Ana səhifə / Əqidə / Təkfir fitnəsi / Böyük alim şeyx Abdulaziz bin Bazın (rahiməhullah) rəyi.

Böyük alim şeyx Abdulaziz bin Bazın (rahiməhullah) rəyi.

Böyük alim şeyx Abdulaziz bin Bazın (rahiməhullah) rəyi.

 

Həmd Allaha məxsusdur. Allahın elçisinə, onun ailəsinə, səhabələrinə və onun yolu ilə gedənlərə salam və xeyir dua olsun.1

Hörmətli şeyximiz Muhəmməd Nasiruddin əl-Albaninin (Allah onu Cənnətə müvəffəq etsin) “Müsəlmanlar” qəzetində çap olunmuş “Allahın nazil etdiyindən qeyrisi ilə hökm verəni təfsilatsız olaraq təkfir et­mək olarmı?” sualını verən şəxsə verdiyi faydalı ca­vabı oxudum.

Sonra da bunun çox qiymətli bir cavab ol­du­ğu­nu gördüm. O bu cavabda haqqa nail olmuş və mö­minlərin yolu ilə getmişdir. O açıqlamışdır ki, heç kəs Allahın nazil etdiyindən qeyrisi ilə hökm ve­rən şəxsin bunu qəlbində də halal etdiyini bil­mə­yincə əməlinə görə onu birbaşa təkfir etmə­mə­li­dir. Şeyx əl-Albani buna həm İbn Abbasdan y, həm də digər sələfi salehdən dəlillər gətirmişdir.

Şübhəsiz ki, o bu cavabda qeyd etdiyi Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz on­lar ka­firlərdir”, “Allahın nazil etdiyi ilə hökm ver­mə­yənlər – məhz on­lar zalımlardır”, “Allahın na­zil etdiyi ilə hökm verməyənlər – məhz on­lar fa­siq­lərdirayələrinin təfsiri doğrudur.

Şeyx açıqlamışdır ki, böyük və kiçik olmaqla zülm və fasiqlik iki növ olduğu kimi küfr də iki növ­dür: Böyük və kiçik küfr.

Beləliklə, kim Allahın nazil etdiyindən qeyrisi ilə hökm verməyi və ya zinanı, yaxud sələmi, ya­xud da haram olmasında bütün müsəlmanların yek­dil rəydə olduqları digər şeyləri halal görərsə, o bö­yük küfr, böyük zülm və böyük günah etmiş olur.

Kim də bunları halal görmədən edərsə İbn Məsu­dun (radiyallahu anhu) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət etdiyi “Müsəl­ma­nı söymək günah, onunla vuruşmaq isə küfr­dür!” hə­disinə görə onun küfrü kiçik küfr, zülmü kiçik zülm və fasiqliyi da kiçik fasiqlik olur. Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) bu hədisdə kiçik fasiqliyi və kiçik küfrü nəzərdə tu­turdu. Amma o insanları bu çirkin əməl­dən çə­kindirmək üçün belə dedi.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) İki şey vardır ki bunların in­sanlarda olması küfrdür: Əsil-nəcabətə tənə vur­maq və ölü üçün fəryad etmək!”2“Məndən son­ra bir-birinizin boynunu vurmaqla kafir ol­ma­yın!”3 hədisləri də bunun mislindədir. Bu cür mə­na­da olan hədislər çoxdur.

Odur ki, hər bir müsəlmana, xüsusən də elm əh­linə bütün məsələləri yəqin etmək (təsbit et­mək), onlara Kitab və Sünnənin işığında və sələfi sa­lehin yolu ilə hökm vermək və təfsilatsız olaraq hökmlər verən əksər insanların getdiyi təhlükəli yol­dan çəkinmək lazımdır.

Elm əhlinin də borcudur ki, Allaha olan də­vət­də təfsilatlı olmağa, İslamı insanlara Kitab və Sün­nədən olan dəlillərlə açıqlamağa, onları İslam üzə­rində möhkəm dayanmağa (sədaqətli olmağa) hə­vəs­ləndirməyə, bu işdə məsləhətləşməyə və nəsi­hət verməyə və (insanları) İslam hökmlərinə mü­xa­lif olan bütün şeylərdən çəkindirməyə diqqət ye­tirsinlər.

Bununla da onlar haqq yolunu açıqlamaqda, in­sanları ona yönəltməkdə və onları aşağıda qeyd edəcəyimiz ayə və hədislərə müxalif olan şey­lər­dən çəkindirməkdə həm Peyğəmbərin (sallallahu aleyhi və səlləm), həm onun raşidi xəlifələrinin, həm də (Allahın) razı qal­dığı səhabələrinin yolu ilə getmiş olurlar. Uca Allah buyurur:

“İnsanları Allaha tərəf ça­ğıran, yaxşı iş görən və: “Hə­qiqətən, mən mü­səl­manlarda­nam!”– de­yən kəsdən daha gö­zəl söz deyən kim ola bilər?”4

“De: “Bu, mənim yolum­dur. Mən və mənə ta­be olan­lar, mö­tə­bər dəlillərə əsasən, in­san­­ları Allaha tərəf çağırırıq. Allah pakdır, mü­qəd­dəs­dir. Mən də müş­riklərdən deyiləm.”5

“İnsanları Rəbbinin yo­luna hik­mətlə, gözəl öyüd-nə­sihətlə də­vət et və onlarla ən gözəl tərz­də mübahisə et. Şüb­həsiz ki, Rəb­bin azğınlığa dü­şən­ləri də, doğru yolda olan­la­rı da yaxşı tanı­yır.”6

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Kim xeyrə yönəldərsə ona onu (həmin xeyri) edənin savabı qədər savab yazılır.”

“Kim doğru yola dəvət edərsə ona (həmin yola) ta­be olanların savabı qədər savab yazılır. Bu (hə­min yola tabe olanların) savablarından heç nə azaltmır. Kim də azğınlığa dəvət edərsə ona (hə­min yola) tabe olanların günahı qədər günah ya­zı­lır. Bu isə (həmin yola tabe olanların) günahından heç nə azaltmır.”

Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əli bin Əbi Talibi (radiyallahu anhu) Xeybər yə­hu­dilərinin üzərinə göndərdikdə ona demişdir: “(Ön­cə) onları İslama dəvət et və onlara Allahın on­lar üzərində olan haqqını çatdır. Allaha and ol­sun ki, əgər Allah sənin vasitənlə bir kişiyə hi­da­yət ve­rər­sə bu sənin üçün qırmızı dəvə kar­van­la­rından da­ha xeyirlidir.”7

Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məkkədə ikən on üç il insanları nəsihətlə, hikmətlə, səbirlə və gözəl bir üslubla Allahın təkliyinə və İslam dininə daxil olmağa ça­ğır­dı. Nəhayət uca Allah həm onun, həm də sə­ha­bələrinin əli ilə xoşbəxtliyi ilk qazananlara hidayət verdi. Sonra isə o (sallallahu aleyhi və səlləm) Mədinəyə hicrət etdi.

Uca Allah kafirlərə qarşı qılıncla olan cihadı fərz edənə qədər Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onun səhabələri y hikmətlə, gözəl öyüd-nəsihətlə, səbirlə və gözəl şə­kildə mübahisə etməklə insanları Allaha dəvət et­məkdə davam etdilər. (Uca Allah cihadı fərz et­dik­dən sonra isə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onun sə­ha­bə­lə­ri y buna layiqincə (tam şəkildə) əməl etdilər. Uca Allah da onlara kömək etdi, qələbə qazandırdı və onlara gözəl bir aqibət nəsib etdi.

Qiyamət gününə qədər onların yolu ilə gedib, on­lara gözəl şəkildə tabe olanlara bu cür gözəl aqi­bət və qələbə nəsib olacaqdır. Allahdan istə­yi­rəm ki, həm bizi, həm də din qardaşlarımızı on­la­ra gö­zəl şəkildə tabe olanlardan etsin və həm bizə, həm də Allaha dəvət edən qardaşlarımıza güclü dər­ra­kə, saleh əməl və Allaha qovuşana qədər haqq üzə­rində səbir bəxş etsin. Həqiqətən o buna la­yiqdir və buna qadirdir.

Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə, sə­habələrinə və Din (Qiyamət) gününə qədər on­la­rın ardınca gedənlərə Allahın xeyir duası və sa­la­mı olsun!

 

__________________________

1 Bu hörmətli şeyximiz Abdulaziz bin Abdullah bin Bazın (rahiməhullah) şeyx Muhəmməd Nasiruddin əl-Albaninin (rahiməhullah) əvvəldə qeyd etdiyimiz söz­lə­rinə olan izahatıdır. Bu “Dəvət” jurnalının hicri ilə 1416/5/11 ta­ri­xi­nin (miladi ilə 1995/10/5 tarixinin) 1511-ci nömrəsində nəşr olun­muş­dur. Bunu həmçinin “Müsəlmanlar” qəzeti də hicri ilə 1416/5/12 tari­xin­də (miladi ilə 1995/10/6 tarixində) 557-ci nömrəsində çap etmişdir.

2 Hədisi Muslim rəvayət etmişdir.

3 Hədisi Buxari və Muslim Cərirdən t rəvayət etmişdir.

4 Fussilət, 33.

5 Yusuf, 108.

6 ən-Nəhl, 125.

7 Buxari və Muslim rəvayət etmişdir.

 


Baxılıb: 17152


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”