Ana səhifə / Əqidə / Təkfir fitnəsi / Şeyx Muhəmməd əl-Useyminin (rahiməhullah) şeyx əl-Albaninin və Bin Bazın sözlərinə izahatı.

Şeyx Muhəmməd əl-Useyminin (rahiməhullah) şeyx əl-Albaninin və Bin Bazın sözlərinə izahatı.

Şeyx Muhəmməd əl-Useyminin  (rahiməhullah) şeyx əl-Albaninin və Bin Bazın sözlərinə izahatı.

 

Bu iki şeyxin sözlərindən belə başa düşülür ki,1 (Allahın nazil etdiyindən qeyri hökmü) halal he­sab edən şəxs kafirdir. Amma onu (şəriətə) mü­xa­lif günah hesab edən şəxs isə kafir deyildir. Çünki bu əməli halal hesab etmir. Ola bilsin ki, o bunu qorxudan, acizlikdən və ya bunlara bənzər şey­lər­dən edə bilər. Belə olduğu təqdirdə əvvəldə qeyd edilən ayələr2 (insanları) üç sinfə bölür:

1 – Kim Allahın dinini Allahın nazil etdiyindən qeyrisi ilə əvəz edərək onunla hökm verərsə, bu (in­sanı) dindən çıxardan böyük küfrdür. Çünki hə­min şəxs özünü uca Allahla yanaşı qanun qo­yan hesab etdi. O həmçinin Allahın şəriətinə də nif­rət etdi.

2 – Kim nəfsində olan istəklərə görə və ya qor­xu­dan, yaxud da bunlara bənzər şeylərə görə (Allahın nazil etdiyindən qeyrisi ilə) hökm verərsə kafir olmur, lakin o fasiq (günahkar) olur.

3 – Kim düşmənçilik və zülm etməklə – bu qa­nun­ların hökmünə aid deyildir, bu xüsusi hökmə aiddir, məsələn: hər hansı bir insandan intiqam al­maq üçün Allahın nazil etdiyindən qeyrisi ilə hökm verir – (Allahın nazil etdiyindən qeyrisi ilə) hökm verərsə, onun barəsində deyirlər ki, “o za­lım­dır”.

Bəzi alimlər deyirlər ki, bu üç sifət bir şəxsin vəs­fidir. Yəni, hər bir kafir zalımdır və hər bir ka­fir fasiqdir (günahkardır). Onlar bu dediklərinə uca Allahın Kafir­lər isə za­lımdırlar”3Fasiq­lə­rə gəl­dikdə isə, onların sı­ğınacağı yer od ola­caq­dır.”4 ayələrini dəlil gətirdilər. Böyük fisq (gü­nah) elə budur.

Şeyx əl-Albaninin (rahiməhullah) dediyi kimi, məsələ necə olursa olsun insan gərək fikir versin ki, nəticə nə ola­caqdır? Məsələ heç də nəzəri deyildir, amma mü­hüm odur ki, əməli tətbiq (zamanı) nəticə nə ola­caq?

Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə, sə­habələrinə və Din (Qiyamət) gününə qədər on­la­rın ardınca gedənlərə Allahın xeyir duası və sa­la­mı olsun!

 

__________________________

 

1 Şeyx əl-Albaninin “Təkfir və Allahın nazil etdiyindən qeyrisi ilə hökm vermək” məsələsi barəsindəki əvvəldə qeyd edilən sözləri şeyx İbn Useyminə oxunduqdan sonra bunları demişdir. Ona həmçinin şeyx İbn Bazın şeyx əl-Albaninin sözlərinə olan izahatı da oxun­muş­du. Bundan sonra şeyx İbn Useymin bütün əvvəldə deyilənlərə ye­kun olaraq bir-iki kəlmədən ibarət olan qısa və faydalı izahatını ver­di. Allahdan istəyirik ki, bununla (ümmətə) fayda versin!

2 Yəni, uca Allahın “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz on­lar ka­firlərdir”, “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz on­lar zalımlardır”, “Allahın nazil etdiyi ilə hökm vermə­yən­lər – məhz on­lar fasiqlərdir” ayələri. (əl-Maidə surəsi, 44, 45 və 47-ci ayə­ləri).

3 əl-Bəqərə, 254.

4 əs-Səcdə, 20.

 


Baxılıb: 16563


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”