Ana səhifə / Fiqh / Namazın təlimi / Cümə namazı

Cümə namazı

Cümə namazı

 

Cümə namazı iki xütbə və iki rək'ət səslə qılınan namazdan iba­rət­dir. Bu namazdan yalnız sonra (daima) iki və ya dörd (iki-iki) rək'ət sün­­nə namazı qılmaq olar.

Cümə namazının fəziləti barəsində Uca Allah belə buyurur:

«Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir»!1

Əbu Hüreyrə (radiyallahu anhu) rəvayət edir ki, «Peyğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm ) dedi: "Cənabət qüslü (kimi qüsl) edib, cümə gününün ilk saatında2 məscidə gedən şəxs bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz, beşinci saatında gedən isə bir yumurta qurban etmiş3 kimidir. İmam minbərə çıxdıqda isə artıq mələklər onun xütbəsini dinləyər"»4

"Cümə namazını qılmaq yalnız aşağıdakı sifətlərə malik olan şəxsə vacibdir:

* Kişi olmalı (qadın müstəsnadır);

* Azad insan olmalı (qul, dustaq və s. azad olmayan müstəsnadır və yalnız icazə verildiyi zaman onlara Cümə namazına getmək vacib­dir);

* Mükəlləf - həddi-büluğa çatmış, ağıllı-olmalı (uşaq və ruhi xəstə müstəsnadır);

* Müsəlman olmalı (kafir müstəsnadır);

* Yaşadığı yerin vətəndaşı olmalı (müsafir və müvəqqəti qeydiyyatda olan sakin müstəsnadır);

Müstəsna olan şəxslərin (kafir və ruhi xəstədən başqa) Cümə na­ma­zı­na getməsi müstəhəbdir."

Cümə namazında olanların sayı üç və daha çox olmalıdır. Üç nəfərdən az Cümə namazı qılmaq olmaz.

Cümə namazının ikinci rək'ətinin rükusuna və ondan əvvəl na­maza yetişən şəxs Cümə namazını qılmış sayılır, ikinci rək'ətin rüku­sundan sonra namaza yetişən şəxs isə Cümə namazına gecik­miş hesab olunur və o  Zöhr namazını qılmalıdır.



1 «əl-Cumuə» surəsi, 9.

2 Bu əlavə imam Malikin «Muvatta» əsərindən götürülüb.

3 Sədəqə vermiş.

4 Səhih əl-Buxari, 881; Səhih Muslim, 1961.

 


Baxılıb: 17033


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”