Ana səhifə / Əqidə / Təkfir fitnəsi / Rəhimli və Mərhəmətli Allahın adı ilə. Təkfir məsələsi barəsində şeyx əl-Albaninin (rahiməhullah) söylədikləri.

Rəhimli və Mərhəmətli Allahın adı ilə. Təkfir məsələsi barəsində şeyx əl-Albaninin (rahiməhullah) söylədikləri.

Rəhimli və Mərhəmətli Allahın adı ilə.

Təkfir məsələsi barəsində şeyx əl-Albaninin (rahiməhullah) söylədikləri.

 

Həqiqətən şükür və tərif yalnız Allaha məxsus­dur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlan­ma və bizi doğru yola yönəltməyi diləyirik, nəfs­­lərimizin şərin­dən və pis əməl­­­lə­ri­miz­dən qorunmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yo­la yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəri­ki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və el­çisi­dir.1

Şübhəsiz ki, təkfir məsələsi yalnız hakimlərə aid edilmir, əksinə, həm də onların tabeçiliyində olan­lara (adi insanlara) aid edilir. Ümumilikdə isə bu məsələ çox qədim və böyük bir fitnədir ki, bu­nun da əsası “Xavariclər”2 adı ilə tanınmış qədim İs­lam firqələrindən olan bir firqədən götürül­müş­dür.

Çox təəssüf ki, bəzi dəvətçilər və ya şövqə gə­lən­lər Kitab və Sünnədən kənara çıxırlar. Amma bu­nu kitab və Sünnənin adı ilə edirlər. Bunun sə­bəbi də iki şeydən irəli gəlir:

Birinci: Elmin səthiliyi.

İkinci – ən mühümü də elə budur: Onların şə­riət qaydalarını öyrənməməkləri. O qaydalar ki, sə­hih İslam dəvətinin əsasını təşkil edir və bun­lar­dan kənara çıxan hər bir şəxs Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bir çox hədislərdə tərifləmiş olduğu camaatdan sapan firqələrdən sayılır. Həmçinin bu qaydaları uca Rəb­bimiz (Qurani Kərimdə) xatırlamış və bəyan et­miş­dir ki, onlardan kənara çıxan şəxs Allaha və Onun rəsuluna qarşı çıxmış olur. Uca Allah buyu­rur: “Hər kəs özünə doğru yol bəlli ol­duqdan sonra Peyğəm­bə­rə qarşı çıx­sa və möminlərin yo­lun­dan başqa bir yol­la get­sə, onu üz tutduğu yo­la yönəl­dər və Cə­hən­nəmdə yan­dıra­rıq. Ora nə pis dö­nüş yeridir.”3

Elm əhlinə aydındır ki, uca Allah heç də “Hər kəs özünə doğru yol bəlli ol­duqdan sonra Pey­ğəm­bə­rə qarşı çıx­sa... onu üz tutduğu yola yönəl­dər” sözü ilə kifayətlənməmişdir. Əksinə uca Allah mö­minlərin yolundan qeyrisinə uymağı El­çiyə qarşı çıxmağa əlavə edərək belə demişdir: “Hər kəs özü­nə doğru yol bəlli ol­duqdan sonra Peyğəm­bə­rə qarşı çıx­sa və möminlərin yo­lun­dan başqa bir yol­la get­sə, onu üz tutduğu yola yönəl­dər və Cə­hən­nəmdə yan­dıra­rıq. Ora nə pis dö­nüş yeridir.”4

Möminlərin yolu ilə getmək və ya getməmək həm mənfi, həm də müsbət tərəfdən çox mühüm bir məsələdir. Odur ki, kim möminlərin yolu ilə ge­dərsə aləmlərin Rəbbi yanında nicat tapar, kim də möminlərin yoluna müxalif olarsa Cəhənnəm ona yetər və ora necə də pis dönüş yeridir.

Elə buradan da – həm keçmişdə, həm də müa­sir dövrdə – çoxlu sayda tayfalar yollarını azdılar. Çün­ki onlar möminlərin yoluna tabe olmamaqla ki­fa­yət­lənib dayanmadılar, əksinə onlar bununla bə­ra­bər Kitab və Sünnənin təfsirində öz ağıllarına və şəh­vətlərinə uydular. Sonra da bunun üzərinə çox təh­lükəli bir nəticələr qurdular və beləliklə də sə­lə­fi salehin y üzərində olduğu yoldan kənara çıx­dılar.

Ayənin “möminlərin yo­lun­dan başqa bir yol­la get­sə” hissəsini Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir çox hədislərdə açıq-aydın təsdiqləmişdir. Həmin hədislərin bə­zi­lə­­rini qeyd edəcəyik. Bu hədislər nəinki xüsusi mü­səlmanlara, hətta sadə müsəlmanlara da gizli de­yil­dir. Lakin bu hədislərdə gizli olan yeganə şey hədislərin Kitab və Sünnənin fəhmində mö­min­lə­rin yoluna tabe olmağın zəruriliyinə, bunun vacib­liyinə və təsdiqlənməsinə dəlalət etməsidir.

Bu nöqtənin zəruriliyindən və vacibliyindən hət­ta xüsusi insanlar belə qafildirlər və buna çox fi­kir vermirlər. Xüsusən də təkfir camaatı adı ilə ta­nınanlar və ya özlərini cihada mənsub edən ca­maatların bəziləri. Həqiqətdə isə onlar (cihad ca­maatı deyil) təkfirin qalıqlarıdır.

Ola bilsin ki onların özlərinin daxilində saleh və ixlaslı olanları da olsun. Amma sahibinin uca Allah dərgahında müvəffəqiyyət qazananlardan və nicat tapanlardan olmasına tək bu kifayət et­mir. Odur ki, hər bir müsəlman mütləq özündə iki şeyi cəm etməlidir:

1. Niyyəti uca Allah üçün sidq ixlaslı etmək.

2. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yoluna gözəl şəkildə tabe ol­maq.

Deməli müsəlmanın ixlaslı olub bunun mü­qa­bi­lində Kitab və Sünnə ilə əməl etməsi və onlara də­vət etməsi onun üçün kifayət deyildir. Bundan əlavə onun tutduğu mənhəc (yol) mütləq düz, sa­la­mat, sağlam və doğru olmalıdır. Bu isə yalnız bu ümmətin keçmiş nəslinin salehlərinin y getdikləri yola tabe olmaqla tamamlanır.

Bu dediklərimizi gücləndirən sabit və məşhur hədislərdən biri də yetmiş üç firqə hədisidir. Bu hə­disdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Yəhudilər yet­miş bir firqəyə bölündülər, nəsranilər yetmiş iki fir­qə­yə bö­lündülər, mənim ümmətim isə yetmiş üç fir­qə­yə bö­lünəcəkdir. Bunların birindən başqa ha­mı­sı Cə­hən­nəmdə olacaqdır.” Soruşdular ki, “Ey Allahın elçisi o (Cəhənnəmdə olmayan firqə) kim­lərdir?” O dedi: “Camaatdır.” Başqa bir rəvayətdə isə “Mə­nim və səhabələrimin yolunda olanlardır” deyilir.

Buradan görürük ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) cavabı ön­cə qeyd etdiyimiz “möminlərin yo­lun­dan başqa bir yol­la get­sə” ayəsi ilə üst-üstə düşür. Ayənin ümu­miliyinə isə ilk öncə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səha­bə­lə­ri daxildirlər.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) “Mənim yolumda olanlardır” sö­zü ilə kifayətlənə bilərdi, – hərçənd ki, bu söz Ki­tab və Sünnəni həqiqi başa düşən müsəlmana ki­fa­yət edir – lakin o uca Allahın haqqını ödəyərək Onun (öncə qeyd etdiyimiz) ayəsini əməli olaraq tətbiq etdi (və hədisdə “... və səhabələrimin yo­lun­da olanlardır” sözünü də dedi). Çünki o (sallallahu aleyhi və səlləm) “Mö­minlərə şəfqətli, rəhmlidir.”5

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) öz səhabələrinə və ardıcıllarına olan şəfqətinin və rəhminin kamilliyindəndir ki, o, onlara nicat tapan firqənin əlamətini açıqlamışdır ki, onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və ondan sonra gələn sə­ha­bələrinin yoluna tabe olanlardan olsunlar.

Odur ki, bütün müsəlmanlar, xüsusən də də­vət­çi­lər Kitab və Sünnəni düzgün başa düşmək üçün nəsx-mənsuxu, ərəb dilini və fəhm üçün ta­nın­mış olan digər bu kimi başlıca səbəbləri öyrən­məkdə passiv olmamalıdırlar. Əksinə onlar hər şey­dən ön­cə mütləq Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələrinin getdikləri yola dönməlidirlər. Çünki səhabələr ba­rəsində va­rid olan əsərlərdən və onların həyat­la­rın­dan aydın olur ki, onlar uca Allaha ibadətdə ən ix­laslı və Ki­tab və Sünnədə bizdən daha elmli idi­lər. Bununla ya­naşı onlar bir çox tərifəlayiq sifət­lə­rə də malik idilər.

Bu hədis faydasına və səmərəsinə görə tama­mi­lə raşidi xəlifələr hədisinə bənzəyir. “Sünən” ki­tab­larında gələn bu hədisdə İrbar bin Səriyə (radiyallahu anhu) rə­va­yət edir ki: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə elə bir moizə etdi ki, ondan bütün qəlblər qorxuya düşdü və bütün göz­lər yaşardı. Biz dedik: “Ey Allahın elçisi! Bu san­ki vidalaşma moizəsidir, elə isə bizə vəsiyyət et!” Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üzərinizdə həbəşi bir qul əmir­lik etsə belə onu eşidib ona itaət etməyi sizə və­siyyət edirəm. Həqiqətən sizlərdən kimi həyatda qalarsa bir çox ixtilaflar görəcəkdir. Odur ki, sizə mənim və məndən sonra gələn raşidi xəlifələrin sün­nəsindən yapışmağı buyururam. Ondan arxa diş­lərinizlə ya­pışın...”

Bu hədisdə olan əsas məqam Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ön­cə verilən suala verdiyi cavabının mənasıdır. Be­lə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)  (bütün) səhabələri qarşı­sın­da öz ümmətini onun sünnəsindən yapışmağa sövq etmiş, sonra da bununla kifayətlənməyib de­miş­dir: “... və məndən sonra gələn raşidi xəlifələrin sün­nəsindən yapışın.”

Odur ki, öz əqidəmizi, ibadətimizi, əxlaqımızı və xasiyyətimizi dərk etmək istəyiriksə daima bu əsas ətrafında danışmalıyıq. Həmçinin müsəlman üçün zəruri olan bütün bu məsələlərin başa dü­şül­məsi üçün də sələfi salehin mənhəcinə qayıtmaq la­büddür. Belə olan təqdirdə onun nicat tapan fir­qədən olması həyata keçir.

Əvvəldə qeyd etdiyimiz ayənin nəyə dəlalət et­diyinə, raşidi xəlifələrin sünnəsi barədə olan hədi­sə və ümmətin firqələrə bölünməsi barədə olan hə­disə diqqət yetirmədiklərinə görə həm qədim, həm də müasir firqələr elə buradan yollarını az­dı­lar. Onlardan əvvəlkilərin Allahın kitabından, Pey­ğəm­bərin  sünnəsindən və sələfi salehin mənhəcindən sapdıqları kimi onların da sapmaları çox təbii bir iş idi.

Haqq yolundan sapanlardan biri də keçmiş və müasir xavariclərdir.

Həm keçmişdə, həm də indiki zamanda baş ve­rən təkfir fitnəsinin əsli tək bir ayədir ki, daima onun ətrafında danışırlar. Bu da uca Allahın Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz on­lar ka­firlərdir.”6 ayəsidir. Onlar bu ayəni onun dərin mənalarına varmadan götürür və doğ­ru dürüst dərk etmədən də onu sitat gətirirlər.

Biz isə bilirik ki, bu ayəti kərim təkrarlanmış və sonluğu da üç ləfzlə tamamlanaraq gəlmişdir. Ayə­lərin sonluqları belədir: “...məhz on­lar ka­fir­lər­dir”, “...məhz on­lar zalımlardır7, “...məhz on­lar fasiq­lərdir8.

Bu üç ayədən yalnız birincisini, “...məhz on­lar ka­firlərdir ləfzi ilə gələnini dəlil kimi gö­tü­rən­lə­rin tam avamlıqlarındandır ki, onlar ən azından “Küfr” ləfzi ilə gələn istər Qurandan, istər də Sün­nədən olan bəzi şəri dəlilləri başa düşməmişlər. Be­ləliklə də onlar heç nəyə baxmadan ayənin din­dən çıxma mənasını verdiyini və küfrə düşən şəxs­lə (müsəlmanla) İslam ümmətindən xaric olan yə­hu­dilərdən, nəsranilərdən və digər ümmətlərdən olan müşriklər arasında heç bir fərqin olmadığını qəbul etmişlər.

Əslində isə “küfr” ləfzi Kitab və Sünnədə dai­ma onların ətrafında danışdıqları və bu təhlükəli və səhv fəhmə təhrik etdikləri mənanı vermir.

Yalnız bir mənaya dəlalət etmədiyinə görə “ka­firlərdir” ləfzi digər iki, “zalımlardır”“fa­siq­lər­dir” ləfzləri ilə eynidir. Əgər kimsə zalım və ya fasiq sifəti ilə vəsf olunmuşsa bu onun hökmən öz dinindən dönməsinin gərəkli olduğunu göstərmir. Eləcə də kim kafir sifəti ilə vəsf olunsa bu da (əv­vəlki iki sifətlə) tamamilə eynidir.

Bu bir ləfzin müxtəlif mənalarda gəlməsinə ön­cə ərəb dili, sonra isə ərəblərin (Qurani Kərimin) dilində gələn şəriət dəlalət edir.

Elə bu səbəbdən də – istər hakimlər, istər də on­ların tabeçiliyində olanlar (adi insanlar) olsun – müsəlmanlar barəsində hökm çıxartmağa qatışan hər bir şəxsə, Kitab və Sünnə sahəsində geniş elmə məxsus olması və sələfi salehin mənhəci üzərində olması vacibdir. Kitab və Sünnəni isə ərəb dilini və onun ədəbiyyatlarını doğru dürüst şəkildə dərk et­mədən başa düşmək mümkün deyildir.

Odur ki, əgər ərəb dilini dərk etməkdə elm tə­lə­bəsində naqislik olarsa, bu naqisliyi doldur­maq­da ona kömək edəcək şey onun özündən öncə ya­şamış imamların, alimlərin, xüsusən də xeyirli ol­maları barəsində şəhadət verilən o üç nəslin (sə­ha­bələrin, tabiinlərin və ətbau-tabiinlərin) fəhminə qa­yıtmasıdır.

İndi isə Allahın nazil etdiyi ilə hökm ver­mə­yən­lər – məhz on­lar ka­firlərdir ayəsinə qayıdaq. Ayədəki küfrdə nəzərdə tutulan şey nədir? Bu üm­mətdən çıxmaq deməkdir, yoxsa başqa bir şey­dir?

Deyə bilərəm ki, bu ayəni başa düşmək üçün hökmən diqqətli olmaq lazımdır. Çünki bu “əməli küfr” mənasını da verə bilər. Bu isə bəzi İslam hökm­lərindən yalnız əməldə çıxmaqdır.

Bu fəhmdə isə bizə təfsir elminin yeganə imamı olmasında – zəlalətə düşən firqələr istisna olmaqla – bütün müsəlmanların yekdil icma etdikləri, Qu­ra­nın tərcümanı və ümmətin alimi sayılan Abdul­lah bin Abbas y kömək edə bilər.

Sanki o zaman İbn Abbasın (radiyallahu anhumə) qulağına da ta­ma­milə bizim bu gün eşitdiklərimiz çatmışdır ki, bəzi insanlar bu ayəni təfsilatsız olaraq ötəri başa düşürlər. Odur ki o (ayədəki “küfr” sözü barə­sin­də) belə demişdir: “Bu heç də sizin başa düş­dü­yü­nüz “küfr” deyildir”; “Şübhəsiz ki bu, (insanı) İs­lam ümmətindən (dindən) çıxaran küfr deyildir”; “Bu küfrsüz küfrdür”.

Ola bilsin ki İbn Abbas y bu sözləri ilə mö­min­lərin əmiri Əliyə (radiyallahu anhu) qarşı çıxan, sonra da bunun nə­ticəsi olaraq möminlərin qanlarını tökən və müş­rik­lərə qarşı etmədiklərini müsəlmanlara qar­şı edən xavaricləri qəsd edir. Odur ki İbn Abbas y de­miş­dir: “Bu heç də onların dedikləri və ya gü­man et­dik­ləri kimi deyildir. Şübhəsiz ki bu küfr­süz küfr­dür”.9

Bu İbn Abbasın (radiyallahu anhumə) ayənin təfsirində olan qısa və açıq-aydın cavabıdır ki, öncə qeyd etdiyim də­lil­lərdən də elə yalnız bu hökm başa düşülür.10

Şübhəsiz ki, “küfr” sözü Quran və hədislərdən olan bir çox başqa dəlillərdə də zikr olunmuşdur. Odur ki, “küfr” sözü bu dəlillərin hamısında heç də millətdən (dindən) çıxmaq mənasında gəlmir.11 Bu qəbildən olan hədislərdən biri də Buxari və Mus­limdə gələn Abdullah bin Məsudun (radiyallahu anhu) rə­va­yət etdiyi məşhur hədisdir. İbn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Müsəlmanı söy­mək fasiqlik, onunla vuruşmaq isə küfrdür”. Bura­dakı küfr günah mənasındadır. O günah ki, insanı itaətdən çıxardır. Lakin buna baxmayaraq açıq­la­maq­da insanların ən fəsahətlisi olan Peyğəmbər (sallallahu aleyhi və səlləm) (müsəlmanları) hədələməkdə mübaliğə edərək be­lə dedi: “... onu öldürmək isə küfrdür”.

Başqa bir tərəfdən, hədisin “Müsəlmanı söy­mək fasiqlikdir...” hissəsindəki “fasiqlikdir” sözü­nü Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz on­lar fasiqlərdir ayəsində zikr olunan fa­siq­lik sözünün mənası kimi izah edə bilərikmi?

Bunun cavabı belədir: Bu, insanı dindən çı­xar­dan mənasını verən “küfr” sözünün sinonimi sa­yı­lan “fasiqlik” də ola bilər, həmçinin, insanı din­dən çıxardan mənasını verməyən, yəni Quranın tər­cümanı sayılan İbn Abbasın y dediyi kimi “Bu küfrsüz küfrdür” mənasını verən, “küfr” sözünün si­nonimi sayılan “fasiqlik” də ola bilər.

Bu hədis təsdiq edir ki, “küfr” sözü başqa mə­na­da da ola bilər. Çünki uca Allah demişdir: Əgər möminlərdən iki dəs­tə bir-biri ilə vuruşsa, onları ba­rış­dı­rın. Əgər onlardan biri digərinə qarşı tə­ca­vüz et­sə, tə­cavüzkar dəs­tə ilə, o, Allahın əm­ri­ni yerinə yetirməyə qayı­da­nadək, vuru­şun.” Uca Allah bu ayədə haqlı olan mömin dəstəyə qar­şı vu­ruşan təcavüzkar dəstəni zikr etmiş və bu­nunla bə­rabər təcavüzkar dəstəyə küfr hök­mü­nü ver­mə­mişdir. Hərçənd ki, hədisdə “... onunla vu­ruşmaq isə küfrdür” deyilir.

Deməli, müsəlmanla vuruşmaq (sahibini) kafir etməyən küfrdür. Əvvəlki ayənin təfsirində İbn Abbas (radiyallahu anhumə) elə tamamilə bu cür demişdir.

Beləliklə müsəlmanın müsəlmanla vuruşması tə­cavüzkarlıq, düşmənçilik, günah və küfrdür. La­kin küfr dedikdə bu “əməli küfr” də ola bilər, “eti­qadı küfr” də ola bilər.

Elə buradan da bu dəqiq təfsilat meydana çıx­dı. O təfsilat ki, onun açıqlamasını İmam şeyxul-İslam İbn Teymiyyə (rahiməhullah) mənimsəmiş və onu şərh et­­mişdir. Bu açıqlamanı ondan sonra onun sadiq tə­ləbəsi olan İbn Qayyim əl-Cəuziyyə də mənim­sə­mişdir. Belə ki, küfrü bu cür qisimlərə ayırmaq məsələsində diqqətli olmaqda və bunun ətrafında danışmaqda onların böyük xidməti vardır. Küfrü bu cür qisimlərə ayırmağın təməlini isə qısa və mə­nalı sözü ilə Quranın tərcümanı olan İbn Abbas y qoymuşdur. İbn Teymiyyə və onun tələbəsi və dos­tu olan İbn Qayyim əl-Cəuziyyə (rahiməhullah) daima “eti­qadı küfrlə” “əməli küfr” arasında fərq qoymağın zəruriliyi ətrafında danışmışlar. Əgər bu fərq ol­ma­sa müsəlman olan şəxs özü də bilmədən onu mü­səlman camaatından çıxardan bir fitnəyə dü­şər. O fitnə ki, ona keçmişdə Xavariclər, indiki dövr­də isə onların bəzi quyruqları düşmüşdür.

Yekun söz odur ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) “... onunla vu­ruşmaq isə küfrdür” sözü qətiyyən (insanı) din­dən çıxardan (küfr) mənasını vermir.

Bu barədə isə hədislər həddən artıq çoxdur. Bu hədislərin hamısı öncə qeyd etdiyimiz ayəni başa düşməkdə öz zəif fəhmlərində durub dayanan və həmin ayənin təfsirinin “etiqadı küfr” olmasının va­cibliyini görən xavariclər və onların quyruqları üçün qaneedici dəlildir.

Hal hazırda isə bizə öncə qeyd etdiyimiz hədis kifayət edər. Çünki bu hədis kəsərli dəlildir ki, mü­səlmanın müsəlman qardaşı ilə vuruşması eti­qadı küfr deyil, əməli küfr mənasındadır.

Əgər biz təkfir camaatına – və ya onlardan tö­rə­yənlərə – və onların hakimlər – xüsusən də ha­kim­lərin bayrağı altında yaşayıb onların hökmləri və vəzifələri altında nizamlananlar – barəsində dedikləri küfr və riddəyə (dindən çıxıb mürtəd ol­mağa) qayıtsaq görərik ki, bütün bunlar onların iy­rənc nəzəriyyələri üzərində qurulmuşdur. Bu iy­rənc nəzəriyyənin özü də “Onlar günah işlər gör­dülər və buna görə də təkfir olunurlar” üzərində qurulmuşdur.12

Həmçinin xatırlanması və hekayət olunması fay­da verən əməllərdən biri də odur ki, mən təkfir ca­maatından olan bəzi insanlarla görüşdüm və son­ra da uca Allah onlara hidayət verdi.

Mən onlara dedim: “Budur siz bəzi hakimləri tək­fir edirsiniz. Bəs məscidlərin imamlarını, xətib­lə­rini, müəzzinlərini və xidmətçilərini nə üçün tək­fir edirsiniz? Nə üçün məktəblərdə və digər yer­lərdə şəriət elmi verən müəllimləri də təkfir edir­siniz?”

Onlar belə dedilər: “Çünki onlar Allahın nazil et­diyindən qeyrisi ilə hökm verən hakimlərin hök­münə razılıq göstərirlər.”

Mən onlara dedim: “Əgər Allahın nazil etdi­yin­dən qeyri hökmə olan bu razılıq qəlbi razılıqdırsa, onda “əməli küfr” “etiqadı küfrə” çevrilir. Şübhə də yoxdur ki, Allahın nazil etdiyindən qeyri hök­mün müasir dövr üçün münasib olduğunu və Ki­tab və Sünnədə gələn şəriət hökmlərinin isə mü­na­sib olmadığını hesab edib onu etiqad edərək onunla hökm verən istənilən hakimin küfrü yalnız əməli küfr deyil, həm də etiqadı küfrdür. Kim də onun razılıq göstərdiyi və etiqad etdiyi ilə ra­zı­la­şarsa onun hökmündədir.13

Sonra mən onlara dedim: “Birincisi odur ki, siz kafir qərb (dövlətlərinin) qanunları ilə – və ya ək­sər qanunları ilə – hökm verən hər bir hakimin hök­münü verə bilmirsiniz. (Siz yalnız) “Allahın na­zil etdiyindən qeyrisi ilə hökm vermək olar­mı?!” deyə soruşulduğu zaman “Bu qanunlarla hökm ver­mək bu əsr üçün düzgün və yararlıdır, İslam qa­nunları ilə hökm vermək isə düzgün deyildir!” cavabını verənlərin hökmünü verə bilərsiniz. Çün­ki onlar bu cür cavab verərlərsə, şübhə yoxdur ki, əsl kafir olurlar.

İndi isə tabeçilikdə olanlara keçək. Onların ara­sında alimlər, saleh insanlar və başqaları da var­dır. Elə isə, sadəcə əhatə olunduqları hökmün al­tın­da yaşadıqlarına görə onların əleyhinə necə küfr hökmünü verirsiniz? Axı siz də onların əhatə olun­duqları həmin hökmün altında yaşayırsınız. Am­ma siz elan edərək bildirirsiniz ki, onlar ka­fir­dir­lər, mürtəddirlər və Allahın nazil etdiyi ilə hökm vermək vacibdir. Sonra da özünüz üçün bə­raət qa­zandıraraq deyirsiniz ki, “Şəriət hökmünə müxalif bir əməl edən kimi həmin adamın dərhal dindən çıxması hökmünü vermək heç də labüd de­yildir!”

Sizdən qeyriləri də elə eynilə bu sözləri de­yir­lər. Amma siz onlara – haqsız olaraq – təkfir və rid­də (dindən çıxmaq) hökmünü də əlavə edirsiniz.

Onların xətalarını və azğınlıqlarını bəyan edən məsələlərdən biri də odur ki, onlara belə deyilir: “Lə iləhə illəllah və Muhəmmədən rasulullah şə­ha­dətini gətirən – ola bilsin namaz da qılır – mü­səl­mana nə vaxt dindən çıxması hökmü verilir?” Bir dəfə kifayət edərmi? Yoxsa onun dindən çıx­dı­ğı elan olunmalıdır?

Şübhəsiz ki onlar nə bunun cavabını biləcəklər, nə də ki, düzgün yola yönələcəklər. Odur ki, on­la­ra belə bir misal çəkmək zərurətindəyik. Məsələn: Bir qazı öz adəti və nizamı ilə daima şəriətlə hökm verir. Lakin o bir hökmdə yanılır və şəriətə müxa­lif bir hökm verir. Yəni: Haqqı zalıma verib məz­lu­mu öz haqqından məhrum edir. Şübhə yoxdur ki, həmin qazı (bu dəfə) Allahın nazil etdiyindən qey­risi ilə hökm verdi. Məgər siz onun (insanı) din­dən çıxardan küfrü etdiyini deyəcəksiniz?

Əlbəttə ki, onlar deyəcəklər ki, “Xeyir (o insanı dindən çıxardan küfr etməmişdir). Çünki bu əməl ondan bir dəfə meydana gəldi.”

Elə isə (biz onlara belə) deyirik: “Həmin hökm və ya başqa bir hökm meydana çıxsa və bu dəfə də həmin qazı şəriətə müxalif olsa (onda necə), o (in­sanı dindən çıxardan) küfr etmiş olurmu?” Son­ra bu sualı onlara təkrarlayaraq deyirik ki, bəs üçün­cü, dördüncü dəfə etsə necə? Siz nə vaxt həmin şəxsin (insanı dindən çıxardan) küfr etdiyini de­yəcəksiniz?! Onlar heç vaxt həmin qazının şəriətə müxalif verdiyi hökmlərinin miqdarına hədd qoya bilməyəcəklər və bu səbəbdən də onu təkfir et­mə­yəcəklər.

Amma onlar tamamən bunun əksini deyə bi­lər­lər. Yəni, bilinsə ki, həmin qazı birinci verdiyi hökm­də Allahın hökmündən qeyri hökmü halal sa­yaraq onu yaxşı hesab edir və şəriət hökmünü də pis hesab edir, onda həmin saat – hətta birinci dəfədən belə – ona dindən çıxmaq hökmünü ver­mək düzgün sayılır.

Bunun da əksi belədir: “Əgər həmin qazının on­larla müxtəlif məsələlərdə şəriətə müxalif hökm ver­diyini görsək və sonra da ondan soruşsaq ki, “nə üçün uca Allahın nazil etdiyindən qeyrisi ilə hökm verirsən” və o da cavabında “özüm üçün qorx­dum, yaxud rüşvətə görə belə etdim” de­yər­sə, bu birin­ci­dən daha pis sayılar. Amma bununla bərabər biz onun qəlbindəki – Allahın nazil etdiyi ilə hökm ver­məyi düzgün hesab etmədiyi – fikrini bilməyincə onun kafir olduğunu deyə bilmərik. Yal­nız onun bu fikrini bildikdən sonra “onun küf­rü (insanı) din­dən çıxardan küfrdür və o kafirdir” deyə bilərik.”

Yekun söz belədir: Mütləq bilmək lazımdır ki, fasiqlik və zülm kimi küfr də iki qismə bölünür:

1. İnsanı dindən çıxardan küfr, fasiqlik və zülm. Bunların hamısı qəlbdə halal hesab edilməyə qa­yı­dır.

2. İnsanı dindən çıxartmayan küfr, fasiqlik və zülm. Bunlar isə əməldə halal hesab edilməyə qa­yıdır.

Odur ki, bütün günahlar – xüsusən də bu dövr­də yayılmış əməldə halal hesab edilən faiz, zina, sərxoşedici içki içmək və qeyriləri – əməli küfr­dəndir. Elə buna görə də biz bəzi günahlara uğ­ra­yan günahkarları – həmin günahları edərək onları əməldə halal hesab edən kimi – təkfir edə bil­mə­rik. Onların qəlblərindəki – Allahın və Onun rəsu­lunun haram etdiklərini etiqadla haram gör­mə­mək – fikirlərinin bizə yəqinliklə aşkar olması isə müstəsnadır. Əgər bilsək ki, onlar qəlbdə də bu cür müxalifdirlər onda hökm verə bilərik ki, onlar (insanı) dindən çıxardan küfr etmişlər.

Əgər onların qəlblərində olanı bilməsək onlara küfr hökmü verməyə bizim heç bir əsasımız yox­dur. Çünki biz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) “Bir kişi öz qar­da­şına “ey kafir” deyərsə, bu o ikisindən birinə qa­yı­dır” sözündəki təhdidin altına düşməkdən qor­xu­ruq.

Bu cür mənada gələn hədislər lap çoxdur. On­lar­dan böyük mənaya dəlalət edən bir hədisi qeyd edək. Bu, (rəvayət) müşriklərdən biri ilə vuruşan sə­habənin qissəsində gəlmişdir. Həmin müşrik mü­səlman səhabənin qılıncının zərbəsi altında ol­du­ğunu gördükdə “Əşhədu ən lə iləhə illəllah” de­di. Lakin səhabə buna fikir verməyib müşriki öl­dür­dü. Bu xəbər Peyğəmbərə (sallallahu aleyhi və səlləm) çatdıqda o et­di­yi əmə­lə görə səhabəyə öz etirazını şiddətli şə­kil­də ifadə etdi. Səhabə isə (öz növbəsində) özünə bə­raət qa­zandırdı ki, müşrik şəhadət kəlməsini yal­nız ölüm­dən qorxduğu üçün demişdi. Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) ca­vabı isə belə oldu: “Məgər sən onun qəl­bini ya­rmışdın?!”14

Deməli etiqadı küfrün bir baş əməllə15 heç bir baş­lıca əlaqəsi yoxdur. Onun ən böyük əlaqəsi yal­nız qəlblədir. Biz də fasiqin, günahkarın, oğ­ru­nun, zinakarın, sələmlə məşğul olanın və bunlara bən­zəyənlərin qəlblərində olanları bilə bilmərik. Biz yalnız onlar qəlblərində olanları dilləri ilə ifa­də et­dikdən sonra bunu bilərik. Onların əməl­lə­ri­nə gə­lincə, onlar şəriətə əməldə müxalif olmuşlar.

Odur ki, biz həmin şəxslərə “Sən müxalif ol­dun, sən fasiqlik etdin, sən günah etdin” deyirik. Amma onlara “Sən küfr etdin və öz dinindən çıx­dın” demirik. O vaxta qədər ki, dindən çıx­ma­la­rı­na hökm vermək üçün Allah qarşısında əlimizdə bə­hanə olan bir şey onlardan bizə aşkar olsun. Bundan sonra isə onlara İslamda hamıya bəlli olan bir hökm gəlir. Bu da Peyğəmbərin (sallallahu aleyhi və səlləm) “Kim dinini dəyişərsə, onu öldürün” sözüdür.

Sonra mən müsəlman hakimlərinin təkfiri ətra­fında danışan həmin şəxslərə belə dedim – və belə deməkdə də davam edirəm: “Fərz edin ki, həmin hakimlər dindən çıxan kafirdirlər. Həmçinin fərz edin ki, onlardan daha yüksək (təbəqədə) olan bir hakim də var. Elə isə – bu halda – yüksək tə­bə­qə­də olan bu hakimə onlar barəsində hökm tətbiq et­mək vacibdir.

Siz indi əməli tərəfdən nə fayda qaza­nacaqsı­nız, əgər biz həmin hakimlərin dindən çıxan ka­fir­lər olmasında – təsəvvür edin ki – sizinlə razı­laş­saq?! Siz bununla nə edə biləcəksiniz?”

Əgər onlar “dostluq və düşmənçilik” deyə ca­vab versələr biz onlara belə deyirik: “Dostluq və düş­mənçilik – həm qəlbi, həm də əməli baxımdan – dostluq və düşmənçilik münasibəti göstərməklə bağ­lıdır və bacarığa uyğun olur. Odur ki, dostluq və düşmənçiliyin olmasında təkfirin və dindən çıx­mağın elan edilməsi şərt deyildir. Əksinə, dost­luq və düşmənçilik bidətçidə, asidə və zalımda da olur.”

Sonra onlara belə deyirəm: “Budur kafirlər ar­tıq müsəlman diyarlarından bir neçə yerləri işğal ediblər və biz də çox təəssüf ki, yəhudilərin Fə­ləs­tini işğal etməsinə məruz qalmışıq. Yaxşı, biz və siz (indi) onlara qarşı nə edə bilərik?! Nə qədər ki – təkbaşına – kafir zənn etdiyiniz həmin ha­kim­lə­rə qarşısınız16?!

Kaş ki siz bu məsələni bir kənara qoyub, bü­növ­rəsində müsəlman dövlətinin quruluşu duran bir nizam qurmağa başlayardınız. Bu isə Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) sünnəsinə tabe olmaqla olur. O sünnə ki, Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) öz səhabələrini onun üzərində tər­bi­yə etmiş və onları onun qayda qanunları və əsası üzərində yetişdirmişdir.

Biz dəfələrlə xatırlayır və dəfələrlə təsdiqləyirik ki, İslam hökmünü qaytarmaq üçün hər bir mü­səl­man camaatı yalnız İslam diyarında deyil, əksinə bütün diyarlarda haqqa əməl etməlidir. Bu isə üz növbəsində uca Allahın Müşriklərin xoşuna gəl­məsə də, İslam dinini bütün dinlərdən üs­tün et­mək məqsə­dilə Öz Elçisini hidayət və haqq din­lə gön­də­rən Odur.”17 kəlamını yerinə yetirmək üçün­dür. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) müjdə verən bəzi hədis­lə­rin­də gəlmişdir ki, bu ayə gələcəkdə həyata ke­çə­cək­dir.

Bu Quran ayəsini və İlahi vədi həyata keçir­mə­yə imkan əldə etmək üçün müsəlmanlara açıq-ay­dın və parlaq bir yol lazımdır. Məgər həmin yol ha­kimlərə üsyan elan etməklə olur? O hakimlər ki, (təkfirçilər) onların dindən çıxardan küfr etdik­lə­ri­ni zənn edirlər. Sonra da onlar etdikləri bu səhv və yanlış zənnə baxmayaraq, heç bir şey edə bil­mir­lər.18

Odur ki, (belə bir sual meydana çıxır); Ən düz­gün mənhəc hansıdır? Ən doğru yol hansıdır?

Şübhəsiz ki ən düzgün yol Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hər dəfə barəsində danışdığı və hər xütbəsində səha­bə­lərinə “ən xeyirli yol Muhəmmədin (sallallahu aleyhi və səlləm) yoludur” deyə xatırladığı yoldur.

Elə isə bütün müsəlmanlara – xüsusən də İslam hökmünü qaytarmağa daha çox diqqət yetirənlərə – Peyğəmbərin (sallallahu aleyhi və səlləm) başladığı kimi başlamaq lazım­dır. Bunu da biz qısa olaraq iki yüngül kəlmədə qeyd edirik: (Saflaşdırma və tərbiyə).

Çünki biz işləri-gücləri hakimləri təkfir et­mək­dən başqa bir şey olmayan həmin ifratçıların bil­mə­dikləri – və ya bilmək istəmədikləri – sabit və qatı həqiqətləri bilirik.

Onlar elə hey hakimləri təkfir etməkdə davam edirlər. Amma onlardan fitnə və fəlakətlərdən baş­qa heç nə törənmir!!.

Bu son illərdə onların əlləri ilə törənilən Məkkə fitnəsindən başlayaraq Misir fitnəsinə qədər baş ve­rənlər, nüfuzlu insanların öldürülməsi, lap axır zamanlarda isə Suriyada baş verənlər, sonra hal-hazırda Misirdə və Əlcəzairdə baş verənlər və nə­hayət bu fitnə və bəlanın nəticəsi olaraq günahsız müsəlmanların qanlarının axıdılması və bir çox fə­la­kətlərin və müsibətlərin baş verməsi göz qaba­ğın­dadır.

Bütün bunların hamısı onların Kitab və Sün­nə­yə və ən əsası da uca Allahın Allahın Elçisi siz­lərə – Allaha və Axirət gününə ümi­dini bağ­layan­la­ra və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir.”19 sözünə müxalif olmalarının nəticəsidir.

Əgər biz iddia deyil, doğurdan da bir ölkədə Allahın hökmünü qurmaq istəyiriksə hakimləri tək­fir etməkdənmi başlamalıyıq – halbuki döyüşmək bir yana onlarla heç üzbəüz görüşə bilmirik – yox­sa Peyğəmbərin (sallallahu aleyhi və səlləm) başladığı şeydənmi başla­ma­lı­yıq? Əlbəttə ki, cavab belədir: Allahın Elçisi siz­lə­rə – Allaha və Axirət gününə ümi­dini bağ­la­yan­la­ra və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir.”

Bəs Allahın elçisi (sallallahu aleyhi və səlləm) nədən başladı?

Elmin qoxusunu iyləyən hər bir şəxs yəqin bilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dəvətə haqqı qəbul etməyə hazır olduqlarını güman etdiyi fərdi şəxslərdən başladı. Sonra da səhabələrdən onun dəvətini qəbul edən­lər qəbul etdi. Bu isə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həyatından bəllidir. Bundan sonra isə Məkkədə müsəl­manla­rın başına gələn əzab-əziyyətlər və təzyiqlər baş verdi. Sonra da birinci və ikinci hicrət əmr olundu. Nəhayət uca Allah İslam dinini Mədinə şəhərində gücləndirdi. Elə orada da vuruşmalar və qarşı­dur­malar başladı. Bir tərəfdən kafirlərlə, digər tərəf­dən də yəhudilərlə baş verən döyüşlər başladı... və ilaxir.

Deməli necə ki Peyğəmbər (sallallahu aleyhi və səlləm) başlamışdır eləcə də biz insanlara həqiqi İslamı öyrətməyə başla­ma­lıyıq. Lakin biz sadəcə insanları öyrətməklə kifa­yət­lənməməliyik. Çünki artıq İslam dininə ondan olmayan, onunla heç bir əlaqəsi olmayan və möh­tə­şəm İslam qəsrini dağıtmağa səbəb olan bir çox bidətlər və yeniliklər daxil olmuşdur.

Elə ona görə də dəvətçilərin borcudur ki, (ilk növ­bədə) İslam dinini ona daxil olan bu cür şey­lər­dən saflaşdırmadan başlasınlar.

Birinci əsas elə budur: Saflaşdırma!

İkinci əsas da odur ki, bu saflaşdırmaya gənc və naşı müsəlmanın saflaşmış həmin İslam üzə­rin­də tərbiyələnməsi də əlavə olunmalıdır.20

Əgər biz (yalnız) bir əsrdən bəri yaranan İslam camaatlarını, onların düşüncələrini və məşğu­liy­yət­lərini öyrənsək görərik ki, İslam hökuməti istə­yirik deyə hay-küy salıb qışqırdıqlarına bax­ma­ya­raq onların əksəriyyəti nə bir fayda qazanıb, nə də ki başqasına bir fayda veriblər ki, onu da xa­tır­la­yaq. (Onların əsaslandıqları) bu zəif dəlilin nəti­cə­si olaraq çoxlu sayda insanların qanları töküldü.

Onların şəriətə müxalif olan uğursuz cəhdlərini (yenidən) təkrarlamaları bir yana, biz hələ on­lar­dan Kitab və Sünnəyə müxalif olan (yeni-yeni) əqi­dələr və Kitab və Sünnə ilə ziddiyyət təşkil edən (yeni-yeni) əməllər də eşidirik.

Sonda belə deyirəm: “Dəvətçilərdən birinin bir sözü var – istərdim ki, onun ardıcılları ona əməl et­sinlər və onu həyata keçirsinlər – : “Öz qəl­bi­niz­də İslam dövləti qurun ki, torpağınızda da sizin üçün qurulsun”.21

Çünki müsəlmanın əqidəsi Kitab və Sünnəyə əsa­sən səhih olarsa, şübhəsiz ki, bunun vasitəsilə onun ibadəti də, əxlaqı da, xasiyyəti də və sairə dü­zələcəkdir.

Amma çox təəssüf ki, bu gözəl sözə həmin in­sanlar əməl etmədilər və beləliklə müsəlman döv­lə­ti qurmaq istəyirik deyə qışqırmaqda davam et­di­lər. Lakin bu heç bir nəticə vermədi. Bu yerdə şair onlar barəsində yaxşı demişdir:

Nicat istəyirsən, amma onun yolu ilə getmirsən,

Şübhəsiz ki gəmi də quruda getmir.

Yəqin ki, bütün bu qeyd etdiklərim hər bir in­saf­lı şəxsə qane edər və hər bir sərbəst insana ye­tər. Allah kömək olsun!

 

__________________________

1 Bu şeyx əl-Albaninin (rahiməhullah) sözünün baş­lan­ğı­cıdır. Bu hicri ilə 1413/5/12 tarixində (miladi ilə 1992/11/7 tarixində) yazılmış 670 nöm­rəli lent yazısından götürülmüşdür. Bu yazı Ukkaşə Abdulmənnanın tərtib etdiyi  "Şeyx əl-Albaninin fətvaları və bunun alimlərin fətvaları ilə müqayisəsi" adlı kitabın daxilində də  (səh. 238-253) çap olun­muş­dur. Bunu da “əs-Sələfiyyə” jurnalı hicri tarixi ilə 1415-ci ilin birinci nöm­rəsində və “əl-Muslimun” qəzeti hicri ilə 1416.5.5 tarixinin (mi­la­di ilə 1995.9.29 tarixinin) 556-cı nömrəsində çan etmişdir.

2 Xavariclər müxtəlif tayfalardır. Onlar barəsində firqələrlə bağlı kitablarda qeyd olunur. Onlardan bəziləri hal-hazırkı dövrümüzdə baş­qa bir ad altında (“İbadiyyə” adı altında) mövcuddurlar. Həmin “İba­diyyə”lər bu yaxın vaxtlara qədər qapanıb qalmışdılar. Belə ki, də­vətlərində onların heç bir fəaliyyəti yox idi. Lakin onlar bir neçə il bun­dan öncə bəzi risalələrini, kitablarını və eynilə qədim xavariclərin əqidəsi olan əqidələrini yaymaqla fəaliyyətə başladılar. Onların xava­riclərdən fərqli yeganə cəhətləri ondan ibarətdir ki, onlar şiyələrə xas olan bir xisləti özlərində gizli saxlayırlar. Bu da ki, “Tuqya” (özünü olduğu kimi deyil, başqa cür göstərmək...) əqidəsidir. Onlar deyirlər ki, “Biz xavaric deyilik”. Amma haqq budur ki, adlar adlan­dırılan­lar­da olan həqiqətlərdən heç nəyi dəyişdirmir. Onların xavariclərlə üst-üstə düşən əqidələrindən biri də böyük günah sahiblərini təkfir etmə məsələsidir.

3 ən-Nisa, 115.

4 ən-Nisa, 115.

5 ət-Təubə, 128.

6 əl-Maidə, 44.

7 əl-Maidə, 45.

8 əl-Maidə, 47.

9 Bax: Şeyx əl-Albaninin bu əsərlərin təxricinə, 6-cı cild, səh. 109; 2552-ci hədis.

10 Şeyx İbn Useymin əl-Albaninin sözünü izah edərək demişdir: “Şeyx əl-Albani İbn Abbasdan (radiyallahu anhumə) gələn bu əsəri dəlil olaraq gə­tir­miş­dir. İsnadında bəzi şeylər olmasına baxmayaraq bu əsəri digər alim­lər də məqbul hesab etmişlər. Çünki əksər dəlillər bunun həqiqi ol­duğunu təsdiq edir. Budur Peyğəmbər r demişdir: “Müsəlmanı söy­mək günah, onunla vuruşmaq isə küfrdür”. Hərçənd ki, müsəl­man­la vuruşmaq insanı dindən çıxartmır. Çünki uca Allah buyurur: “Əgər möminlərdən iki dəs­tə bir-biri ilə vuruşsa, onları ba­rış­dı­rın. Əgər onlardan biri digərinə qarşı təcavüz et­sə, tə­cavüzkar dəs­tə ilə, o, Allahın əm­ri­ni yerinə yetirməyə qayı­da­nadək, vuru­şun. Əgər o qa­yıt­sa, hər iki dəstəni əda­lətlə ba­rışdırın və insaflı olun. Söz­süz ki, Allah insaflıları sevir. Möminlər, həqiqətən də qardaş­dırlar. Elə isə qardaşla­rınızı ba­rış­dırın və Allahdan qorxun ki, sizə rəhm edil­sin.“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təca­vüz­karlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını əda­lətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah in­saf­lıları sevər! Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəl­din və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağış­la­nıb) rəhm olunasınız!” (əl-Hucurat, 9-10).

Ancaq təkfir fitnəsinə düçar olanlar bunlarla razılaşmadıqları üçün “Bu əsər məqbul deyildir və İbn Abbasdan da səhih varid olma­mışdır” deməyə başladılar. Onlara belə deyilir: “Necə olur ki, səhih de­yil. Axı sizdən də böyüklər, sizdən də fəzilətlilər və nəhayət hədis el­mində sizdən də elmlilər bunu məqbul hesab etmişlər. Siz isə “bu­nu qəbul etmirik” deyirsiniz”.

Bizə yetər ki, bu əsəri böyük alimlərdən şeyxul-İslam  İbn Tey­miy­yə, İbn əl-Qayyim və başqaları qəbul etmiş, onun haqqında da­nış­mış və onu bir-birlərinə nəql etmişlər. Odur ki, əsər səhihdir.

Daha sonra fərz edək ki, əsər sizin dediyiniz kimi İbn Abbasdan səhih varid olmamışdır. Axı bizim əlimizdə başqa dəlillər də vardır ki, bu dəlillər onu göstərir ki, “küfr” sözü deyildikdə ola bilər ki in­sa­nı dindən çıxardan küfr nəzərdə tutulmur. Öncə qeyd etdiyimiz ayə­də və indi qeyd edəcəyimiz hədisdə olduğu kimi. Hədisdə Pey­ğəm­bər r demişdir: “İki şey vardır ki bunların insanlarda olması küfr­dür: Əsil-nəcabətə tənə vurmaq və ölü üçün fəryad etmək”.  Heç bir prob­lem olmadan (deyə bilərik ki), bu sifətlər (sahibini) dindən çı­xart­mır.

Lakin elm ehtiyatının kasadlığı və ümumi şəriət qaydalarını az şə­kildə qavramaq bu cür zəlalətin başlıca səbəbi oldu. Eynilə bunu şeyx əl-Albani sözünün əvvəlində demişdir.

Daha sonra başqa bir şeyi də əlavə edək ki, pis məqsəd (insanı daima) pis fəhmə aparıb çıxarır. Çünki insan bir şey istədiyi zaman onun fəhmi istədiyi şeyə tərəf yönəlir və bundan dolayı da dəlilləri təhrif edir. Alimlər arasında məşhur bir qayda vardır. Onlar belə de­yirlər: “(Dəlili bil sonra etiqad et), etiqad edib sonra dəlil axtarma, yoxsa azarsan”.

Beləliklə onların zəlalətə düşmə səbəbləri üçdür:

Birinci: Şəriət elminin kasadlığı;

İkinci: Şəriət qaydalarını zəif qavramaq;

Üçüncü: Pis məqsəd üzərində qurulmuş pis fəhm.”

11 Şeyx İbn Useymin bəzilərinin sualına cavab olaraq belə de­miş­dir: “Bəzilərinin fəhmi pis olduğundan şeyxul-İslam İbn Teymiy­yə­nin “küfr sözü deyilərsə burada böyük küfr nəzərdə tutulur” sözünü dəlil gətirərək “...məhz on­lar ka­firlərdir” ayəsinin təkfirə dəlalət et­mə­sini deyirlər. Hərçənd ki, ayədə məhz həmin küfr yoxdur.

Şeyxul-İslam İbn Teymiyyədən gələn səhih məlumat odur ki, o, müəyyənliyi bildirən (ال) söz önlüyü ilə gələn “küfr” sözü ilə, qeyri müəyyən olan “küfr “ sözü arasında fərq qoyur.

O ki qaldı vəsfə, هؤلاء كافرون və ya هؤلاء الكافرون şəklində deyilə bilər. Bu da onların dindən çıxartmayan küfrlə vəsf olunmalarına əsa­səndir. Odur ki, əməlin vəsfi ilə, əməli edən şəxsin vəsfi arasında böyük fərq vardır.

Odur ki, öncə qeyd edilənlərə əsasən bu ayənin təfsirində deyə bi­lərik ki, Allahın nazil etdiyindən qeyrisi ilə hökm vermək (insanı) dindən çıxardan “küfr” deyildir, o əməli küfrdür. Çünki onunla hökm verən şəxs doğru yoldan çıxır.

Bu məsələdə başqası tərəfindən qoyulmuş qanunları götürüb öz dövlətində onunla hökm verən şəxslə özündən qanun qoyub onu tət­biq edən şəxs arasında heç bir fərq yoxdur. Əsas odur ki, qoyulan bu qanun səmavi qanuna müxalif olur ya yox?”

12 Bu yerdə şeyx İbn Useymin “Allahdan salamatlıq istəyirik” de­miş­dir.

13 Şeyx əl-Albani sözünə izahat verərək demişdir: “Bununla belə on­lar bizə – batilcəsinə – əsrin murciələri ləqəbini verirlər.”

14 Bu hədisi Buxari və Muslim Usəmə bin Zeyddən t rəvayət et­mişdir.

15 Şeyx əl-Albani izah edərək demişdir: “Elə əməllər də vardır ki, onu edən şəxs birbaşa etiqadı küfr etmiş olur. Çünki həmin əməl qə­tiy­yətlə və yəqinliklə onu edən şəxsin küfrünü göstərir. Belə ki, bu hə­rəkət həmin şəxsin dilindəki küfrünü də ifadə edir. Məsələn: Qəs­dən və bilərəkdən Quranı tapdalamaq”.

16 Möhtərəm şeyximiz İbn Useymin (rahiməhullah) demişdir: “Bu çox gözəl söz­dür. Yəni, müsəlman başçılarına kafir hökmünü verənlər bu hök­mü ver­məklə nə fayda qazanırlar? Bununla onları aradan qaldırmağı ba­ca­rır­larmı? Əlbəttə ki, bacarmırlar. Budur, əlli ilə yaxındır ki yə­hu­di­lər Fələstini işğal ediblər. Amma bununla bərabər ərəbindən tut­muş əcə­mi­sinə qədər bütün İslam ümməti onları həmin yerlərdən qo­va bil­mir­lər. Elə isə, biz hansı bir vəchlə acı və kəskin dilimizi bizə baş­çılıq edən rəhbərlərə qarşı yönəldirik? Axı biz bilirik ki, onları ara­dan qal­dı­ra bilməyəcəyik və qanlar töküləcək, mallar müsadirə olu­na­caq, bəl­kə də namuslar tapdalanacaq və heç bir nəticəyə də nail ol­ma­yacağıq.

Elə isə bunun faydası nədir? Əgər insan özü ilə rəbbi arasında hə­min hakimlərdən bəzilərinin dindən çıxmış kafir olduğunu etiqad edirsə, bunu elan etməyin və yaymağın fitnə qaldırmaqdan başqa heç bir faydası yoxdur. Odur ki, şeyx əl-Albaninin bu sözü çox gözəldir.

Lakin biz bir məsələdə ona müxalifik. Belə ki o, əməlin halal ol­du­ğunu etiqad etməyincə həmin (hakimlərə) küfr hökmünü vermir. Bu məsələnin müzakirəyə ehtiyacı vardır. Çünki biz deyirik ki, Allahın hökmündən qeyri hökmün Allahın hökmündən əlverişli ol­du­ğunu etiqad edə-edə Allahın hökmü ilə hökm verən şəxs kafirdir və – Allahın hökmü ilə hökm versə də belə – onun küfrü əqidə küf­rü­dür.”

(a) Şeyx əl-Albani Useyminin bu sözünə izahat gətirərək de­miş­dir: “Bu müxalifliyin ehtimal tərəfi mənə aydın olmadı. Axı mən də belə deyirəm: “Əgər hər hansı bir şəxs – hakim olmasa da belə – İs­lam­dan qeyri hökmü İslam hökmündən əlverişli sayarsa – hətta əməldə İslamla hökm versə də belə – o kafirdir”. Deməli burada heç bir ixtilaf yoxdur. Çünki əslində qayıdış qəlbdə olanadır. Amma bi­zim sözümüz əmələ aiddir.

Zənnimcə şəriətə müxalif olan bir qanunu tətbiq edərək onunla Allahın bəndələri arasında hökm verən elə bir şəxs yoxdur ki, o bu qa­nunu halal görməsin və bunun şəriət qanunlarından xeyirli ol­du­ğunu etiqad etməsin. Odur ki, həmin şəxs kafirdir. Elə bəlli olan da budur. Yoxsa onu bu cür hökmü tətbiq etməyə vadar edən nədir?

Ola bilər ki, onu vadar edən şey (şəriətə müxalif olan qanunları) tətbiq etmədikdə özündən güclü olan insanlardan qorxmasıdır. Odur ki, (onun etdiyi əməl) onlara yaltaqlanmaq üçündür. Belə olduğu təq­dirdə deyə bilərik ki, həmin şəxs (etdiyi) digər günahlarda da yaltaq ki­midir.

Bu fəsildə ən mühüm məsələ rəhbərlərə qarşı çıxmaq nəticəsini verən təkfir məsələsidir. Elə problem də budur. Bəli, əgər hakimin et­diyi açıq aydın küfr olsa idi, bizim əlimizdə də bu əməlin küfr ol­ma­sına dair Allah tərəfindən dəlil olsa idi və əlimizdə müsəlmanların üzərində rəhbərlik edən hər bir kafir hakimi dəyişdirməyə qüvvə ol­sa idi buna icazə verilərdi. Lakin bu məsələ heç də bu sifətdə deyildir və heç də asan deyildir!!.”

17 əs-Saff, 9.

18 Möhtərəm şeyximiz İbn Useymin daha bir şübhə barəsində so­ru­şuldu: “Əksər gənclərin şüurlarında möhkəmlənərək onlarda (rəh­bərlərə) qarşı çıxmaq məsələsini oyadan bir şübhə vardır. Həmin şüb­hə belədir: “Allahın hökmünü dəyişdirən həmin hakimlər Allahın nazil etdiyi ilə hökm verməyib özlərindən qanunlar qoydular və bu­nun­la da həmin gənclər onların dindən çıxıb kafir olmalarının hök­mü­nü ver­dilər. Sonra da buna əsaslanaraq dedilər ki, nə qədər ki on­lar kafir­dir­lər onlara qarşı vuruşmaq vacibdir. Zəifliyə isə fikir ve­ril­mir. Çün­ki zəiflik artıq – onların dediyinə görə qılınc ayəsi ilə – nəsx olun­muş­dur (hökmü silinmişdir)!!! Uca Allah buyurur: “Haram aylar bit­dik­də müş­­riklərə harada rast gəlsəniz, on­ları öl­dü­rün, əsir tu­tun, mü­ha­­sirəyə alın və on­lara hər yerdə pusqu qu­run. Əgər tövbə et­­sə­lər, namaz qılıb zəkat ver­sə­lər, on­ları sər­bəst buraxın. Çünki Allah Ba­ğış­layandır, Rəhmli­dir.” (ət-Tovbə, 5). Odur ki, zəiflik mər­hələsinə əməl etməyə imkan qalmır!! O mərhələ ki, müsəlmanların Məkkədə yaşadıqları mərhələ idi.”

Möhtərəm şeyximiz bu şübhəyə cavab verərək demişdir: “İlk növ­bədə bilməliyik ki, riddə (dindən çıxmaq) vəsfi onlara tətbiq olunur ya yox?

Bunun üçün də həmin sözün və ya əməlin riddə olmasına dəlalət edən dəlilləri bilmək lazımdır. Sonra isə bu müəyyən bir şəxsə tətbiq olunmalıdır ki, onda şübhənin olub olmadığını bilək?

Yəni: Ola bilsin ki, dəlil həmin əməlin və həmin sözün küfr ol­ma­sına dəlalət etsin, amma küfr hökmünü bu müəyyən şəxsə tətbiq et­mə­yə mane olan amil də ola bilər.

(Küfr hökmünü verməyə) mane olan amillər isə çoxdur. Zənn – yəni, elmsizlik – və ya üstün gəlmək bu cür amillərdəndir.

Öz ailəsinə “Mən ölsəm məni yandırıb tozumu dənizə səpin. Çün­ki Allah məni yığmağı bacarsa mənə aləmlərdən heç kəsə ver­mə­diyi bir əzabı verəcəkdir” deyən kişinin hədisinə nəzər salaq. Bu hə­disi Buxari və Muslim Əbu Səid əl-Xudridən (radiyallahu anhu) rəvayət etmişdir. Bu kişinin əqidəsinin zahiri küfr və şəkkdir. Lakin uca Allah onu yığıb da­nışdırdıqda o “Ey Rəbbim! Mən səndən qorxduğum üçün belə et­dim” dedi və ya buna bənzər bir söz dedi. Uca Allah da onu ba­ğış­la­dı. Odur ki, həmin əməl kişidən yozma nəticəsində meydana gəl­miş­di. (Yəni, bu əməl məqsədli və qərəzli deyildi).

Sevinci ona üstün gələn zaman öz dəvəsindən tutub “Allahım! Sən mənim dulum, mən də Sənin rəbbinəm!!”- deyən kişinin hədisi də yuxarıdakı hədis kimidir. Bu hədisi Buxari və Muslim Ənəs bin Ma­likdən t rəvayət etmişdir. (Kişinin dediyi bu söz) küfr sözüdür. Lakin o bununla kafir olmur. Çünki sevincin şiddəti həmin kişiyə üs­tün gəldi və o bundan dolayı xəta etdi. Halbuki o, “Allahım! Sən mə­nim rəbbim, mən də Sənin qulunam” demək istəyirdi. Amma ça­şıb “Allahım! Sən mənim qulum, mən də sənin rəbbinəm” dedi!

Eləcə də məcbur edilən şəxs küfr etməyə məcbur edilir və o küfr sözü deyir və ya küfr əməl edir. Lakin bu şəxs Quran ayəsinə görə ka­fir olmur. Çünki o bunu qəsdən və öz ixtiyarı ilə etməmişdir.

Biz bilirik ki, həmin hakimlər kəbin, miras və bu kimi bunlara bən­zər şəxsi məsələlərdə – məzhəblərdən asılı olmayaraq – Quranın dəlalət etdiyi hökmlərlə hökm verirlər.

Amma onlar insanlar arasında verdikləri hökmlərdə fərq­lə­nir­lər... Bu cür hakimlərdə bəzi şübhələr vardır ki, onu da onlara bəzi pis alimlər salırlar. Onlar deyirlər ki, Peyğəmbər r belə demişdir: “Siz dünya işlərinizdə daha elmlisiniz”. Bu isə ümumi olaraq gəl­miş­dir. Odur ki, dünyamızı yaxşı edən hər bir şeydə biz azadıq. Axı Pey­ğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm ) “Siz dünya işlərinizdə daha elmlisiniz” demişdir!!. Şüb­hə­siz ki, bu bir şübhədir. Məgər bu onlara əsas verir ki, hökm kəs­mək­də, sərxoşedici içkini qadağan etməkdə və buna bənzər şeylərdə İs­lam qanunlarından kənara çıxsınlar?

Fərz edək ki, bəzi iqtisadi sahələrdə onlarda şübhə vardır. Doğ­ru­su bunda da şübhə yoxdur.

Atılmış bu problemi tamamlamaq üçün onlara belə deyilir: Uca Allah döyüşü (cihadı) fərz etdikdən sonra demişdir: “Ey Peyğəmbər! Mömin­ləri döyü­şə ruhlandır. Əgər ara­nızda iyirmi sə­birli kişi olsa, kafirlər­dən iki yüzünə qa­lib gə­lər; əgər ara­nız­da yüz səbirli ki­şi ol­sa, ka­fir­lərdən mininə qa­lib gələr. Çün­ki on­lar anla­ma­yan adam­lar­dır.” (əl-Ənfal, 65). Elə isə onlar neçədirlər?! Bir nəfər on nəfər­lə­dir.

Sonra (uca Allah ayənin ardınca) demişdir: “İndi Allah sizin yü­kü­­nü­zü yün­gülləşdirdi. Çünki O, sizdə zə­iflik ol­duğunu bilirdi. Əgər ara­nızda yüz sə­birli kişi olsa, kafir­lər­dən iki yüzünə qa­lib gə­lər; əgər aranızda min sə­birli kişi olsa, Alla­hın iz­ni ilə ka­firlərdən iki mi­ni­nə qalib gələr. Allah səbir edən­lər­lədir.” (əl-Ənfal, 66).

Bəzi alimlər deyirlər ki, bu ayə (müsəlmanların) zəif olduqları vax­ta aiddir. Odur ki, hökm öz səbəbi ilə uyğunlaşır. Belə ki, uca Allah onlara (döyüşdə) on nəfərə qarşı səbirli (dözümlü) olmağı va­cib etdikdən sonra belə dedi: “İndi Allah sizin yükü­nü­zü yün­gül­ləş­dirdi. Çünki O, sizdə zə­iflik ol­duğunu bilirdi.”

Sonra isə biz onlara belə deyirik: “Əgər biz mükəmməl dəlillərə qayıtsaq onların bu məsələni açıqladığını və aydınlaşdırdığını gö­rə­rik. Onlardan biri də uca Allahın “Biz hər kəsi yalnız onun qüvvəsi çat­dığı qədər yükləyərik” ayəsidir. Deməli uca Allah hər kəsi yalnız gücü və qüvvəsi yetdiyi qədər yükləyər. Uca Allah həmçinin belə de­mişdir: “Allahdan bacardığınız qədər qorxun”. (ət-Təğabun,16).

Əgər – böyük alimlərin zikr etdikləri şərtlərə və normalara uy­ğun şəkildə – həmin hakimlərə qarşı çıxmağın vacibliyini fərz etsək, (onda görərik ki) bu bizim üzərimizə vacib deyildir. Çünki biz onu aradan götürə bilmirik. Odur ki, məsələ lap açıq-aydındır. Lakin bu­na baxmayaraq nəfsi istəklər öz sahibini uçuruma aparır.

19 əl-Əhzab, 21.

20 Möhtərəm şeyximiz İbn Useymin (rahiməhullah) demişdir: “Şeyx əl-Albani ilk olaraq İslamı saflaşdırmaq istəyir. Çünki indiki İslamda qatışıqlar (nöqsanlar) vardır. Əqidədə olan qatışıqlar, əxlaqda olan qatışıqlar, əla­qələrdə olan qatışıqlar, ibadətlərdə olan qatışıqlar. Bütün bu dör­dün­də də.

- Əqidədə olan qatışıqlar: Biri əşaridir, biri mötəzilidir, biri elədir, biri belədir...

- İbadətdə olan qatışıqlar: Biri sufidir, biri qədəriir, biri tica­ni­dir... və s.

- Əlaqələrdə olan qatışıqlar: Biri investisiya sələmini halal edir, di­gəri isə onu haram edir, biri qumarı halal edir, digəri isə onu ha­ram edir.

Odur ki, ilk növbədə İslamın bu cür qatışıqlardan saflaşmasına eh­tiyacı vardır. Bana isə alimlərin və elm tələbələrinin böyük zəhməti lazımdır. Bundan sonra isə gənclər qatışıqlardan saflaşmış həmin İs­lam üzərində tərbiyə olunurlar. Belə olduğu təqdirdə həm Kitab və Sün­nəyə həm də sələfi salehə uyğun sağlam əqidə və gözəl əxlaq üzərində olan gənclərdən ibarət yeni nəsil meydana çıxır.”

21 Şeyx İbn Useymin demişdir: “Allah özü kömək olsun, bu söz çox gözəl sözdür.”

 

 


Baxılıb: 18334


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”