Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / Mərhəmətli və Rəhmli Allahın adı ilə! İslam işləri, vəqfləri, təbliğatı və təlimi naziri, Kompleksin baş nəzarətçisi, Əlahəzrət şeyx Saleh ibn Abduləziz ibn Muhəmməd Ali əş-Şeyxin ÖN SÖZÜ

Mərhəmətli və Rəhmli Allahın adı ilə! İslam işləri, vəqfləri, təbliğatı və təlimi naziri, Kompleksin baş nəzarətçisi, Əlahəzrət şeyx Saleh ibn Abduləziz ibn Muhəmməd Ali əş-Şeyxin ÖN SÖZÜ

 

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

İslam işləri, vəqfləri, təbliğatı və təlimi naziri, Kompleksin baş nəzarətçisi, Əlahəzrət şeyx Saleh ibn Abduləziz

 ibn Muhəmməd Ali əş-Şeyxin

ÖN SÖZÜ

 

Həmd olsun aləmlərin Rəbbi Allaha! O, Öz Şanlı Kitabında belə buyurur: İnsanları Rəbbinin yo­luna hik­mətlə və gözəl öyüd-nə­si­hətlə də­vət et” (ən-Nəhl, 125). Peyğəmbərlərin və elçilərin ən şərəfli­sinə – Muhəmmədə Allahın sala­vatı və salamı olsun! O demiş­dir: “Mənim adım­dan bir ayə də olsa, təbliğ edin” ("Səhih əl-Buxari", 3461).

Yer üzündə yaşayan bütün müsəlmanlara xeyirxahlıq et­mək məq­sədilə Allahın Kitabına sayğı göstərib onun nəşr edil­məsin­də, habelə onun ayələrinin mənalarının müxtəlif dünya dillərinə tər­cümə edilərək bunun həm müsəlmanlar, həm də onu oxuyub araşdır­maq istəyən qeyri-müsəlmanlar ara­sında ya­yılmasında, həmçinin mü­səl­manlara həm dünya, həm də Axirət həyatlarında fayda verəcək mə­lumatların yayılmasın­da əlindən gələni əsirgəməyən, Toxunulmaz iki məscidin Xadi­mi, Kral Abdullah ibn Abduləziz Ali Səudun (Allah onu qo­rusun!) göstərişi ilə Nurlu Mədinədə yerləşən, Şanlı Quranın nəşri üzrə Kral Fəhd adına Kompleksi təmsil edən İslam işləri, vəqf­ləri, təbliğatı və təlimi Nazirilyi, mötəbər dəlillər əsasında Uca Allaha dəvət etməyin əhəmiyyətli olduğuna inanaraq, məmnun­luqla aşağı­dakı kitabı təqdim edir:

“Quran və Sünnə işığında imanın əsasları”

Bu kitabı nəşr etməkdə məqsəd, imanın əsası sayılan əqidə məsə­lələrini müsəlmanlara aşılamaqdır. Çünki Rəsulullah səllallahu aleyhi və səlləm demişdir: “Bədəndə bir ət par­çası vardır. Əgər o yaxşı olarsa, bütün bədən yaxşı olar...” ("Səhih əl-Buxari", 52). İnşəAllah, bunun ardından hədislər, şəriət məsələləri, zikrlər və dualarla bağlı bir sıra kitablar da nəşr ediləcəkdir. Uca və Qüdrətli Allahdan dilə­yirik ki, bununla cəmi müsəlmanlara fayda versin!

Bu münasibətlə mən bu kitabın hazırlanmasında (təlif edil­mə­sin­də, yoxlanılmasında və redaktə edilməsində) çalışan qardaşlara – sə­mimi qəlbdən səy göstərdiklərinə görə, habelə Kompleksin baş Katib­liyinə – bu işə diqqət yetirdiyinə və nəzarət etdiyinə görə təşək­kür edirəm. Uca Allahdan diləyirəm ki, Toxunulmaz iki məscidin Xadimi­nin, Əlahəzrət Şahzadə Vəliəhdin və Nazirlər Kabinetinin Başçısı Əla­həzrət İkinci Müavinin (Allah onları qorusun!) rəhbərliyi altında dinə sayğı göstərən və düzgün əqidəni qoruyan bu məmləkəti hifz etsin!

Axırda yenə Uca Allahı tərif edib deyirik: Həmd olsun aləmlərin Rəbbi Allaha!


Baxılıb: 16406


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”