Ana səhifə / Fiqh / Namazın təlimi / Subaşına çıxmağın ədəbləri

Subaşına çıxmağın ədəbləri

Subaşına çıxmağın ədəbləri

 

1. Subaşına çıxan şəxs elə yer seçməlidir ki, insanlar onun nə özü­nü görə bilsinlər, nə orqanizmdən qazburaxma zamanı ehtimal olu­nan səsi eşitsinlər, nə də ifrazatın və qazın iyini duya bilsinlər;

2. Ayaqyoluna daxil olarkən aşağıdakı duanı oxumaq müstəhəbdır (bəyənilir);

«Allahummə inni əuzu bikə minəl-xubsi vəl-xəbais» Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığını­ram!

3. Ayaqyolundakı adam heç nə danışmamalı, salam verib-almama­lı, zə­rurət olmadan çağırana cavab verməməlidir;

4. Subaşına çıxan şəxs qibləyə təzim etmək, onun ehtiramını göz­lə­mək naminə üzünü və ya arxasını qibləyə çevirməməlidir;

5. Subaşına çıxan şəxs bədəninə nəcis və sidik dəymə­sindən özünü göz­­ləməlidir;

6. Subaşına çıxan şəxs insanların gedib-gəlmək üçün istifadə et­dik­lə­ri yollardan və istirahət etmək üçün nəzərdə tutulan yerlərdən kəna­ra çə­kil­məlidir;

7. Subaşına çıxan şəxs axmayan durğun sulara, özünün çimdiyi su­yun içinə nəcis və ya sidik salmamalıdır;

8. Sidik ifraz etdikdə ayaq üstə durmaq bəyənilmir. Subaşına çıxan şəxs yalnız iki şərtlə bunu edə bilər;

a) Sidiyin paltarına və ya bədəninə sıçramayacağına əmin olduqda;

b) Başqalarının onun ayıb yerlərini görməyəcəyinə əmin olduqda.

9. Hər iki ifrazat üzvünün çıxışı su (tapılmadıqda isə daş və s.) ilə1 təmizlənməlidir;

10. Ayaqyolunda sol əl ilə təmizlənmək lazımdır;

11. Ayaqyolundan çıxdıqda aşağıdakı duanı oxumaq müstəhəbdır (bə­yənilir);

«Ğufranəkə» - (Allahım!) Məni bağışla!

12. Ayaqyoluna sol ayaqla daxil olmaq və sağ ayaqla çıxmaq müs­tə­həb­dır (bəyənilir).



1 Təmizləyici ehtiram olunan (Quran ayəsi, hədis, şəkil və s.) əşyalar, qida məhsulu, peyin, sümük və bu kimi vasitələrdən olmamalıdır.

 


Baxılıb: 16406


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”