu (bir-birinizə zülm etməyi) haram etdim. Bir-birinizə zülm etməyin...”

Valideynlər vəfat etdikdən sonra tərk etdiyi saleh öv­ladın etdiyi yaxşı əməllərin savabından onlara da yazı­lır.

Ata öz övladına anaya qarşı pis münasibət bəsləməyi əmr etsə, övlad buna itaət etməməlidir.

Qohumluq əlaqələrini kəsmək haramdır. Buna görə də kişinin arvadına qohumluq əlaqələrini kəsməyi əmr etməsi haramdır. Yalnız zərurət halında bunu etmək olar.

Valideynlər Allaha asi olsalar, onları hikmətlə başa salmaq lazımdır. Düz yola gəlməkdən boyun qaçır­sa­lar, onlara qəzəblənmək və nifrət etmək olmaz. Çünki hidayət Allahın Əlindədir. Uca Allah buyurur: “Şübhə­siz ki, sən istədi­yini doğru yola yönəldə bil­məz­sən. Am­ma Allah istədi­yini doğru yola yönəldir. O, doğ­ru yol­da olanları da daha yaxşı tanıyır.”3

Lakin bununla belə onlar üçün dua etmək lazımdır ki, Allah onlara hidayət versin. Əbu Hureyra (radiyallahu anhu) ba­şı­na gələn əhvalatı hekayət edərək deyir: “Mən anamı İs­lam dininə dəvət edirdim. O, isə bunu inkar edirdi. Bir gün yenə dəvət etdikdə, anam Peyğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm) haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərin (səlləllahu əleyhi və alə alihi və səlləm) yanına gedib başıma gələnləri ona danışdım. Sonra da ondan: “Ey Allahın elçisi! Allaha dua et ki, Əbu Hu­rey­ranın anasını doğru yola yönəltsin” deyə xahiş etdim. O, dua edib dedi: “Allahım! Əbu Hureyranın anasına hidayət ver!” Peyğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm) dua edəndən sonra mən se­vincək evə qayıtdım. Qapıya çatanda anam mənə: “Ye­rində dur, ey Əbu Hureyra!” - dedi. Anam qüsl edib paltarını geyindikdən sonra bayıra çıxdı və üzünü mə­nə tutub dedi: “Əşhədu ən lə ilahə illəllah və əşhədu ənnə Muhəmmədən Rəsulullah”. Mən bu dəfə sevin­cimdən ağlayaraq Peyğəmbərin (səlləllahu əleyhi və alə alihi və səlləm) yanına gəlib ona de­dim: “Ey Allahın elçisi! Uca Allah sənin duanı qəbul et­di və Əbu Hureyranın anasına hidayət  verdi.”



1 əl-İsra, 23.

2 əl-Maidə, 8.

3 əl-Qəsəs, 56.

 


Baxılıb: 17089


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”