Ana səhifə / Fiqh / Namazın təlimi / Namaz qılmağın qaydası

Namaz qılmağın qaydası

Namaz qılmağın qaydası

 

Namaz qılan şəxs heç bir dönmə və fırlanma hərəkətinə yol ver­mə­dən bütün bədəni ilə Qibləyə (Məkkə şəhərindəki müqəddəs Kəbəyə tə­rəf) üz tutmalıdır. Sonra hansı namazı qılmaq niyyətində olduğunu ürə­yin­dən keçirməlidir. Sonra “Allahu Əkbər” deyib əllərini çiyinləri və ya qu­laqları səviyyəsinə qaldırmalıdır (şəkil 1). Buna ihram təkbiri deyilir. Sonra sağ əlinin ovcunu sol əlinin üstünə qoymaq şərtilə əl­lə­rini sinəsinə qoy­malıdır (şəkil 2). Buna qiyam deyilir. Sonra başlan­ğıc (is­tif­tah) adlanan duanı oxumalıdır: «Subhanəkə Allahummə və bi­həmdi­kə və təbarəkəs-mukə və təalə cəddukə və lə ilahə ğayrukə».[1]

Duanın tərcüməsi: Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmə­tin ucadır. Səndən başqa məbud yoxdur!

Sonra «Əuzu billəhi minəş-şeytanir-racim» deməlidir:

Duanın tərcüməsi: Lənətlənmiş şeytandan Allaha sığınıram.

Sonra əl-Fatihə surəsini oxumalıdır: «Bismilləhir-rəhmanir-ra­him. Əlhəmdu lilləhi rabbil-aləmin. Ərrəhmanir-rahim. Maliki yaumid­din. İyyakə nə'budu iyyakə nəstəin. İhdinəs-sıratal-mustəqim. Sı­­ra­tal-ləzinə ən'amtə aleyhim, ğeyril-məğdubi aley­him vələddallin».

Surənin tərcüməsi: Mərhəmətli və Rəhmli Alla­­hın adı ilə! Həmd olsun aləmlərin Rəbbi Allaha, Mərhəmətli və Rəhmliyə, Haqq-he­sab gününün Hökm­da­rına! Biz yalnız Sənə ibadət edir və yalnız Sən­dən kömək dilə­yirik. Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxs­lə­rin yolu­na, qəzəbə uğramış­la­rın və az­mışların yoluna deyil!

Sonra Amin deməlidir: tərcüməsi - İlahi qəbul et!

Sonra Qurandan bildiyini (istədiyi qədər) oxumalıdır. Sonra rüku etməli (şəkil 3), yəni Allaha təzim edərək belini əyməli, belini əyərkən «Allahu Əkbər» deməli və əllərini çiyinləri səviyyəsinə qaldırmalı­dır. Yaxşı olar ki, belini çanaqdan düz əyib başını qabağa düz tutsun və əl­lərini diz­lə­ri­nin üstünə barmaqları bir-birindən aralı olmaq şərtilə qoysun. Rüku və­ziyyətində olarkən üç dəfə «Subhanə rabbiyəl-azim» deməlidir.

Duanın tərcüməsi: Böyük Rəbbim pak və müqəddəsdir! Bunları da əlavə etmək müstəhəbdir: «Subhanəkə Allahummə Rabbənə və bi­hamdikə, Alla­hummə-ğfirli»

Duanın tərcüməsi: Allahım! Sən pak və müqəddəssən. Ey Rəb­bimiz! Sə­nə həmd olsun. Allahım, məni bağışla!

Sonra «Səmi Allahu limən həmidəh» deyə-deyə rüku vəziyyətin­dən qalx­malı və əllərini çiyinləri səviyyəsinə qaldırmalıdır.

Duanın tərcüməsi: Allah Ona həmd edəni eşitdi!

Rükudan qalxıb dikəldikdən sonra «Rabbənə və ləkəl həmd» və ya «Rabbənə və ləkəl həmd! Həmdən kəsiran tayyibən mubara­kən fih» demə­li­dir.

Birinci duanın tərcüməsi: Ey Rəbbimiz! Sənə həmd olsun!

İkinci duanın tərcüməsi: Ey Rəbbimiz! Sənə həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd!

Sonra birinci səcdəyə gedə-gedə «Allahu Əkbər» deməli (şəkil 4), hər iki əlinin pəncəsi, iki dizi və hər iki aya­ğı­nın barmaqları üzərində yerə çökməli, qollarının dirsəkdən yuxarı his­sə­sini böyürlərindən aralamalı, dirsəkləri yerə qoymama­lı, barmaq­la­rı­nın uclarını qibləyə yönəltməlidir. Bu zaman dizləri­ni bir-birindən aralı tut­malı, dabanlarını isə birləşdirməlidir. Səcdə vəziyyətində olarkən üç də­fə «Subhanə Rabbiyəl-Ə'la» deməlidir.

Duanın tərcüməsi: Ən Uca Rəbbim pak və müqəddəsdir! Bunları da əlavə etmək müstəhəbdir: «Subhanəkə Allahummə Rabbənə və bi­hamdikə, Alla­hummə-ğfirli»

Sonra səcdədən başını qaldıra-qaldıra «Allahu Əkbər» deməli­dir.

Sağ əlini barmaqları açıq şəkildə sağ budunun dizə yaxın yerinə, sol əli­ni də barmaqları açıq şəkildə sol budunun dizə yaxın yerinə qoy­ma­lı­dır. İki səcdə arasındakı oturuşu (şəkil 5) zamanı «Rabbi-ğfir li, Rabbi-ğfir li» və ya «Allahummə-ğfir li, vərhəmni, vəhdini, vəc­burni, və afini, vərzuqni, vərfə'ni» demə­li­dir.

Duanın tərcüməsi: Rəbbim, məni bağışla! Rəbbim, məni bağış­la! Allahım! Məni bağışla, mənə rəhm et, məni doğru yo­la yönəlt, mənə lütf et, mənə salamatlıq ver, mənə ruzi yetir və məni ucalt!

Sonra birinci səcdədə dediklərini, et­dik­lə­rini, səcdəyə gedərkən təkbiri təkrar etməklə ikinci səcdəni ye­ri­nə ye­tir­məlidir.

Sonra ikinci səcdədən qalxa-qalxa «Allahu əkbər» deməlidir. Bunun ardınca başlanğıc duasını oxumadan birinci rək'ətdə dedik­ləri­ni və et­dik­lə­rini təkrarlamaqla ikinci rək'əti qılmalıdır. İkinci rək'əti qılıb qurta­ran­dan sonra «Allahu əkbər» deyib sol ayağının üstündə pəncəsinin üzü­nü yerə qoymaqla yanakı oturub sağ ayağını barmaqları üstdə şaquli və­ziyyətdə saxlamalı və sağ əlini sağ budunun dizə yaxın hissəsinə qo­ya­raq adsız və çeçələ barmaq­larını qatlamalı, dua edərkən şəhadət barmağı qal­dırıb yuxarı-aşağı hərəkət etdirməli və ya düz saxlamalı, baş barmağın və orta barmağın uclarını qoşalaşdırıb halqa şəklində saxlamalıdır. Sol əli­ni isə barmaqları açıq şəkildə sol budunun dizə yaxın yerinə qoyma­lıdır. Bu oturuş zamanı təşəhhüd, salavat və istiazə (Allaha pənah­apar­ma) dua­larını oxumalıdır: «Ət-təhiyyətu lilləhi, vəs-saləvatu, vət-tay­yibətu, əs-səlamu aleykə əyyuhən-nə­biyyu və rahmətullahi və bərakətuhu, əs-səlamu aleynə və alə iba­dilləhis-Sali­hin. Əşhədu ən lə ilahə illəllah və əşhədu ənnə Mu­həmmədən abduhu və rasuluhu. Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə salleytə alə İbra­himə və alə ali İbra­him, innəkə həmi­dun məcid. Allahummə barik alə Muhəm­mədin və alə ali Muhəmməd, kəmə barək­tə alə İbrahimə və alə ali İb­ra­him, innəkə həmidun məcid. Allahummə inni əuzu bikə min əza­bil-qabri, və min əzabi Cəhənnəmə, və min fitnə­til-məhyə vəl-mə­mati, və min şərri fitnətil-məsihid-dəccal».

Duanın tərcüməsi: Salamlar, dualar və gözəl şeylər Allaha aid­dir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mər­həməti və Onun bərə­kəti (olsun)! Bizə və Allahın əməlisaleh qul­larına salam ol­sun! Mən şa­hidlik edirəm ki, Allahdan başqa məbud yoxdur və şahid­lik edirəm ki, Muhəm­məd Onun qulu və elçisi­dir. Allahım! İbrahimə və İbra­hi­min ailə­sinə xe­yir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmə­din ailəsinə də xeyir-dua ver! Şüb­həsiz ki, Sən Tə­rifəla­yiqsən, Şan-şöh­rət­lisən! Allahım! İbrahi­mə və İbrahi­min ailəsinə bərə­kət verdiyin kimi, Mu­həmmədə və Muhəmmə­din ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rət­li­sən! Allahım! Qəbir əzabından, Cəhən­nəm əza­bından, həyatın və ölümün fitnəsindən, dəccal mə­sihin fitnə­sinin şərindən Sənə pənah aparıram!

Sonra dua edib Rəbbindən dünya və axirət nemətlərindən istə­diyini di­lə­yə bilər.

Sonra sağ tərəfə salam verir (şəkil 6): «Əs-sələmu aleykum və rahmətullah» - Sizə salam olsun və Allahın mərhəməti yetişsin! - Sol tərəfə də eləcə sa­lam verə bilər.

Namaz üç, yaxud dörd rək'ətdən ibarət olsa, təşəhhüd duasını bu cüm­ləyə qədər oxumalıdır: «Əşhədu ən lə ilahə illəllah və əşhədu ənnə Mu­həmmədən abduhu və rasuluhu». Sonra «Allahu əkbər» deyərək aya­ğa qalxmalı və bu zaman əllərini çiyinləri səviyyəsinə qaldırmalıdır.

Sonra namazının qalan hissəsini də ikinci rək'əti qıldığı kimi qıl­ma­lı­dır. Fərq yalnız bundan ibarətdir ki, sonrakı rək'ətlərdə başqa surə oxu­ma­yıb əl-Fatihə ilə kifayətlənir. Sonra yanakı (təvər­rük qaydasında) otur­malı, bu zaman sağ ayağını (əvvəl göstərildiyi kimi) şaquli vəziyyətdə sax­lamalı və sol ayağını onun altından sağ tərəfə çıxarmalı, əllərini bi­rin­ci təşəhhüdü oxuyarkən olduğu kimi, budlarının üstünə qoymalıdır. Bu otu­ruş zamanı təşəhhüd, salavat və istiazə dualarını bütünlüklə oxu­ma­lı­dır. Sonra sağ tərəfə salam verib deməlidir: «Əs-sələmu aleykum və rah­mə­tullah» - Sol tərəfə də eləcə salam verə bilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 


 
 
 



[1] Sünnədə başqa istiftah duaları da varid olub.

 


Baxılıb: 20716


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”