Ana səhifə / Fiqh / Namazın təlimi / Dəstəmaz almağın qaydası

Dəstəmaz almağın qaydası

 

Dəstəmaz almağın qaydası

 

Dəstəmaz alan şəxs ürəyində dəstəmaz üçün niyyət edib dəstəmaz almaq istədiyini fikrindən keçirməli, bunu dillə deməməlidir. Çünki Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) nə dəstəmaz alandan, nə namaz qılandan, nə də hər han­sı başqa bir ibadətdən qabaq niyyət edərkən niyyətini dillə de­məmişdir. Allahın adını çəkib, yəni (bis­mil­ləh) deyib əlləri üç dəfə yumaq (şəkil 1). Sonra üç dəfə ağızı yaxala­maqla burnuna su çəkib qaytarmaq (şəkil 2-3) və üzünü üç dəfə bir qu­la­ğından o bi­ri­nə­dək eninə və başının tüklü yerindən başlamış çənənin (və ya saqqalın) aşa­ğısı­na­­dək uzununa yumaq (şəkil 4).1 Sonra hər iki qolunu üç dəfə bar­maq­la­rın ucundan dirsəklərə qədər (dirsəklər də da­xil olmaqla) sağ qoldan baş­la­maq şərtilə yumaq (şəkil 5). Sonra yaş əllərlə başa məsh etmək. Yəni əlləri is­la­dıb ba­­şın qabaq hissəsindən (alı­nın sonundan) arxa­sınadək (boyunadək) çək­­mək, sonra başladığı yerə qaytarmaq (şəkil 6). Sonra şəhadət barmaq­larını qu­­laqların deşiklərinə salıb baş barmaqları qulaqların arxasına çəkməklə qu­laqlara məsh etmək (şəkil 7). Sonra ayaqları üç dəfə barmaqların ucundan to­puq­lara qədər (topuqlar da daxil olmaqla), əvvəl sağ, sonra sol ayağı yu­maq (şəkil 8). Ayaqları yuyarkən barmaqların arası yuyulmalı və topuğun alt na­hi­yəsinə suyun çatmasına diqqət yetirilməlidir. Dəstəmaz alıb qurtar­dıq­dan sonra aşağıdakı duanı oxumaq.

«Əşhədu ən lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən ab­duhu və Rasuluhu. Allahumməc'alni minət-təvvabinə vəc'alni minəl-mutətahhirin!»

Duanın tərcüməsi: Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yox­dur, O təkdir, Onun şəri­ki yoxdur və şahid­lik edirəm ki, Muhəm­məd Onun qulu və elçi­si­dir! Allahım! Məni tövbə edənlərdən et! Və məni təmiz­lənənlərdən et!




1 Ağız, burun və üzün yuyulmasında ardıcıllıq vacib deyildir.

 


Baxılıb: 16681


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”