Ana səhifə / Fiqh / Namazın təlimi / Cənazə namazının qılınması

Cənazə namazının qılınması

Cənazə namazının qılınması

 

Cənazə namazında birinci təkbirdən sonra Fatihə surəsi oxunur, ikinci təkbirdən sonra Peyğəmbərə r salavat oxu­nur (bax: namaz qılmağın qaydası), üçüncü təkbirdən sonra vəfat edən şəxs üçün dua oxunur və dördüncü təkbirdən sonra bir və ya hər iki tə­rə­fə salam verməklə namaz tamamlanır.

Vəfat edən şəxs üçün oxunan dua:

«Allahummə-ğfir lihəyyinə və məy­yi­tinə və şahidinə və ğaibinə və sağirinə və kəbirinə və zəkərinə və unsanə. Allahum­mə mən əhyəy­təhu minnə fə əh­yihi aləl-is­ləm və mən təvaf­fəytəhu minnə fətəvaffəhu aləl-imən».

Duanın tərcüməsi: Allahım! Dirimizi və ölümüzü, burada ola­nı­mı­zı və olmayanımızı, kiçiyimizi və bö­yüyümü­zü, ki­şimizi və qadınımı­zı bağışla! Allahım! Biz­dən kimi yaşatsan müsəlman kimi yaşat! Biz­dən kimi öldürsən mömin kimi öl­dür!

«Allahummə-ğfir ləhu vərhəmhu və afihi va'fu anhu və əkrim nuzuləhu və vəssi' mudxa­ləhu vəğsilhu bil-məi vəs-səlci vəl-bə­radi və nəqqıhi minəl-xətayə kəmə nəqqay­təs-səubəl-əbyəda minəd-də­nəsi, və əbdilhu dəran xayran min dərihi, və əhlən xayran min əhlihi, və zəu­cən xayran min zəucihi və əd­xilhul-cənnətə və əizhu min əzabil-qabri və əzabin-nəri!»1

Duanın tərcüməsi: Allahım! Onu bağışla, ona rəhm et, ona sala­matlıq ver, onu əfv et, onu gözəl tərz­də qarşıla, onun yerini geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı kirdən təmizlədiyin ki­mi onu da günah­lardan təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvə­zinə daha xeyirli zövcə ver! Onu Cənnətə daxil et! Onu qəbir əzabın­dan və Cəhənnəm əzabın­dan qoru!

Qadın üçün dua etdikdə: «hu, hi» bitişən əvəzliklərinə müvafiq ola­raq «hə» bitişən əvəzliyi ilə dəyişmək lazımdır.

İki nəfər üçün dua etdikdə: «hu, hi» bitişən əvəzliklərinə müvafiq olaraq «humə, himə» bitişən əvəzlikləri ilə dəyişmək lazımdır.

İkidən çox kişilər üçün dua etdikdə: «hu, hi» bitişən əvəzliklərinə mü­vafiq olaraq «hum, him» bitişən əvəzlikləri ilə dəyişmək lazımdır.

İkidən çox qadınlar üçün dua etdikdə: «hu, hi» bitişən əvəz­lik­lə­ri­nə müvafiq olaraq «hunnə, hinnə» bitişən əvəzlikləri ilə dəyişmək la­zım­dır.

Cənazə namazını camaatla qılmaq əfzəldir. Lakin qeyd etmək la­zım­dır ki, ölən şəxs dəfn olunduqdan sonra qəbrinin önündə, üzü qibləyə tərəf dayanıb onun cə­nazə namazını qılmaq olar.

Kişiyə cənazə namazı qılınarkən imam onun baş tərəfində, qadına cə­nazə namazı qılınarkən isə onun tən orta istiqamətində dayan­malı­dır. 

Cənazə namazının qılınması üçün heç bir vaxt məhdudiyyəti yoxdur.



1 Səhih Muslim, 2231.

 


Baxılıb: 17189


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”