Ana səhifə / Fiqh / Namazın təlimi / Fərz namazlarının rək'ətlərinin sayı.

Fərz namazlarının rək'ətlərinin sayı.

Fərz namazlarının rək'ətlərinin sayı.

 

Fəcr namazı - iki rək'ətli səslə qılınan namazdır. Bu namazdan yalnız əvvəl iki rək'ət (daima) sünnə namazı qılmaq olar.

Vaxtı: dan yerinin ağarmasından günəş çıxana­dək.

Zöhr namazı -  dörd rək'ətli səssiz qılınan namazdır. Bu namazdan əv­­vəl (da­ima) iki və ya dörd (iki-iki) rək'ət, sonra da iki rək'ət sünnə na­mazı qılmaq olar.

Vaxtı: günəş zeniti keçdikdən sonra əşyaların hündürlüyü ilə kölgə­lə­ri­nin uzunluğunun bərabərləşdiyi anadək (Əsr namazınadək).

                                                                                                                                        

Əsr namazı - dörd rək'ətli səssiz qılınan namazdır. Bu namazdan əv­vəl iki və ya dörd rək'ət sünnə namazının (daima) qılınması sünnə­də sabit olma­mış­dır.

Vaxtı: əşyaların hündürlüyü ilə kölgələrinin uzunluğunun bəra­bər­ləş­diyi andan əşyaların kölgələrinin uzunluğunun onların hün­dürlü­yün­dən iki dəfə artıq olan anadək (caiz vaxtı) və ya gün bata­na­dək (zəruri halda).

Məğrib namazı - üç rək'ətli, iki rək'ət səslə və bir rək'ət səssiz qılı­nan namazdır. Bu namazdan yalnız sonra iki rək'ət (daima) sünnə na­mazı qılmaq olar.

Vaxtı: qünəş batan andan qaranlıq çökə­nədək. (Üfüqdə olan qı­zar­tı itənə qədər)

İşa namazı - dörd rək'ətli, iki rək'ət səslə və iki rək'ət səssiz qılınan namazdır. Bu namazdan yalnız sonra iki rək'ət (daima) sünnə namazı qılmaq olar.

Vaxtı: qaranlıq çökəndən gecəyarısınadək (gün batan andan dan yeri sökülənədək olan vaxtın yarısı).

Bu namazlar üçün verilən hər bir azan və iqamə arasında iki rək'ət nafilə namazı qılmaq olar.

 


Baxılıb: 16424


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”