Ana səhifə / Əqidə / Quran və Sünnə işığında İmanın əsasları / Giriş

Giriş

 

Giriş

 

İmanın olduqca əhəmiyyətli və çox dəyərli ol­ması, üstəlik mö­min bəndəyə həm bu dünyada, həm də Axirətdə çoxlu xeyir və mən­fəət qa­zandıracağı heç bir müsəlmana sirr deyildir. Məhz düzgün iman sa­yə­sində həm bu dünyada da, həm də Axirətdə xeyir qazan­maq olar. Belə ki, iman tələb olunan ən mühüm məsələ, qarşıya qoyulan ən ali məqsəd və ən böyük hədəf sayılır. Məhz onun sayə­sində insan xoş­bəxt və fira­van həyat sürür, xoşagəlməz hadisələrdən, şərdən və bədbəxtçilik­dən canını qurtarır, üstəlik heç vaxt yoxa çıx­mayacaq və puç olmaya­caq axi­rət savabına, əbədi ne­mətlərə və tükənməz xeyir-bərə­kətə nail olur.

Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş gö­rən kişi və qadın­­lara, əl­bət­tə, gözəl həyat bəxş edəcək və et­dikləri ən yaxşı əməllərə gö­rə onları müt­ləq mükafatlan­dıra­ca­ğıq” (ən-Nəhl, 97). Uca Allah həm­çinin buyurur: “Kim də Axirəti istəsə, mö­min ola­raq bütün qəlbi ilə ona can at­sa, onların səyi məm­nuniyyətlə qəbul olunar” (əl-İsra, 19).

Uca Allah buyurur: “Kim Onun hüzuruna yax­şı əməl­lər etmiş bir mömin ki­mi gə­lər­sə, on­la­ra ən yüksək də­rə­cələr nəsib olar” (Ta ha, 75). Uca Allah həmçi­nin buyurur: “İman gətirib xeyirxah əməl­lər iş­ləyənlərin məskəni isə Fir­dovs bağ­la­rı olacaqdır. Onlar orada əbədi qa­la­caq, ora­nı başqa bir yerə də­yiş­mək is­tə­­məyə­cək­lər” (əl-Kəhf, 107-108). Bu mövzuya aid Qurani Kərimdə başqa ayələr də vardır.

Quran və Sünnədə (varid olmuş ayə və hədislər) dəlalət edir ki, iman altı əsas üzərində qurulur. Bunlar Allaha, Onun mələk­lərinə, Onun kitablarına, Onun elçilərinə, Axirət günü­nə və qədərə – onun xeyrinə və şərinə iman gətirməkdir. Bu əsaslar həm Qurani Kərimdə, həm də Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsində bir çox yerlərdə zikr edilmişdir:

1. Uca Allah buyurur: “Ey iman gətirənlər! Alla­ha, Onun elçi­sinə və elçi­sinə na­zil etdiyi Kitaba və on­dan əv­vəl nazil etdiyi ki­tablara iman gəti­rin! Alla­hı, Onun mə­lək­lə­rini, ki­tablarını, elçilə­rini və Axirət gü­nünü in­kar edən şəxs dərin bir az­ğınlığa düş­müş­dür” (ən-Nisa, 136).

2. Uca Allah buyurur: “Yaxşı əməl üzünüzü məş­riqə və məğ­ribə tərəf çe­vir­məyi­niz deyildir. La­kin yaxşı əməl sa­hibləri Allaha, Axi­rət gü­nünə, mə­lək­lərə, kitablara, pey­ğəm­bər­lərə iman gətirən...” (əl-Bəqərə, 177).

3. Uca Allah buyurur: “Peyğəmbər öz Rəbbin­dən ona nazil edilə­nə iman gə­tirdi, mö­minlər də iman gətir­di­lər. Ha­mısı Allaha, Onun mə­ləklə­rinə, ki­tab­larına və elçi­lə­rinə iman gə­tirdilər. On­lar de­dilər: –Biz Onun el­çi­ləri ara­sın­da fərq qoy­mu­ruq! Onlar de­dilər: –Eşit­dik və itaət et­dik! Ey Rəb­bimiz! Səndən ba­ğış­­lanma diləyirik, dö­nüş də yal­nız Sə­nədir!” (əl-Bəqərə, 285).

4. Uca Allah buyurur: “Biz, həqiqətən də, hər şe­yi qədə­rincə yarat­dıq” (əl-Qəmər, 49).

5. İmam Muslimin “Səhih”ində nəql olunmuş və Ömər ibn Xəttabın (radiyallahu anhu) rəvayət etdiyi məşhur hədisdə deyilir ki, Cəbrail u Pey­ğəmbərə (sallallahu aleyhi və səlləm): “Mənə iman haqqında xəbər ver”– demiş, o da belə cavab vermiş­dir: “(İman odur ki,) Allaha, Onun mələk­lərinə, Onun kitabla­rına, Onun elçilərinə və Axirət günü­nə, habelə qədərə – onun xeyrinə və şərinə iman gətirəsən.”1

İman məhz bu altı əzəmətli əsas üzərində qurulur. Odur ki, bu əsaslara iman gətirməyən kimsə mömin sayıla bilməz. Bu əsaslar bir-biri ilə sıx bağlıdır və ayrılmazdır. Bunların bir qisminə iman gətir­mək digərlərinə də iman gətirməyi vacib edir. Onlardan bəzilə­rinə qarşı küfr edən digərlərini də inkar etmiş hesab olunur. Bu baxımdan hər bir müsəlman bu əsasları öyrənib araşdırmalı və onlara diqqət yetirməlidir. Aşağıda bu əsaslardan birincisi olan Allaha imandan söhbət açılır.



1 “Səhih Muslim”, 1.

 


Baxılıb: 16371


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”