Ana səhifə / Fiqh / Namazın təlimi / MÜQƏDDİMƏ

MÜQƏDDİMƏ

MÜQƏDDİMƏ

 

Şükr və tərif Allaha məxsusdur, biz Ona şükr edirik, Onu tə­rif edi­rik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyi­rik, nəfslərimizin şə­rindən və pis əməllərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdı­ran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Mən şa­hidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan mə­bud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Mu­həm­məd Onun qulu və elçisidir.

“Ey iman gətirənlər! Allah­dan Ona layiq olan tərzdə qor­xun və ancaq mü­səlman oldu­ğunuz halda ölün!”1

“Ey insanlar! Sizi tək bir can­dan xəlq edən, onun özün­dən zöv­cəsini ya­radan və on­lardan da bir çox kişi və qa­dın törədib yer üzünə yayan Rəb­biniz­dən qorxun! Adı ilə bir-birinizdən cür­bəcür şeylər istə­diyiniz Allahdan və qo­humluq əlaqələri­ni kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.”2

“Ey iman gətirənlər! Allah­dan qor­xun və doğru söz da­nışın ki, O, sizin əməllərinizi islah et­sin və gü­nahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qa­zanar.”3

İslam öz gəlişi ilə insanlara hürriyət və xoşbəxtlik bəxş edən, onları kor-koranə həyat tərzindən uzaqlaşdıran, cəhalətin insan təbiəti üçün tamamilə yararsız bir hal olduğunu göstərən və bundan yaxa qurtar­ma­ğı isə Adəm övladından qəti şəkildə tələb edən, yaradılan canlıla­rın ən üs­tü­nü olan şüurlu varlıq üçün ən gözəl və əvəzedilməz məişət qaydaları müəyyən edən, öz prinsipləri ilə insanda ən çıxılmaz və dözülməz şə­ra­it­də belə düşdüyü vəziyyətdən çıxış yolu tapa biləcəyi­nə inam yaradan, bir dindir. İlk baxışda yuxarıda sadaladığımız və sadalamadığımız bu müs­bət keyfiyyətlərin insanın qısa vaxtda özün­də formalaşdıra biləcəyi ağı­la sığılmaz görünsə də bu saf və hər cür təhrifdən uzaq dinin ərkan və sütunları ilə tanış olduqda bunun hə­qi­qətən mümkünlü­yünə şübhə ye­ri qalmır. Bir halda ki, səadət bu qay­dalara riayət etməkdirsə onda ilk öncə bu qaydaları öyrənməyimiz, bilməyimiz kimi zərurət meydana çı­xır. Elə bu səbəbdən də soydaş­la­rımızı bu sahədə marifləndirməyi qar­şımıza məqsəd qoymuşuq. Də­yərli oxucularımıza təqdim etdiyimiz bu risalə aləmlərin Rəbbi olan Uca Allahın vacib buyurduğu, dinimizin ikinci əsası haqqındadır. Bu əsasın tələblərinə riayət etmək bütün sıxıntı, üzüntü, çətinlik və prob­lemlərin mövcud olmasına baxmayaraq fərz edilmişdir. Təbii ki, söh­bətimiz namaz və onunla birbaşa bağlı olan təharət (paklanmaq) haqqında olacaqdır. Namaz barəsində Uca Allah belə buyurur:

 

“Hə­qi­qətən, na­maz çirkin və yara­maz işlərdən çəkindirir.”4

İnanırıq ki, bir çox soydaşlarımız bu ayə barəsində müəyyən bil­gi­lə­rə malikdirlər. Lakin biz, ona da inanırıq ki, təəssüflər olsun, bunu unu­dan­larımız da çoxdur. İnsanların bu qədər unutqan olduğunu əzəli elmi ilə bilən Rəbbimiz Adəm övladlarına Öz kitabı vasitəsilə daim bildiyi mə­sələləri belə yenidən təkrarlamağı və xatırlamağı  tövsiyyə edib bu­yu­rur:

“Sən xatırlat! Çünki xatır­latmaq möminlərə fayda verir.”5

Bu kitabı yazmaqda digər bir məqsədimiz də namaz və təharətlə bağ­lı mövcud olan fikir müxtəlifliyi və anlaşılmazlıqlara son qoy­maq­dır. Çünki hamımıza məlumdur ki, dinimizdən zorla ayrı salındı­ğı­mız il­lərdə şəriətin digər məsələlərində olduğu kimi, İslamın bu ər­ka­nına da bə­zi bidətlər (əlavələr, yeniliklər) edilmiş, bəzi hallarda isə ümumiyyətlə peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) sünnəsinə aid məsələlər əskildil­mişdir. Lakin çoxları bu ye­­nilik və əskiklərin fonunda namazın və ya dəstamazın batil olaca­ğın­dan xəbərsiz­dilər. Ümumiyyətlə hər bir müsəlman bilməlidir ki, dinlə bağ­lı hər hansı bir əməl yerinə yeti­ril­dikdə bu əməlin Allah tərəfindən qə­­bul olunması üçün iki hal mövcud olmalıdır:

Birincisi bu əməl heç bir kənar niyyətlə deyil, sırf ixlasla Allah ri­za­sı­nı qazanmaq üçün (yalnız Ondan qorxmaqla, Onu hər şeydən çox sev­məklə və Onun rəhmətinə ümid bəsləməklə) olmalı, ikincisi isə bu əməl məhz Peyğəm­bərimizin (sallallahu aleyhi və səlləm)  etdiyi kimi (sünnəsinə uyğyn olaraq) olmalıdır. Bu iki şərtdən birinin olmaması həmin ibadəti (namazı, dəstamazı, orucu, zəkatı və s.) batil edir. Elə bu səbəbdən də biz bu məsələ ətrafında möv­cud fikir ayrılığına son qoymaq üçün risa­lə­mizi yalnız və yalnız Quran ayələri və səhih istinadlı hədislər əsasında yaz­mışıq. Bu kitabda qeyd olunanlar fiqhi məsələlər olduğu üçün çalış­mışıq ki, islam alimlərinin rəylərini də nəzərə alaraq Quran və mö­tə­bər hədislərin dəstəklədiyi hökm­ləri burada əks etdirək. Ancaq adət­dir ki, hər bir əsər yazılandan son­ra, "bunu artırsaydı daha yaxşı olar­dı", "bunu yazmasaydı daha gö­zəl olardı" deyənlər çox olar. Şübhəsiz ki bu, insan əməyinin bəhrəsidir. Bu tərcümənin nöqsanlardan və xə­ta­lar­dan xali olmadığı üçün, bu ba­rə­də qeyd və mülahizələrini bil­di­rəcək oxu­culara əvvəlcədən təşəkkür edi­rik. Onların dəyərli məsləhət­ləri bu kitabın gələcək nəşrlərində nə­zə­rə alınacaqdır. Kamillik təkcə Allaha məx­susdur, məsum olan isə in­san­la­rın ən şərəflisi  Muhəmməd peyğəm­bərdir (sallallahu aleyhi və səlləm).

     Uca Allahdan hər bir əməlimizin ixlasla yalnız Onun üçün edil­mə­si­ni və Onun Peyğəmbərinin (sallallahu aleyhi və səlləm) yolunda olmasını di­lə­yirik! Oxucu­la­rı­mıza bu yolda uğurlar, xeyir və bərəkət arzulayırıq. Unut­mayaq ki, biz yalnız Allah üçün yaşayırıq və sonda Ona da dö­nə­cə­yik. O, hər şeyin hesabını tez çəkəndir!      



1 «Ali-İmran» surəsi, 102.

2 «ən-Nisa» surəsi, 1.

3 «əl-Əhzab» surəsi, 70-71.

4 «əl-Ənkəbut» surəsi, 45.

5 «əz-Zariyat» surəsi, 55.

 


Baxılıb: 16126


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”