Ana səhifə / Fiqh / Namazın təlimi / Namazdan sonra edilən zikrlər

Namazdan sonra edilən zikrlər

Namazdan sonra edilən zikrlər

 

3 dəfə: «Əstəğfirullah»Allahdan bağışlanma diləyirəm!

«Allahummə Ən­təs-səlam və minkəs-səlam təbəraktə ya zəl-cəlali vəl-ikram»Allahım! Salam Sənsən və əmin-aman­lıq Səndən­dir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxah­san.1

   «Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Allahummə, lə maniə limə ə'taytə və lə mu'tiyə limə mənə'tə və lə yənfəu zəl-cəddi minkəl-cəddu» –  Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Ona­dır! O hər şeyə Qadirdir! Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hör­məti fayda ver­məz.2

   «Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Lə həulə və lə quvvətə illə billəh. Lə ilahə illəllahu, və lə nə'budu illə iyyah. Ləhun-ni'mətu və lə­hul-fədlu və ləhus-sənaul-həsənu. Lə ilahə illəllahu muxlisinə ləhud-dinə və ləu kəri­həl-kafirun» Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Ona­dır! O hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allahdadir! Allahdan başqa mə­bud yoxdur. Biz yalnız Ona ibadət edirik. Nemət Onun­dur, lütf Onundur və gözəl tərif Onadır. Allahdan başqa məbud yoxdur. Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edi­rik!3

33 dəfə: «Subhanallah», 33 dəfə: «Əlhəmdu lilləh», 33 dəfə: «Allahu Əkbər» Allah pak və müqəddəsdir. Həmd Allaha­dır. Allah Böyükdür! Axırda isə bir dəfə:

«Lə ilahə illəl­lahu vəhdə­hu lə şərikə ləhu. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qa­dir» Allahdan başqa məbud yox­dur, O təkdir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Ona­dır! O hər şeyə Qadirdir!4

Hər namazdan sonra əl-İxlas, əl-Fələq, ən-Nas surə­lə­rini oxumaq.5

Bismilləhir-rəhmanir-rahim «Qul huvallahu Əhəd. Allahus-Saməd. Ləm yəlid va ləm yuləd. Va ləm yəkulləhu kufuvan Əhəd».

Bismilləhir-rəhmanir-rahim «Qul ə‘uzu birabbil-fələq. Min şərri mə xaləq. Va min şərri ğasiqin izə vəqab. Və min şərrin-nəffasati fil-uqad. Və min şərri hasidin izə həsəd».

Bismilləhir-rəhmanir-rahim «Qul ə‘uzu birabbin-nəs. Məlikin-nəs. İləhin-nəs. Min şərril-vasvasil-xannəs. Əlləzi yuvasvisu fi sudurin-nəs. Minəl-cinnəti van-nəs».

      Hər namazdan sonra ayətul Kursi (əl-Bəqərə, 255) oxumaq.6

«Allahu lə iləhə illə huval-həyyul-Qayyum lə tə‘xuzuhu sinətun və lə naum ləhu ma fis-səmavati və ma fil-ardi mən zəlləzi yəşfə‘u indəhu illə bi iznihi ya‘ləmu mə bəynə əydihim və ma xalfəhum və lə yuhitunə bişey‘in min ilmihi illə bimə şə‘ə vasia kursiyyuhus-səməvati vəl-ardi və lə yə‘uduhu hifzihumə və huval-Aliyyul-Azim».*

* – Kim bu ayəni hər namazdan sonra oxuyarsa, cənnətə girməsi ilə arasında ancaq ölüm durar.

      Sübh (səhər) və Məğrib (axşam) namazla­rından sonra 10 dəfə:

«Lə ilahə illəllahu vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu, yuhyi və yumitu və huvə alə kulli şeyin qadir» Allahdan başqa məbud yox­dur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Ona­dır! Dirildir və öldürür. O hər şeyə Qadir­dir!7

Sübh (səhər) namazından sonra:

«Allahummə, inni əs'əlukə ilmən nafiən və rizqan tayyibən və amələn mu­təqab­bələn» Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!8



1 Səhih Muslim, 1/414.

2 Səhih əl-Buxari, 1/255; Səhih Muslim, 1/414.

3 Səhih Muslim, 1/415.

4 Səhih Muslim, 1/418. Oradakı hədisdə deyilir: «Kim hər namazdan sonra bu duanı oxusa, gü­nah­ları dərya köpüyü qədər olsa belə, bağışlanar».

5 Əbu Davud, 2/86; ən-Nəsai, 3/68;

6 ən-Nəsai; bax: «Səhih əl-Cami», 5/339.

7 ət-Tirmizi, 5/515; Əhməd, 4/227; Həmçinin bax: «Zad əl-Məad», 1/300.

8 İbn Macə və başqaları. Bax: İbn Macə, 1/152; «Məcməuz-Zəvaid», 10/111.

 


Baxılıb: 18263


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”