Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / Mərhəmətli və Rəhmli Allahın adı ilə! MÜQƏDDİMƏ

Mərhəmətli və Rəhmli Allahın adı ilə! MÜQƏDDİMƏ

 

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

MÜQƏDDİMƏ

 

Bu dini bizim üçün ka­mil edən, bizə olan nemətini ta­mam­layan, bizim müsəlman ümmətimizi ən xeyirli ümmət edən və bizə öz içi­miz­dən Allahın ayələrini bizə oxuyan, bizi gü­nah­lardan tə­miz­ləyən, Kitabı və hikməti bizə öy­rədən bir elçi göndərən Allaha həmd olsun! Allahın aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəm­bərimiz Muhəm­mədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!

Sonrasına gəlincə, həqiqətən, cinlərin və insanların yaradılı­şında hik­mət Tək Allaha ibadət etməkdir. Bu xüsusda Uca Allah buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün ya­rat­dım” (əz-Zariyat, 56). Elə bu səbəbdən də əsas və mübarək mən­bələrdən – Allahın Ki­tabı və Onun elçisinin (sallallahu aleyhi və səlləm) Sünnəsindən götü­rülmüş tövhid1 və düz­gün əqidə həmin o ibadətin yerinə yetirilməsi üçün qayədir. Tövhid bu kainatın qurulmasına rəvac verən bünöv­rə­dir. Odur ki, tövhidin ara­dan qal­dırılacağı təqdirdə bu kainatda fə­sad, qarma­qarışıqlıq və hərc-mərc­lik meydana gələr. Bu xüsusda Uca Allah buyurur: “Əgər göydə və yerdə Allahdan başqa məbudlar ol­saydı, on­la­rın hər iki­si fəsada uğ­ra­yardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid et­dik­ləri sifətlərdən uzaqdır!” (əl-Ənbiya, 22). Pak və müqəddəs Allah həm­çi­nin buyurur: “Yeddi göyü və yerdən də bir o qə­dərini yaradan Allah­dır. Vəhy onla­rın ara­sında ona görə nazil olur ki, Allahın hər şeyə qa­dir olduğunu və Alla­hın hər şeyi elmi ilə əhatə et­di­yini biləsiniz” (ət-Talaq, 12). Bu (möv­zuya dair) başqa ayələr də mövcuddur.

İnsan ağlı bu əqidəni təfsilatı ilə dərk edə bilmədiyinə görə, Allah Öz elçilərini göndərmiş və Öz kitablarını nazil etmişdir ki, bunu insan­lara müfəssəl şəkildə izah etsin və onlar da elmə və mötə­bər dəlil­lərə əsaslanaraq, həmçinin açıq-aydın əsaslara və düz­gün etiqada isti­nad edərək Allaha ibadət etsinlər. Odur ki, Allahın elçiləri bir-birinin ardın­ca göndərilərək bu əqidəni (insan­lara) təbliğ etmiş və onu (mü­fəssəl şəkildə) bəyan etmişlər. Pak və müqəddəs Allah bu xüsusda belə buyu­rur: “Elə bir ümmət yoxdur ki, ona xə­bər­dar edən bir pey­ğəm­bər gəl­miş olmasın” (Fatir, 24). Allah həmçinin buyurur: “Sonra bir-birinin ardın­ca elçi­lə­ri­mi­zi göndər­dik” (əl-Muminun, 44). Bu o deməkdir ki, peyğəmbərlər bir-birinin ardınca göndərilmiş və nəha­yət, bu ardıcıllıq onların ən hörmətlisi, ən fəzilətlisi və imam­ları sayı­lan Pey­ğəmbərimiz Muhəmməd (sallallahu aleyhi və səlləm) ilə tamamlanmışdır. O, Allahın ri­sa­lətini təbliğ etmiş, öhdəsinə düşən vəzifəni yerinə yetir­miş, ümmətə öyüd-nəsihət vermiş, Allah yolunda səmimi-qəlbdən (canı və malı ilə) vuruşmuş və (insanla­rı) gizlində və aşkarda Allaha dəvət etmişdir. O, boynuna düşən pey­ğəmbərlik yükünü layiqincə daşımış, Allah yolun­da ən ağır əziy­yətlərə məruz qalmış və bütün bunlara, digər ulul-əzm2peyğəmbərlərin səbir etdiyi kimi, səbir et­miş­dir. O, (bəşəriyyəti) o vaxta qədər Allaha tərəf çağırmış və Onun doğru yoluna yönəlt­mişdir ki, nəhayət, Allah onun əli ilə bu dinə zəfər qazandırmış və Öz nemə­tini tamamlamışdır. Məhz onun dəvəti sayəsində insanlar dəstə-dəstə Alla­hın di­ninə daxil olmuşlar. Allah Öz pey­ğəmbərinin əli ilə bu dini kamilləşdirməyincə və Öz nemətini tamamlamayınca, Pey­ğəm­bər bu dünyadan köçmə­mişdir. Bu xüsusda pak və müqəd­dəs Allah bu ayəni nazil etmişdir: “Bu gün dininizi sizin üçün ka­mil et­dim, si­zə olan nemətimi ta­mamla­dım və bir din olaraq sizin üçün İslamı bə­yənib seç­dim” (əl-Maidə, 3).

Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) bu dini tamamilə – bütün əsasları və ikinci dərə­cəli ayinləri ilə bəyan etmişdir. Bu xüsusda hicrət diyarının3imamı Malik ibn Ənəs S demişdir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz ümmətinə ayaqyo­lun­da təmizlənməyi öyrət­miş, amma tövhidi öyrətməmişdir”– deyə onun haqqında pis zənn etmək ağlasığmazdır.4

Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) (bəşəriyyəti) tövhidə və səmimi qəlbdən Allaha iba­dət etməyə, habelə şirkdən tamamilə – həm böyüyündən, həm də kiçi­yindən üz çevirməyə çağırmışdır. Elçilərin hamısının vəzifəsi də məhz bu ol­muşdur. Belə ki, onların hamısı tövhidə dəvət xüsusunda həmrəy ol­muş və yekdilliklə buna dəvət etmişlər. Üstəlik, bu onların dəvətinin çı­xış nöqtəsi, peyğəmbərlik missiyasının məğzi və onların göndərilmə­sinin əsas məramı olmuşdur. Bu xüsusda Uca Allah buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi gön­dərdik. Onlardan kimisini Allah doğ­ru yola yö­nəlt­miş, kimisinə də az­maq nə­sib etmişdir. Yer üzün­də gə­zib dola­şın və görün haq­qı yalan sayan­ların aqibəti ne­cə oldu!” (ən-Nəhl, 36). O həmçinin buyu­rur: “Səndən əvvəl elə bir elçi göndər­məmişik ki, ona: “Mən­dən baş­qa heç bir məbud yox­dur, Mənə ibadət edin!”– deyə vəhy et­mə­yək” (əl-Ənbiya, 25). O həmçinin buyurur: “Səndən əvvəl göndərdi­yimiz el­çilərdən – onların da­vam­çı­la­rın­dan soruş; Biz Mər­hə­mət­li Allahdan başqa iba­dət edi­ləsi mə­bud­lar­mı icad et­mi­şik?” (əz-Zuxruf, 45). O həmçinin buyurur: Allah Nuha tövsiyə et­di­yini, sə­nə vəhy etdiyi­mizi, İb­ra­hi­mə, Musa­ya və İsaya töv­si­yə etdiyimizi sizin üçün də din­də qa­nun etdi: –Dinə doğru-düz­gün etiqad edin və onda bölü­nüb firqə-fir­qə olma­yın!” (əş-Şura, 13).

İmam Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hurey­ra­dan (radiyallahu anhu) rəvayət edilmiş hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Pey­ğəm­bərlər ata bir, ana ayrı övladlardır. Anaları ayrı olsa da, dinləri bir­dir”5. Peyğəmbərlə­rin dini və əqidəsi eyni, şəriət qayda-qanunları isə başqa-başqa olmuş­dur. Bu haqda Uca Allah buyurur: “Siz­lərdən hər biriniz üçün bir şə­riət və bir yol təyin etdik” (əl-Maidə, 48).

Elə buna görə də hər bir müsəlman yəqin bilməli və hər bir mö­minə aydın olmalıdır ki, dini məsələlərdə mülahizə yürütmək və ağıla istinad edərək hökm vermək olmaz. Odur ki, yer üzündə olan hər bir müsəlman, peyğəmbərlərin və elçilərin təbliğ etdiyi əqi­dəyə eti­qad etməli, onların iman gətirdikləri, üstəlik heç bir şəkk və tərəddüd etmədən dəvət etdikləri əsaslara iman gətirməlidir.

“Peyğəmbər öz Rəbbin­dən ona nazil edilənə iman gə­tirdi, mömin­lər də iman gətir­di­lər. Ha­mısı Allaha, Onun mə­ləklə­rinə, kitab­larına və elçi­lə­rinə iman gə­tirdilər. On­lar de­dilər: –Biz Onun el­çi­ləri ara­sın­da fərq qoy­mu­ruq! Onlar de­dilər: –Eşitdik və itaət etdik! Ey Rəb­bimiz! Səndən ba­ğış­­lanma diləyirik, dönüş də yal­nız Sə­nədir!” (əl-Bəqərə, 285).

İman gətirmək, Allaha boyun əymək, təvazökar olmaq və itaət­karlıq göstərmək – məhz bunlar möminlərin gördüyü işlər və onların tutduğu yoldur. Mö­min bunları yerinə yetirdiyi təqdirdə ona sala­matlıq nəsib olur və o, əmin-amanlıq içində yaşayır. Üstəlik onun mənəviyyatı tə­mizlənir, qəlbi rahatlıq tapır və batil etiqadları üzün­dən yolunu azmış insanların düşdüyü azğınlıqdan – təzadlı düşüncə­lərdən, ziddiyyətli fi­kirlərdən, şübhəli məsələlərdən, yanlış qərar­lardan, hərc-mərclikdən və qərarsızlıqdan tamamilə uzaq olur.

İnkaredilməz əsasları, tutarlı özülləri və möhkəm dayaqları olan düz­gün İslam əqidəsi insanlara həm bu dünyada, həm də Axi­rətdə xoş­bəxtlik, firavanlıq və uğur qazandıran yeganə əqidədir. Bu ona görə­dir ki, İslam əqidəsi açıq-aydın əlamətləri, mötəbər dəlilləri, tutarlı əsas­ları və sübutları olan, habelə qüsursuz fitrətə, sağlam düşüncəyə və saf qəlbə uyğun gələn bir əqidədir.

Elə buna görə də bütün İslam aləminin bu saf əqidəni öyrən­məyə böyük ehtiyacı vardır. Belə ki, bu aləmin xöşbəxtliyi məhz həmin əqi­dədən asılıdır və onsuz nicat tapmaq mümkün deyildir.

Müsəlman bu yığcam risalədə hər bir müsəlman üçün ən lazımlı sayılan İslam əqidəsinin əsaslarını və onun ən mü­hüm dayaq­larını, ha­belə bu əqidənin ən bariz xüsusiyyətlərini və əlamətlərini tapa bilər. Üstəlik bunların hər birinin dəlil-sübutla əsaslandırıldığını da görə bilər. Bu kitab Quran və Sünnə işığında imanın əsaslarını açıqlayır. Bunlar isə peyğəmbərlərdən miras qalmış, gün kimi aydın olan, kiçikdən böyüyə qədər hər kəsin ən qısa müddətdə dərk edə biləcəyi əzəmətli əsaslar­dır. Hidayətə qovuşdurmaq isə təkcə Allaha aiddir!

Biz fürsətdən istifadə edib bu kitabın hazırlanmasında əllərin­dən gələni əsirgəməyən şəxslərə – doktor Saleh ibn Səd əs-Suhey­miyə, doktor Abdurrəzzaq ibn Abdulmuhsin əl-Abbada və doktor İbrahim ibn Amir ər-Ruheyliyə, ha­belə onu yoxlayıb ərsəyə gətirən doktor Əli ibn Muhəmməd Nasir əl-Fəqi­hiyə və doktor Əhməd ibn Ətiyyə əl-Ğamidiyə təşəkkürümüzü bildiririk.

Pak və müqəddəs Allahdan diləyirik ki, bunun sayəsində cəmi mü­səl­manlara xeyir nəsib etsin! Axırda yenə Uca Allahı tərif edib deyirik: Həmd olsun aləmlərin Rəbbi Allaha!

 

 

Şanlı Quranın nəşri üzrə

kral Fəhd adına Kompleksin

Baş Katibliyi



1 İbadətdə, hökmranlıqda, ən gözəl adlara və sifətlərə (atributlara) malik ol­maqda Uca Allahın təkliyini təsdiq etmə.

2 Ulul-əzm peyğəmbərləri deyildikdə xüsusi əzmkar və səbirli olanlar nə­zərdə tutulur. Bunlar Nuh, İbrahim, Musa, İsa və Muhəmməddir (aleyhimussalam).

3 Burada "hicrət diyarı" deyildikdə, Peyğəmbərimizin r və onun səhabələ­rinin hic­rət etdiyi Mədinə şəhəri nəzərdə tutulur.

4 “ət-Təmhid”, 9/284.

5 “Səhih əl-Buxari”, 3443; “Səhih Muslim”, 2365.

 


Baxılıb: 16411


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”