Ana səhifə / Fiqh / Namazın təlimi / Namazda bəyənilməyən əməllər (məkruhlar)

Namazda bəyənilməyən əməllər (məkruhlar)

Namazda bəyənilməyən əməllər (məkruhlar)

 

1. Yuxarı baxmaq;

2. Səbəbsiz yerə başı döndərmək;

3. Namazdan yayındıran şeylərə baxmaq;

4. Əlləri belə qoymaq;

5. Səcdədə dirsəkləri yerə qoymaq;

6. Gözləri yummaq;

7. Səbəbsiz yerə namazı batil etməyən artıq hərəkətlər etmək (qa­şın­maq, tərpənmək və s.);

8. Ortalığa yemək qoyulduğu zaman;

9. Eyni rək'ətdə Fatihəni təkrar oxumaq;

10. Sidiyi, havanı və s. zorla saxlayaraq ayaqyoluna getməmək.

11. Namazdan qabaq pencəyin və ya köynəyin qollarını çırma­la­maq;

12. Çiyni açıq namaz qılmaq;

13. Üzərində müxtəlif heyvan, quş, insan və s. şəkli olan paltarda, ha­belə bu növ şəkillərin qarşısında və ya üstündə namaz qılmaq;

14. Namaz qılanın qabağında sütrənin1 olmaması;

15. Niyyəti ürəkdə deyil, dillə ifadə etmək;

16. Rükuda olarkən belin və qolların düz olmaması;

17. Sıraların tam şəkildə düzəldilməməsi, namaz qılanlar arasında boş­luğun olması;

18. Səcdə zamanı başla dizlər, həmçinin dirsəklərlə bel arasında məsafə (boş­luq) qoymamaq.

19. Camaat namazında imamdan qabaq hərəkət etmək.

20. Rüku və səcdədə Quran oxumaq.

21. Məsciddə yer seçib daima yalnız o yerdə namaz qılmaq.



1 Təqribən dirsək hündürlüyündə olan ağac və ya ona bənzər əşyanın qoyulması.

 


Baxılıb: 16505


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”